teyyare

Dünyanın ən bahalı prezident təyyarələri… – FOTOLAR

Baxış sayı: 161

Dünyanın ən tanınmış liderlərinin hər bir şeyi xüsusi və lüks olarsa, demək ki, təyyarələri də ən bahalı və lüks olmalıdır. İndi təqdim edəcəyimiz prezident təyyarələri inanılmaz özəlliklərə malikdir. Bu təyyarələrin həm zahiri, həm də daxili görünüşü, imkanları dodaq uçuqladır.

Beləliklə dünyanın 10-cu ən bahalı və lüks prezident təyyarəsi olan “Boing 777, 300 er” Banqladeş təyyarəsindən söz açaq. Bəziləri “Banqladeş hara, bu cür lüks təyyarə hara…” deyə sual verə bilər. Amma görünən budur ki, Banqladeş prezidenti lüks təyyarəyə sahib olmaq üçün pul xərcləməkdə xəsislik etməyib. “Boing 777, 300 er” sanki göy üzünün kral təyyarəsidir. Qiyməti isə tam olaraq 260 milyon dollar dəyərindədir. Əkiz “jet” motora malik olan bu təyyarə dayanmadan Banqladeşdən Avropaya uça bilir.

___ ________.jpg (9 KB)

9-cu ən bahalı prezident təyyarəsi “Airbus A300, 600”-dür. İordaniya prezidentinin istifadə etdiyi bu təyyarə 76 metr uzunluğundadır və “rolls roys” motorlarına malikdir. Adıçəkilən təyyarə ən təhlükəsiz təyyarə hesab edilir. 4600 km yol qət edə bilən təyyarənin dəyəri 275 milyon dollardır.

Adətən yaponlar təbii və sadə olan hər şeydən xoşlanırlar. Yapon liderlərinin istifadə etdiyi, dünyanın 8-ci bahalı təyyarəsi olan “Boing 747-400” isə təxminən 400 milyon dəyərindədir. Təyyarə saatda 916 km sürətlə uçur. Təyyarədə 4 motor və 70 metr uzunluğunda qanad açılığı var ki, bu da təyyarəni daha da möhtəşəm edir.

___ ________ (1).jpg (6 KB)

7-ci sırada Yəmən prezidentlərinin istifadə etdiyi “Boing 797-sp” təyyarəsidir. Onun dəyəri 300 milyon dollardır. Təyyarə digərlərindən daha böyük və daha güclüdür. Lakin 300 milyon dollar xərclənən bu təyyarənin motoru  2015-ci ildə elə göy üzündəcə alovlanmışdı. Lakin az sonra təyyarə təmir edilərək yenidən Yəmən prezidentlərinin ixtiyarına verilib.

6-cı sırada ABŞ prezidentlərinin istifadə etdiyi “Boing 747-200 B” təyyarəsidir. Təyyarə 325 milyon dollar dəyərindədir və 325 sərnişin üçün nəzərdə tutulub. Yəni, təyyarəni almaq istəyən adambaşına 1 milyon dollar ödəməlidir. Onun çəkisi normaldan çox ağırdır və 4 ədəd “turbo fan” motoruna malik olduğu üçün saatda 1114 km sürətlə uçur. Eyni zamanda 12700 km yolu dayanmadan qət edə bilir.

___ ________ (3).jpg (8 KB)

5-ci sırada ABŞ-ın “AİR FORCE ONE” təyyarəsidir. ABŞ prezidentlərinin istifadə etdiyi bu təyyarə olduqca özəl və lüksdür. Hazırda ABŞ prezidenti D.Trampın, ondan əvvəl isə B.Obamanın istifadə etdiyi bu təyyarə bir çox ölkələrdə səyahətdə olub. ABŞ prezidentləri bu təyyarədə daha çox vaxt keçirməyi xoşlayır. Səbəbi isə təyyarənin ağlasığmaz lüks şəraitə və müasirin texnalogiyaya malik olmasıdır. Bəzi iddialara görə prezident Tramp artıq bu təyyarəni başqası il əvəz etmək istəyir.

4-cü sırada “Boing-767” təyyarəsidir. Zimbabve prezidenti Muqabe bu təyyarənin hazırlanması üçün 400 milyon dollar xərc çəkib. Buna görə zamanında prezident bir çox tənqidlərlə üzləşmişdi. Lakin təyyarə çox böyük gücə malikdir. Zimbabvenin bayrağının rəngləri bu təyyarəyə xüsusi gözəllik verir.

___ ________ (2).jpg (4 KB)

3-cü sırada Səudiyyə Ərəbistan şəhzadəsi tərəfindən satın alınan  “Airbus-A 380” təyyarəsidir. Təyyarənin 5 ulduzlu oteldən heç bir fərqi yoxdur. Təyyarənin hazırlanmasında 500 milyon dollardan çox pul xərclənib. Təyyarə 900-dən çox sərnişin daşıya bilər. Lakin şəhzadə təyyarədən təkbaşına istifadə etməyə sevir. “Təyyarəyə minmək istəsək, ondan enməyi istərdikmi” – bu, sual olaraq qalır. Belə ki, təyyarənin içərisində “Spa” salonu, restoranlar var.

__________.png (362 KB)

2-ci sırada da Səudiyyə Ərəbistanın lideri üçün özəl olaraq hazırlanan “Boing-747” təyyarəsidir. Təyyarənin qiyməti 520 milyon dollardır. Bundan əvvəl də Səudiyyə krallarının çox lüks təyyarələri olub. Lakin kral Abdulla özündən əvvəlki liderlərdən fərqlənmək üçün bu təyyarəni özəl olaraq hazırlatdırıb. Təyyarənin ikinci adı isə “usan saray”dır.

Nəhayət, birinci sırada Meksika prezidentinə məxsus olan “Boing 787-8 Dreamliner” təyyarəsidr. 600 milyon dollarlıq təyyarəyə çoxları minmək istəyər, amma bunun üçün Meksika prezidenti olmaq gərəkdir. “Boing 787-8 Dreamliner” son illərdə hazırlanan ən bahalı təyyarədir. Təyyarə saatda 1852 km sürətlə uça bilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir