zinet esyasi 2

Dünyanın ən bahalı zinət əşyaları

Baxış sayı: 479
Qədim dövrlərdən bəri insanlar özlərini müxtəlif əşyalarla – daş və heyvan sümüklərindən tutmuş dənizlərin və okeanların dərinliklərindən qaldırılmış mirvarilərə qədər bəzəmişlər.

Görünür, buna görə də zinət əşyalarına həyatda belə böyük əhəmiyyət verilir – bu, həm dəbdəbə vasitəsidir, həm də ailə yadigarıdır, həm də nikah üzükləri şəklində bir öhdəlikdir, bəlkə də xoşbəxt anların xatirəsidir.

Amma təəccüblüdür ki, zaman keçdikcə çox şey ucuzlaşır – avtomobillər, üst paltarlar, ayaqqabılar, lakin zərgərlik dəbdə olmaqda davam edir, üstəlik, onlar bahalaşmaqda davam edir.

Qeyd edək ki, dünyanın ən bahalı zinət əşyalarının əksəriyyəti şəxsi kolleksiyalardadır.

Onlar ekspozisiyalarda və ya auksiondan əvvəl satışa çıxarılan zaman o qədər də tez-tez görünmür.

Zərgərlik məmulatlarının daha kiçik bir hissəsi dövlət fondlarında və muzeylərdədir.

Böyük Britaniyanın mərhum kraliçası II Elizabet üçün hazırlanmış "Koh-i-noor" və ya "işıq dağı" brilyantı. - Sputnik Azərbaycan

Böyük Britaniyanın mərhum kraliçası II Elizabet üçün hazırlanmış “Koh-i-noor” və ya “işıq dağı” brilyantı.

Model İsveçrənin Cenevrə şəhərində "Apollon Blu" və "Artemida Pink" brilyantları ilə şəkil çəkdirir. - Sputnik Azərbaycan

Model İsveçrənin Cenevrə şəhərində “Apollon Blu” və “Artemida Pink” brilyantları ilə şəkil çəkdirir.

İsveçrənin Bazel şəhərində 55 milyon dollarlıq "Hallüsinasiya" saatı. - Sputnik Azərbaycan

İsveçrənin Bazel şəhərində 55 milyon dollarlıq “Hallüsinasiya” saatı.

Model Cenevrədə 14,82 karatlıq parlaq narıncı rəngdə, damla formalı "Orange" brilyantı göstərir. - Sputnik Azərbaycan

Model Cenevrədə 14,82 karatlıq parlaq narıncı rəngdə, damla formalı “Orange” brilyantı göstərir.

Cenevrədəki hərracda 14,62 karatlıq parlaq mavi rəngdə brilyant. - Sputnik Azərbaycan

Cenevrədəki hərracda 14,62 karatlıq parlaq mavi rəngdə brilyant.

"Ginnesin Rekordlar Kitabı"na görə, 55 milyon dollarlıq dünyanın "Ən dəyərli boyunbağı" adına layiq görülən "L'incomparable necklace" boyunbağısı. - Sputnik Azərbaycan

“Ginnesin Rekordlar Kitabı”na görə, 55 milyon dollarlıq dünyanın “Ən dəyərli boyunbağı” adına layiq görülən “L’incomparable necklace” boyunbağısı.

Vaşinqtondakı Smitsonov Milli Təbiət Tarixi Muzeyində yeni müvəqqəti "Embracing Hope" çərçivəsində 350 milyon dollarlıq "Hope" brilyantı. - Sputnik Azərbaycan

Vaşinqtondakı Smitsonov Milli Təbiət Tarixi Muzeyində yeni müvəqqəti “Embracing Hope” çərçivəsində 350 milyon dollarlıq “Hope” brilyantı.

"Christie's Honq-Konq" hərracı ərəfəsində 4 milyon dollar dəyərində olan "Doubly Fortunate" boyunbağısı. - Sputnik Azərbaycan

“Christie’s Honq-Konq” hərracı ərəfəsində 4 milyon dollar dəyərində olan “Doubly Fortunate” boyunbağısı.

Londonda "Sotheby's" hərrac evində fotosessiya zamanı 60 milyon dollar dəyərində oval çəhrayı rəngli "Pink Star" brilyantı. - Sputnik Azərbaycan

Londonda “Sotheby’s” hərrac evində fotosessiya zamanı 60 milyon dollar dəyərində oval çəhrayı rəngli “Pink Star” brilyantı.

Bir zamanlar Uollis Simpsona məxsus olan, 1,5-2,3 milyon dollar dəyərində qiymətləndirilən və "Sotheby's" hərracında 12,5 milyon dollara satılan oniks və brilyant "Cartier" bilərzik. - Sputnik Azərbaycan

Bir zamanlar Uollis Simpsona məxsus olan, 1,5-2,3 milyon dollar dəyərində qiymətləndirilən və “Sotheby’s” hərracında 12,5 milyon dollara satılan oniks və brilyant “Cartier” bilərzik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir