88

Dünyanın ən böyük ailəsi: Kişinin 39 arvadı və 94 uşağı var!

Baxış sayı: 1. 357

Hindistan əhalinin çoxalma problemi ilə üzləşən ölkərdən biridir. Bəzi sakinlərə bir neçə uşaq azlıq edir. Bugünlərdə yaşanan hadisə isə bütün dünyanı dəhşətə gətirdi.

“Gencaile.az” Publika.az-a istinadən xəbər verir ki, hindistanlı Tsiona Çananın nikaha girdiyi 39 qadından 94 uşağı dünyaya gəlib.

Xristian dininə aid olan “Çana” sektasının rəhbəri olan Tsiona ailəsi ilə birlikdə Baktvanq şəhərində 100 otaqlı “saray”da yaşayır. Arvadları və uşaqlarından əlavə onunla birlikdə 33 nəvəsi yaşayır.

Bu sektaya görə nə qədər istəsən arvad ala bilərsən. Bütün qadınlar eyni otaqda qalmalıdırlar. Lakin uşaqlar üçün ayrıca otaqlar düzəldilib.

Əfsanəvi ailənin evinin şəkilləri:

Onların adi günləri belə keçir: qadınlar sıra ilə yemək bişirir, qızları isə sıra ilə evi yığışdırır. Əmək qabiliyyəti olan oğlan uşaqları isə atalarına təsərrüfatda kömək edir və mal-qaraya baxırlar.

Ailə təsərrüfatdan gələn gəlirlə və ya Tsionanın idarə etdiyi sektaya qiraqdan verilən ianələrlə dolanır. Hər gün onlar 30 toyuq, 60 kq kartof və 100 kilo düyü yeyirlər.

Hər gecə Tsiona bir neçə arvadının ehtiyaclarını “təmin edir”. Qadınlar öz aralarında təqvim tutublar və ərlərinin yanına getmək üçün növbələrini gözləyirlər.

Tsiona yenə arvad ala biləcəyini, lakin o, axtarışını dayandırdığını deyib. “Mən artıq xoşbəxtəm. Qayğısına qalacağım yetərincə arvad-uşağım var”.

“Ər” qadınların bir-biri ilə yola getdiklərini deyir. Qadınlardan biri isə ərin onlara ailəni qarşılıqlı məhəbbət və hörmət üzərində necə qurmağı öyrətdiyini deyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir