saray

Dünyanın ən diqqətçəkən sarayları – FOTOLAR

Baxış sayı: 665

Kral ailələrinin yaşadığı və bu gün də daha çox turistlərin ziyarət etdiyi saraylar keçmişdə bu ailələrin, günümüzdə isə həmin ölkələrin vacib simvollarından biridir. Bəziləri tamamilə turistlər üçün açıq olsa da, bəziləri məhdud sayda turist qəbul edir.

Krallıq əsrlər boyu dünyanın ən fərqli idarəetmə forması olub. Afina, Venesiya və İsveçrə kimi bəzi nümunələr xaricində kralın və ya imperatorun yaşadığı və dövlətin idarə etdiyi mərkəz bu inzibati sistemdə böyük əhəmiyyətə malik olub. Bu saraylar Qədim Misirdən bu günə kimi həmin hökmdarların gücünü göstərən mühüm bir simvol olub.

Beləliklə, dünya tarixini dəyişdirən ən diqqətçəkən kral saraylarını oxucularına təqdim edirik:

 

Versal sarayı- Paris

Parisin cənub-qərbində yerləşən Versal sarayı 14-cü Luisin dövründə tikilib. Parisdən 20 kilometr aralıda yerləşən bu saray “Sevgi sarayı” olaraq da tanınır. Fransız XVI Luis və xanımı Marie Antuanetin Fransız inqilabından əvvəl hakimiyyətdən devrildiyi saray bir çox qalmaqalın yaşandığı yer olaraq da bilinir. Sarayın nəhəng bağçasında yerləşən Qrand Trianon və Petit Trianon sarayları, Krallar və Kraliçaların qadağan edilmiş məhəbbəti ilə çalxalanırdı. Kraliça Marie Antoinette, bu sarayda gənc İsveçli sevgilisi ilə sevgi münasibətləri  yaşayıb. Bu gün muzey olaraq istifadə edilən saray, dünyanın ən turistik yerlərindən biridir.

 

Maysore sarayıMaysore

Hindistanın cənubundakı Maysore şəhərində inşa edilən saray Amba Villaları olaraq da bilinir. Saraylar şəhəri olaraq tanınan Maysoreda yerləşən bu bina Tac Mahaldan sonra Hindistanda ən çox ziyarət edilən tarixi yerlərdən biridir. 1897-ci ildə inşasına başlanılan saray 1912-ci ildə istifadəyə verilib. Vadiyar sülaləsinin yaşadığı bu saray Hindistan memarlığının ən gözəl nümunələrindən biri sayılır.

 

Schönbrunn sarayıVyana

Vyanadakı Schönbrunn Sarayı Habsburq sülaləsinə ev sahibliyi edib. 1441 otağı olan bu saray, 1696-1712-ci illər arasında inşa edilib. İmperator I Leopoldun dövründə tikilən sarayda dünyanın ən qədim heyvanat parkı da var. Sarayın sağ tərəfində 60 metr hündürlüyündəki yerləşən Gloriette təpəsində yaz fəsilində qonaqlar qəbul edilib.

 

Qadağan olunmuş sarayPekin

Çinin yüz illər boyu idarə olunduğu bu nəhəng yerə girmək demək olar ki, mümkün olmayıb. Saray bu gün Pekinin ən turistik yerlərindən biri sayılır. Geniş bir əraziyə malik olan bu yerdə Çinin tarixi ilə əlaqəli bir çox detallara və əsərlərə rast gəlmək mümkün olar. 80 binası olan və 720 min kvadrat metr ərazidə yerləşən bu saray Çin memarlığının ən gözəl nümunələrindən biridir.

 

Bukingem sarayıLondon

İngilis Kral ailəsinə ev sahibliyi edən Bukingem sarayı Londonun mərkəzində yerləşir. 1703-cü ildə istismara verilən saray 77 min kvadrat metr əraziyə sahibdir. 775 otağı olan bu  saray, xüsusi günlərdə olduğu kimi, avqust və sentyabr aylarında da ziyarətçilər üçün açıq olub. Ancaq  hazırda kral ailəsinin yaşadığı saray ziyarətçiləri qəbul etmir.

 

Pena sarayıSintra

Kral II Ferdinand tərəfindən 1842-ci ildə tikilən Pena sarayı Portuqaliya Kral ailəsinin iqamətgahı olub. Saray əvvəllər Lissabonda baş verən zəlzələlər nəticəsində dağılmış bir monastır üzərində inşa edilib. Bu gün bu yerin gizli görüşlər üçün istifadə edildiyi də iddia edilir.

 

Çambord qalasıLoire

Loir-et-Cer bölgəsində yerləşən Çambord qalası fransız intibahının ən əhəmiyyətli memarlıq əlamətlərindən biridir. Fransızların ən əhəmiyyətli krallarından biri olan I Françisin hakimiyyəti dövründə inşa edilən qala 2016-cı ildə baş verən daşqından sonra zərər görüb. Bu yer günümüzdə milyonlarla turistə ev sahibliyi edib.

 

Elhambra sarayıQranada

Tarixin ən möhtəşəm saraylarından biri olan Elhambra sarayı İspaniyanın cənubundakı Granada şəhərində yerləşir. Əməvilər dövründə əsrlər boyu paytaxt olmuş Granadanın Elhambra sarayı UNESCO-nun Dünya İrsi siyahısında yer alır. İlk dəfə 9-cu əsrdə Roma dövründən qalan bir qala divarlarında daha kiçik bir quruluşda inşa edilən bu saray indiki formasını 1333-cü ildə qazanıb. Saray bu gün Qranadada ən populyar turistik məkandır.

 

Ermitaj sarayıSankt-Peterburq

Rusiya imperatorluğunun bütün əzəmətini əks etdirən bu qış sarayı illərlə dünya siyasətində çox əhəmiyyətli bir rol oynayıb. İnqilabların da şahidi olan saray, böyüklüyü ilə diqqət çəkir. Bu gün muzey olaraq istifadə edilən Ermitajda Monet və Van Qoq başda olmaqla bir çox rəssamın əsərləri var.

 

Vüsal Cahanov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir