qadin

Dünyanın ən gözəl üz cizgilərinə malik olan qadınları

Baxış sayı: 1. 080

Məşhur model Bella Hadidin adı italyancadan tərcümədə gözəl deməkdir. Dünyanın ən çox tələb olunan simalarından olan modelin gözəlliyi riyazi olaraq sübut olunub.

Bellanın üz cizgiləri Antik Yunanıstanda qəbul edilən gözəllik qızıl bölgüsünə uyğun gəlir. Qızıl nisbətini latın dilində ilk istifadə edən böyük ehtimalla Leonardo Da Vinçidir. İntibah dövrünün rəssamları rəsmlərində və heykəllərində tarazılıq və gözəlliyi əldə etmək üçün Qızıl Bölgüdən çox vaxt istifadə edib.

Bellanın üzünün isə qızıl nisbətinə uyğunluğu 94,35 fazdir. Yeriməyi öyrənməzdən əvvəl at sürməyi öyrəndiyini deyən Bella həm də mahir bir at minicisidir. O, yoqa rahatlığını atlarda tapdığını deyir. Gündəlik həyatda ağır makiyajdan qaçan modelin üzündə estetik əməliyyatlar etdiyi irəli sürülür. Modelin sözlərinə görə, gözəlliyinin sirri tuş və gözəgörünməz dərəcədə incə olan sürmədir.

Beyons 92,44 faizlə ikinci yerdə qərarlaşıb.

Aktrisa Ember Herd isə 91,85 faizlə üçüncü olub.

 

Qızıl bölgü və ya qızıl nisbət nədir?

Qızıl nisbət riyaziyyat və incəsənətdə tətbiq olunur, bir bütünün hissələri arasında harmoniya baxımından ən uyğun ölçüləri göstərən həndəsi və riyazi nisbət bağlantısıdır. Odur ki, bir nəsnənin gözəl sayılması üçün obyektin şaquli və üfüqi ölçülərinin nisbəti 1,6 olmalıdır.

Bunu üz gözəlliyinə aid etsək, bir insanın iki yanaq arasındakı uzunluq, alnın və çənənin arasındakı uzunluğa bölündüyü təqdirdə 1,6 çıxırsa bu, insan gözəldir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir