dunya

Dünyanın ən maraqlı 15 rekordu

Baxış sayı: 1. 361

Dünyanın hər yerində hər gün insanlar “Ginnesin rekordlar kitabı”na adını yazdıra bilmək üçün xüsusi qabiliyyətlərini göstərirlər. Bəziləri istədiklərinə nail ola bilir, bəziləri isə, sadəcə, məyus olurlar. Hər kəs qeyri-adi bir rekordla bu kitaba adını yazdırmağa çalışır. “Gencaile.az” bugünə kimi qeydə alınan dünyanın ən maraqlı 15 rekordunu təqdim edir:

1. Hindistanlı Suami Maujgiri Maharji adlı şəxs 1955-ci ildən 1973-cü ilin noyabr ayına qədər 17 il boyunca ayaq üstə dayanaraq rekord qırıb. 17 il boyunca, sadəcə, yuxusu gəldiyi zaman bir yerə söykənib yuxusunu alıb.

2. Mərakeşin krallarından biri olan Muley İsmayılın (1672 – 1727) 548-i oğlan, 340-ı qız olmaqla cəmi 888 uşağı olub.

3. 18 mart 1989-cu ildə Londonda yaşayan 4 nəfər gənc ayaqqabı boyaçısı səkkiz saat ərzində 11 min 651 cüt ayaqqabı boyayaraq rekord qırıb.

4. Georgiya E. Terren adlı amerikali şəxs 1988-ci ilin 1 mart tarixinə qədər cəmi 29 min 508 ədəd içki şüşəsi toplayıb.

5. 1987-ci ilin 11 noyabrında Avstraliyada fəaliyyət göstərən bir motosiklet klubunun 46 üzvü birlikdə bir “1000 CC” model motosikletə minərək 1700 kilometr yol gediblər. Bununla da rekordlar kitabına adlarını yazdırmağa nail olublar.

6. Dünyanın ən kök qadını adını alan Persi Pörl əslən Vaşinqtondandır. 1972-ci ildə dünyasını dəyişən qadın xəstəxanaya aparıldığı vaxt onun çəkişi tam olaraq 400 kq olub.

7. Dünyanın ən uzunboylu insanı 1918-ci ildə ABŞ-da dünyaya gələn 2,72 metr hündürlüyündəki Robert Ualdlou olub.

8. Dünyanın normal boylu ən arıq insanının çəkisi 15 kiloqram olub. O, 1977-ci ildə 83 yaşında vəfat edib.

9. Rusiyada əkinçiliklə məşğul olan Vasilyevin həyat yoldaşı 1725-1765 illəri arasında 27 dəfə doğuş edərək 69 uşaq dünyaya gətirib. Bunların 16-sında əkiz, 7-sində üçəm, 4-ündə isə 4 uşaq dünyaya gətirib.

10. Avstraliyalı Les Stiuart adlı şəxs 16 ildir ki, çap maşınının başında oturur və davamlı olaraq ədədləri yazır. Heç dayanmadan 1-dən 1 milyona qədər olan ədədləri yazan Stivart bu günə qədər 19 min 990 ədəd kağızdan istifadə edib və min ədəd lent dəyişdirib. Ümumilikdə, 7 ədəd çap maşınından istifadə edib.

11. 36 yaşlı, yaponiyalı qadın Takisu Matarona, sözün əsl mənasında böcək aşiqi olub. Çünki Takisu keçən il bir tarakan üçün 3 milyard manat pul ödəyərək rekord qırıb.

12. İngiltərə sakini Kevin Takvel evinin üstünü 20 milyon ədəd “şpilka” ilə örtüb. Bu zaman Takvel sarı və yaşıl “şpilka”ları yapışdırmaq üçün 2 ton yapışqandan istifadə edib.

13. Almaniyalı Heino Monstr adlı şəxs dünyanın ən kiçik jurnalını dərc etdirib. Məhəllə dedi-qodularının yazıldığı həftəlik jurnalın ölçüsü 3,5X2 santimetrdir.

14. Braziliyalı məktəbli Tobiaz Kuso bir həftə ərzində məktəbdə fərqli səbəblərdən ötrü 120 yoldaşını döyərək rekord qırıb. Ən davakar uşaq olaraq rekordlar kitabına düşən Tobiaz bu günə qədər 20 fərqli məktəb dəyişdirib.

15. Amerikalı Fiona Kinqsten indiyə qədər dünyanın dörd bir yanından 2 min ədəd fərqli şokoladı bir yerə yığıb. 30 ildir şokolad yığan qadın şokoladlar xarab olmasın deyə onlara xüsusi şəkildə qulluq edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir