seher

Dünyanın ən sakit yerləri

Baxış sayı: 176

Şəhərin səs-küyündən və stresdən uzaqlaşmaq istəyirsiniz? Elə isə “Gencaile.az”-ın sizə təqdim etdiyi dünyada ən sakit şəhərləri haqqında yazı ilə tanış olmağınızı tövsiyə edirik. Nə vaxtsa yolunuzu ən sakit ərazilərə salmaq istəsəniz, haralara getməli olduğunuzu məhz bu yazıdan öyrənəcəksiniz.

 

Hallstatt, Avstriya

Alp dağlarının ətəklərində yerləşən bu kənd  həm çox sakit, həm də təmiz havası ilə getməyə layiq olan bir yerdir. Çox az adamın yaşadığı kəndin əhalisi yalnız min nəfərdir.

 

Simiane – La – Rotonde kəndi, Fransa

Geniş lavanda tarlaları ilə vizual bir görünüşə malik olan kənd Fransanın ən sakit bölgəsidir.

 

Taichung, Tayland

Taylandın ən çox turistləri cəlb etdiyi yerlərindən biri olsa da əslində bura tərk edilmiş bir kənddir.

 

Marsaxlokk, Malta

Kiçik bir balıqçı kəndi olan Marsaxlokk, sakitliyi və təbii gözəllikləri ilə kəşf edilməyi gözləyir. Çox az insanın yaşadığı bölgədə yalnız 3 min adam yaşayır.

 

Üzən adalar, Peru

Peru, Boliviya sərhədində yerləşən bu bölgə Titicaca adlı bir gölün üzərində olan 42 adadan ibarətdir. Yerli əhalinin ənənəvi həyat tərzlərini davam etdirdikləri adalar həqiqətən görülməyə dəyər.

 

Alberobello, İtaliya

Yunesko-nun Dünya Tarix İrsi siyahısına daxil olan bu bölgədə tarixi tikililəri və sakitliyi ilə diqqət çəkir.

 

Monsanto, Portuqaliya

Kənddə olan evlərin demək olar ki, hamısı qırmızı kərpiclidir. Kəndi fərqləndirən isə yalnız kimsəsiz bir yer olması deyil, kəndin yollarında və ya evlərin ətrafında olan böyük və maraqlı qayalardır.

 

Giethoorn, Hollandiya

Hollandiyadakı ən heyrətamiz və rəngarəng bölgələrdən biri olan bu kənddə 50-dən çox ev var. Bu evlərin hamısı kiçik adaların üzərində və evlərin bir-birinə əlaqəsi kiçik körpülərlə təmin olunur.

 

Bibury kəndi, İngiltərə

Təxminən min il əvvəl qurulmuş olan bu kənddən demək olar ki, heç maşın keçmir.

 

Reine Lofoten, Norveç

Yalnız 350 nəfərin yaşadığı kənddə hər il yaz aylarında turistlərin maraqlandığı yer olsa da son dərəcə sakit bir bölgədir.

 

San Gimignano, İtaliya

Eramızdan əvvəl 3-cü əsrdə etnik qruplar  tərəfindən qurulan bir kənddir. Bu kəndin ən böyük xüsusiyyəti isə çox qədim zamanlarda tikilmiş və indiki qüllələrə bənzər hündür mərtəbəli binaların olmasıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir