masin

Dünyanın ən bahalı maşını satışa çıxarıldı

Baxış sayı: 1. 370

Retro avtomobillərin Talacrest adlı Britaniya dileri Ferrarinin nadir modeli olan 1962-ci il istehsalı 250 GTO-nu satışa çıxarıb.

Nadir maşının qiyməti rekord məbləğ – 45 milyon ingilis funtu təşkil edir. Azərbaycan valyutasına çevirəndə 250 GTO-nun qiyməti 95 milyon 390 min AZN edir. Lotun açılış mərasimində bildirilib ki, buraxıldığı il sözügedən idman maşını “Sebrinqlə 12 saat” yarışında dözümlülük nümayiş etdirib. 1963-cü ildə avtomobil 24 saat davam edən Le-Man marafonunda iştirak edib və öz kateqoriyasında birinci olub. Bu idman maşını 300 at gücünədək təkmilləşdirilərək ciddi bir V12 mühərriki ilə təchiz olunub. İlk 100 kilometri o, 6 dəqiqəyə gedib. Qeyd edək ki, indiyə qədər dünyanın ən bahalı avtomobili başqa bir Ferrari 250 GTO olub. Onu naməlum alıcı 52 milyon dollara alıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir