teyyare

Dünyanın ən böyük təyyarə məzarlığı… – Heyrətamiz FOTOLAR

Baxış sayı: 1. 648

Təyyarələr köhnəlib, yararsız hala düşəndə nə olur?

Bu sualın cavabı ABŞ-ın cənub qərbində yerləşən təyyarə məzarlığındadır. ABŞ-ın Arizona ştatında yerləşən bu məzarlıq olduqca böyük bir sahəni əhatə edir. Bu məzarlıqda hərbi, yük və sərnişin təyyarələrini tapmaq mümkündür. Həmçinin burada döyüş təyyarəsi sayılan “F-14”-ləri də tapmaq mümkündür.

Bu təyyarə məzarlığının adı “Davis-Monthan”dır. 10 km-lik ərazini əhatə edən bu məzarlıqda 4400 yararsız təyyarə var. Bu sahə təminən 1300 futbol stadionu böyüklüyündədir.

Məzarlıqdakı təyyarələrin bəziləri sanki bir neçə saat öncə buraya eniş edib, bəziləri isə tozdan görünməz hala düşüb. Buradakı təyyarələrin ehtiyat hissələri lazım olduğu zaman istifadə olunur. Bu cür təyyarə məzarlığı dünyada yeganə deyil, lakin bu, ən böyük təyyarə məzarlığıdır.

Bu mezarlıklar başka mezarlık

Yararsız təyyarələri buraya gətirməklə iş bitmir. Bu bazanın xüsusi işçiləri var. Buraya gətirilən yararsız təyyarələrin bəziləri yenidən restovrasiya edilərək, uçuşa hazır vəziyyətə gətirilir. Bəzilərinin isə (uçuş üçün tam yararsız olanlar) ehtiyat hissələri sökülərək, satış üçün depolara göndərilir.

Bu mezarlıklar başka mezarlık

Məzarlıqda nüvə silahı daşıyan B-52 təyyarələri də var. Bu məzarlıqda nə az, nə çox 400 min təyyarə ehtiyat hissələri var. Bu ehtiyat deposunun təxmini qiyməti 35 milyard dollardır.

Bu mezarlıklar başka mezarlık

2005-ci ildə bu bazadan 19 milyondan çox təyyarə ehtiyat hissəsi satılaraq, ölkə büdcəsinə 568 milyon dollar pul qazandırılmışdı. Bu böyük və zəngin deponun müştərisi təbii ki, yalnız ABŞ ordusu deyil. ABŞ bəzi ölkələrin də buradan ehtiyat hissələri almasına icazə verir. Bu bazanın Arizona ştatında salınmasının da öz səbəbi var. Buradakı hava şəraiti polad və metalın mühafizəsi üçün daha əlverişlidir. Belə ki, bu əraziyə yağış çox nadir hallarda yağır, rütubət isə heç yoxdur. Ona görə də təyyarə məzarlığı burada salınıb.

Bu mezarlıklar başka mezarlık

Bu mezarlıklar başka mezarlık

Bu mezarlıklar başka mezarlık

Bu mezarlıklar başka mezarlık




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir