C0BWNG Lord Nelson, Horatio Nelson, Rear-Admiral Sir Horatio Nelson, 1758? 1805.

Dünyanın ən məşhur sevgi hekayələri

Baxış sayı: 1. 794

1-Çar II Nikolay və Aleksandra Federovna/1800-cü illərin sonu-1900-cu illərin əvvəli-Rusiya

Nikolay Rusiyanın gələcəkdəki Sezarı, gözəl Alman şahzadəsi Aleksandraya aşiq olub. Tərəflər ailə təzyiqlərinə baxmayaraq, sevgilərini heç kimdən gizlətmədən yaşamaqdan çəkinməyiblər. Bolşeviklər Rus kral ailəsini əsir götürəndə Aleksandra və Nikolay birlikdə edam edilib.

 

2-Lord Nelson və Leydi Emma Hamilton/1700-cü illərin sonu-İngiltərə

Məşhur rəssam Corc Romneyin bir çox portretinə gözəllik verən Emma… Emma Uilliam Hamilton ilə, Lord Nelson isə Leydi Fanni Nelson ilə evli olmasına baxmayaraq, ilk dəfə qarşılaşanda Emma Lord Nelsondan o qədər təsirlənib ki, “Aman Allahım, bu mümkündürmü?” deyib. Bütün Londonu ovsunlayan sevgidə Emmanın əri ilə birlikdə bir neçə il yaşayıblar .

 

3-Mark Antoni və Kleopatra/E.ə. 31-Roma və Misir

Elə möhkəm sevgi yaşayıblar ki, ayrılmaqları üçün müharibə başladılıb. Mark Antoni Kleopatraya olan sevgisinə görə həyat yoldaşı Oktaviadan ayrılıb, Oktavianın qardaşı Oktaivan roma ordusunu onları yox etmək üçün Misirə yeridib. Lakin iki aşiq ayrılmaq yerinə intihar etməyi seçib. Gerçək Romeo və Cülyetta hekayəsi!

 

4-Napoleon və Cozefina/1800-cü illər-Fransa

Napoleon gözəl Cozefinanı görən kimi vurulub ona, lakin sevgisini bildirməyi illər çəkib. Bir dəfə bir araya gəldikdən sonra xəyanət və dramlarla dolu fırtınalı sevgi hekayəsi yaşayıblar. Cozefina oğlan uşağı dünyaya gətirə bilmədiyi üçün Napoleon onu tərk edərək başqa qadının yanına gedib. Cozefina ürək ağrısından vəfat edib. Lakin Napoleon da onu unuda bilməyib.

 

5-Piramus və Tisbe/E.ə. 331-Babil İmperatorluğu

Babil imperatorluğundakı ən yaraşıqlı kişi Piramus və ən gözəl bakirə Tisbe imiş. Qonşu və uşaqlıq dostu olduqları üçün ailələri tərəfindən evlənmələri qadağan edilib. Bir gecə görüşüb birlikdə qaçmağı planlaşdırıblar. Amma bir gün dağ aslanı Tisbeyə hücum edib. Qız qaça bilib, amma şir onun örtüyünü qapıb. Piramus şirin ağzında qızın qanlı örtüyünü görüb və onun öldüyünə inanıb. Özünü qılıncı ilə öldürən Piramusdan sonra Tisbe də qılıncı götürərək özünü öldürüb.

 

6-Riçard Burton və Elizabet Taylor/1960-cı illər-Amerika

Riçard Burton və Elizabet Taylor Mark Antoni və Kleopatranın sevgi hekayəsindən danışan film də daxil olmaqla bir çox əsərdə birlikdə rol alıblar. Və bir-birinə qarşı hiss etdiklərinə görə, evli olmaqlarına baxmayaraq öz sevgilərini yaşamağa başlayıblar. Daha sonra evləniblər, amma fırtınalı sevgiləri tez bitib və boşanıblar.

 

7-Juan və Evita Peron/1940-cı illər-Argentina

Juan Domingo və Evita inanılmaz siyasi gücə sahib olan aşiqlər olub. Özünü kasıb həyatından qurtarıb Juanı başdan çıxaran Evita özünü gözəlləşdirib. Birlikdə Argentina hökumətinin bütün fəaliyyətlərini dəyişdiriblər və dövrün ən çox sevilən siyasi cütlüklərindən biri olublar. Böyük zəfərlərinin birindən dərhal sonra Evita tragedik bir şəkildə xərçəngdən ölüb.

 

8-Şahzadə Eduard və Uallis Simpson/1900-cu illər-İngiltərə

Eduard son dərəcə cazibədar və evli olan Uallis Simpsona aşiq olanda İngilis monarxiyası üçün əhəmiyyətli dəyişikliklər edib. Uallis İngiltərə kraliçası ola bilməyən bir amerikalı olaraq 1934-cü ildə ərindən ayrılıb və cütlük sevgi yaşamağa başlayıb. Eduard 1936-cı ildə İngiltərə kralı olub, amma çox keçmədən sevdiyi qadınla evlənə bilmək üçün tacını qaytarıb.

 

9-Tristan və İsolde/1200-cü illərdə-İrlandiya

Tristan çox sevdiyi əmisi Kral Markın arvadı İsoldeyə aşiq olub. Bir növ üçbucaq sevgi başlayıb. Lakin Tristan və İsolde bir-birlərinə hiss etdikləri ehtirası inkar edə bilməyib. Kral Mark bunu öyrənib və qardaşı oğlu Tristanı zəhərli qılıncla öldürüb. İsolde Tristanın cəsədini görəndə qəhrindən gözlərini həyata əbədi olaraq yumub.

 

10-Volter və Emilie du Çatelet/1700-cü illər-Fransa

Volter Fransız kral ailəsi tərəfindən son dərəcə sevilən bir yazar və Emilie də elitar təbəqənin gənc, ağıllı üzvü imiş. Emilie Marquis du Çateletlə evli olmasına baxmayaraq, özü kimi Volter də insanların nə düşündüyünü önəm verirmiş. Emilie ölənə qədər 15 il ərzində onunla sevgili olub və hər kəs bunu bilib. Hətta Emilienin ərinin aldığı evdə yaşayıblar. Bir-birlərinə qarşı sadəcə fiziki sevgi yox, həm də zəka sevgisi də hiss ediblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir