hekim

Dünyanın ən nadir xəstəlikləri

Baxış sayı: 2. 194

Hər gün dünyada milyonlarla insan hansısa xəstəliyin qurbanı olur; ya hansısa xəstəliyə yoluxur, ya da onun müalicəsinə başlayır. Bəşəriyyət var olduqca insanlar da səhhət, sağlamlıq problemlərindən əziyyət çəkirlər. Və mükəmməl sağlığın qiyməti insan ancaq yatağa düşəndə anlaşılır…

İndi kiminlə rastlaşsan, hamı orqanizmindəki hansısa problemdən danışır. Xüsusən də yaş 35-40-ı ötübsə, hər kəsin dilində bir xəstəlik hekayəsi var mütləq. Amma tibb dünyası bu günə qədər çox nadir görülən, milyonda bir insanda rast gəlinən xəstəlik tarixçələrinə də şahidlik edib. Biz də onların bəzilərini yada salıb, sıradan xəstəliklərlə mücadilə edənlərə bir “təsəlli” verək istədik.
Sən çox nəhəng adamsan, lap… fil kimi…
Çünki məlumatımız olmayan, qəribə, nadir xəstəliklər də tibb elmində geniş yayılıb. Hər il bu xəstəliklərin siyahısı genişlənir. Məsələn, keçən il tibbə məlum olmayan xəstəliklər bu il siyahıya daxil olur. Ya da 10 il əvvəl mövcud olan qəribə xəstəliklər artıq siyahıda yoxdur.
Başlayaq fil xəstəliyindən. Tibdə elefantiyazis adlanan xəstəliyin açması “kobudca genişlənən üzvlər”dir. Bu xəstəlik kobudca genişlənmiş, ya da şişmiş ayaqlar və qollara sahib dramatik insan fotoşəkillərindən bilinir. Əslindəsə fil xəstəliyi, tropik bölgələrdə görülən bir parazit xəstəliyidir. Bu xəstəlik dünya səviyyəsində hələ də 120 milyon insana təsir edir və bunların 40 milyonu bu xəstəliyin ciddi həddinə çatıb. İnfeksiyalı dişi ağcaqanad bir insanı dişlədiyində mikrofilarya deyilən qurd sürfələrini qana sala bilər. Mikrofilarya təkrar-təkrar törəyir və uzun illər boyu yaşaya biləcəyi qan dövranı yoluna yayılır. Sıx görülən xəstəlik əlamətləri infeksiya sonrası illər boyu görünmür. Parazitlər qan damarlarına yerləşdiyi kimi qan dövranını məhdudlaşdıra bilər və ətrafındakı toxumalarda qanın yığılmasına səbəb ola bilər. İnfeksiyanın ən ümumi görülən əlamətləri həddindən artıq dərəcədə böyümüş qollar, qıçlar, genitalya və sinələrdir.
 
Bu xəstəlik insanı 13 yaşında öldürür
Daha bir xəstəlik isə progeria adlanır. Bu, 80 yaşındakı uşaq sindromu adlanır. Progeriaya bir uşağın genetik şifrəsindəki kiçicik, sadə bir qüsur səbəb ola bilər, amma dağıdıcı və həyatını dəyişdirən nəticələrə gətirib çıxarar.
Orta hesabla bu xəstəliklə doğulan bir uşaq 13 yaşında ölmüş olacaq. Bu şəxslərin bədənləri normal yaşlanma müddətinə görə daha sürətli yaşlanır. Bu müddətdə ümumiyyətlə erkən saç tökülməsi, ürək xəstəliyi də müşahidə edilir. Progeria nadir görülən bir xəstəlikdir və hazırda dünya üzrə bu xəstəliyin 48 nəfər daşıyıcısı var.
Yəqin ki, zaman-zaman xəbərlərdə qurd adam sindromu ilə bağlı xəbərlərə rast gəlirsiz. Bu xəstəliyə tutulan insanlara “qurd insanlar” deyirlər. Onların iti dişləri və pəncələri olur. Meksikada bu xəstəliyin daşıyıcısı olan xeyli insan var. Onların üzləri və bədənlərinin üst hissələri tüklərlə bağlıdır.
Daha bir xəstəlik isə mavi bədən xəstəliyidir. Mavi insanlar olaraq bilinən böyük bir ailə 1960-cı illərə qədər Kentuckydakı Troublesome dərəsi ətrafındakı təpələrdə yaşayıb. Çoxu 80 yaşını keçmiş və mavi bədən xaricində ciddi bir xəstəlik keçirməyiblər. Bu xüsusiyyət nəsildən-nəslə köçürülüb. Bu vəziyyətdəki insanlar mavi, ərik bənövşəyi, mavi, ya da az qala bənövşəyiyə yaxın bədənə sahibdirlər.
 
Torpaq yeyir, daş yeyir, gil yeyir, amma yemək yemir
Keçək pika xəstəliyinə. Bu da yemək olmayan maddələri yemə impulsudur. Bu insanların torpaq, kağız, yapışdırıcı və gil kimi yeyilməyən maddələri yeməyə inanılmaz impulsları var. Bunun mineral əskikliyilə əlaqəli olduğu bildirilir. Amma həkimlər xəstəliyin gerçək səbəbini və həllini tapa bilməyiblər.
Vampir xəstəliyi barədə xüsusi danışmağa ehtiyac yoxdur. Çünki bunun günəşdən acı çəkmək olduğunu bilməyənlər azdır. Bu xəstəliyə tutulan insanların bədəninə günəş dəysə, bədənləri dərhal qabarır. Bəzilərinin bədəninə günəş dəyən kimi dəriləri ağrıyır və şişir. Doğrudur, vampir kiminsə qanını içənlərə deyilir. Onlar qan içib tabutlarda yaşamırlar, amma gün işığına qarşı allergiyaları var.
Su allergiyası: Bu günə qədər yalnız 30 adamda görülən xəstəliyə tutulanlar, damızdırılmamış suda olan iyonlara qarşı həddindən artıq həssaslar. Xəstələr nə rahatca su içə bilir, nə də duş ala bilirlər.
Alisa möcüzələr diyarında sindromu. Belə bir xəstəlik də var. Bu xəstəliyin daşıyıcıları insanları, bədən üzvlərini, heyvanları və heyvan olmayan obyektləri həqiqətən olduqca kiçik hiss edirlər. Ümumiyyətlə uzaqda görülən bir obyekt eyni zamanda yaxında da qəbul edilə bilər. Məsələn, it, bir siçan miqyasında görülə bilər, ya da normal bir avtomobil ölçüyə çəkilmiş kimi görünə bilər.
Xarici aksent sindromu: Beyindəki danışma bölgəsinin ziyan görməsi nəticəsi adamın normal aksentini itirib fərqli aksentlə danışması sindromu.
 
Ətinin çürüdüyünə inanan xəstələr və… intihar
Cotard. Bu xəstəliyi yaşayan insanlar qəribə də olsa öldüklərinə,  hətta ətlərinin çürüdüyünə belə inanırlar. Nadir rast gəlinən bu xəstəlik intihara səbəb ola bilər.
Blaşko xətləri – olduqca nadir görünür və ilk olaraq 1901-də alman dermatoloqu Alfred Blaşko tərəfindən təqdim edilən, açıqlana bilməyən bir insan anatomiyası fenomenidir. Nə müəyyən bir xəstəlik, nə də bir xəstəliyin təxmin edilə bilən əlamətidir. Bir çox köçürülən və əldə edilən bədən, ya da mukoz xəstəliyi özlərini, lentlərinin vizual görünüşünü yaradan naxışlara görə izah edirlər. Onları daha müəyyən hala gətirən şey xəstədən, xəstəyə bənzər yaxınlıqda uyğunlaşmalaradır, ümumiyyətlə, onurğa ətrafında V şəklində sinə, qarın və yan tərəflər ətrafında S şəklində forma götürər.
 
Çox gülmək də xəstəlikdir

Ölümünə gülmək: Yeni Ginedəki bir qəbilədə görülən xəstəlikdə adam idarəsizcə gülməkdən ötəri əvvəl bədən hakimiyyətini, ardından da həyatını itirir. Qəhqəhənin müddəti 3 aya qədər çıxa bilir.

Ən ilginci isə gedən cəsəd sindromudur. Bu xəstəliyin daşıyıcıları ölü olduqlarına inanırlar. Bu bir ağılı depressiya və intihar meylləri sindromudur. Belə ki, bu vəziyyətdə xəstə hər şeyini itirmiş olmaqdan şikayət edir. Onlar ehtiraslarını, bədəninin bir qismini ya da hamısını, ümumiyyətlə öldüyünü və gedən bir cəsəd olduğunu düşünürlər. Şizofreniyaya tutulanlar da öldüklərini, ətlərinin çürüdüyünü, bəzən də həyati orqanlarının ya da qanının olmadığını düşünürlər.
Bəzən bu, xəstənin bədənində qurdların gəzişdiyini iddia etmə dərəcəsinə qədər uzanar. Bəzi xəstələr bunu sübut etmək üçün intihar edər. Olduqca az rast gəlinən sindrom 2008-ci ildə 53 yaşında filippinli bir qadında görüldü. Ölü olduğunu söyləyən qadın ailəsindən meyitxanaya aparılmasını istəmişdi. “Gedən cəsəd sindromu” xəstələrinə dərman və beyinə elektrik şokuyla müalicə tətbiq olunur.
Misofoniya. Bu xəstəlik yemək yeyilən zaman ağızdan gələn səslərə qarşı yaranan əsəb xəstəliyidir. Amsterdamda  araşdırma aparan Hollandiyalı alimlər 42 insanla görüşmüş və bu onların hamısının bu səsə eyni reaksiyanı verdiyini aşkar etmişlər. Bu insanlar əsasən səs gəldiyi anda qulaqcıqlardan istifadə edir və ya həmin yerdən uzaqlaşmağa çalışırlar.
Gülməli görünə bilər, amma nadir xəstəliklərdən biri də “sıçrayan fransız narahatlığı” adını daşıyır ki, bu da qəribə reflekslər deməkdir. Xəstəliyin əsas cəhəti xəstələrin gözlənilməyən bir səs-küy, ya da görünüşə görə tez-tez diksinmələridir. Bu, insanın arxasından biri gələndə diksinməsi deyil. Bu nizamsızlığa sahib xəstələr qollarını şiddətlə yelləyir, qışqırıb eyni cümlələri təkrar edirlər. İlk olaraq Fransa-Kanada mənşəli Maine odunçularında aşkarlanmış xəstəlikdə qəribə reflekslər özünü göstərir.
Otello. Adını Ulyam Şeksprin “Otello” əsərindən alan bu xəstəlik sevdiyi birini xəstəlik dərəcəsində qısqanma xəstəliyidir.
Onlar nadir xəstəliklərinə görə məşhurlaşaraq pul qazanıblar
1862-ci ildə doğulan Jozef Merrickin fiziki bir narahatlığına görə 5 yaşında bədən üzvləri böyüməyə başladı. Qısa müddətdə ağlasığmaz bir görünüşə büründü. 1884-cü ildən etibarən Merrick görünüşündən pul qazanmağa başladı. Pul qazandığı nümayişlərdən birində onu görən həkim onu müalicə etməyə  başladı. Jozef Merrickin Proteus sindromundan əziyyət çəkdiyi ortaya çıxdı. David Lynchin Fil Adam filmində baş rol ifaçısı olub. Merrick 27 yaşında yuxuda olan zaman vəfat edib.
Cozefina Myrtle Corbin ABŞ-ın Tennesse əyalətində 1868-ci ildə 4 ayaqlı olaraq doğulub. Buna ana rəhmindəki əkizinin ayrılmaması səbəb olub. Corbinin 4 ayağı simmetrik deyil. İçəridə qalan qıçları daha kiçikdir. Bir müsahibəsində Corbin içəridəki kiçik ayaqları ilə də hərəkət edə bildiyini, ancaq gəzmək üçün zəif olduğunu söyləmişdi. Corbin daha sonra 4 qız və 1 oğlan anası olmuşdur. Onlarda isə belə hala rast gəlinməyib.
1884-cü ildə İsveçrədə doğulan Gabriella Füller bədəninin alt qismi olmadan doğulub. 1900-cü ildə Parisdə bir sirk şousuna qatılır. İki dəfə evlənən Gabriellanın vücudunun üst qismi qüsursuz bir şəklə sahib idi. Ancaq alt qismindən məhrum bir şəkildə yaşamaq vəziyyətində qaldı.
1890-cı ildə Polşada doğulan Stephan Bibrovski normal bir ailənin uşağı idi. Nadir görülən genetik xəstəliyə görə bütün bədənində qalın tüklər çıxdı. Orta əsrdən bu vaxta qədər bu xəstəliyə yalnız 50 nəfərdə rast gəlindiyi deyilir. Bir alman tərəfindən kəşf edilən Bibrovski Avropa səyahətinə çıxır. Orada üzündəki tüklərlə aslan kimi göründüyü üçün ona Lion sözündən törəyən Lionel ləqəbi verilmişdi. Lionel 5 dil bilirdi.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir