kitabxana

Dünyanın ən qədim, sirli və qeyri-adi kitabxanaları

Baxış sayı: 1. 648

Bu gün də dünyanı heyrətə salan kitabxanaların necə formalaşması çoxlarında maraq yaradır. “Gencaile.az” “Modern.az”a istinadən dünyanın ən qədim, sirli və qeyri-adi kitabxanaları haqqında yazını təqdim edir:

Ən qədim kitabxanaların qədim Mesopotamiyaya,  Şumerlərə  aid olduğu güman edilir. Həmin kitabxanaların əsasını mixi yazılı gil lövhələr və saray arxivləri təşkil edirdi. Kitabxanalarda nəqletmə, təhkiyə əsaslı mətnlərdən ibarət əlyazmalar daha, ox idi.  Bu ənənə  qədim Şərqdə artıq o vaxtdan bərpa edilmişdi. Bunu Ölü dənizdəki Sina və Misirdəki Ras Şamra tapıntılarda aşkarlanan  İncil rəvayətləri də sübut edir.

O zamanlar, yəni, eradan əvvəl II minillikdə mixi yazılar artıq diplomatiyanın dilinə çevrilmişdi. Misirdə, Assuriyada, Şumerlərdə saray yazıları mixi üsulla qeyd olunur və saxlanılırdı. Sonradan bu qədim və maraqlı fonda malik olan kitabxanalar işğallar nəticəsində dağıdıldı. Amma qazıntılar zamanı aşkar edilən əlyazmaların mövzu və ruhunun demək olar ki, eyni olması üzə çıxdı.

O zaman antik dövrdə mixi yazılar demək olar ki, bütün Şərqi birləşdirmişdi. Çünki Misirdən ta Anadoluya qədər Şərq ərazilərində aparılan qazıntılar zamanı bütün yazıların mixi formada və eyni dildə gil lövhələrə yazılması müəyyən edildi.

Qədim dövrlərə məxsus olan kitabxanalar həm qədim Şərqin, həm də indiki Avropa mədəniyyətinin beşiyi sayılan qədim Roma və qədim Yunanıstanının əslində eyni sivilizasiyanın məhsulu olmasını özündə əyani şəkildə göstərən əsas dəlil sübutlardır.

Qədim Şərqin ən güclü dövlətlərindən olan, Dəclə və Fərat çayları arasında yerləşdiyi üçün “iki çayarası “ adlandırılan Mesapatamiyada mədəniyyətə də böyük önəm verilirdi. Bu dövlət nə qədər hərbi səfərlərə, işğallara maraqlı olsa da, tarixinin ən güclü hökmdarı olan Aşşurbanipalın dövründə elm və mədəniyyət inkişaf səviyyəsinə görə hərb sənətini qabaqlaya bildi. Assuriyada elə Aşşurbanipalın təsis etdiyi və onun adını daşıyan qədim kitabxana uzun müddət Şərq üçün əsl arxiv rolunu oynayıb. Bu kitabxana həm də dünyanın sistemli kitab şəbəkəsi və xüsusi bölmələrlə təsis edilən ilk kitabxanası olub. Burada on mindən çox yazılı gil lövhə saxlanılırdı. Ən maraqlısı da budur ki, burada İbrahim peyğəmbərin yaşadığı zamana və ondan əvvəlki dövrə aid olan xeyli sayda qiymətli yazılı nümunələr olub. Çox təəssüflər olsun ki, həmin kitabxanadan hazırda yalnız 1500-ə qədər nüsxə günümüzə qədər gəlib çatıb. Əslində bunların da qorunub saxlanması böyük bir sürpriz. Belə ki, Aşşurbanipalın uzun müddətli ədalətli hakimiyyətinə dözə bilməyən yadellilər onun ölümündən sonra Assuriyanın ən böyük şəhərlərini dağıtmaqla yanaşı Şərqin ən böyük kitabxanalarından birini də yandırdılar. Kitabxana 300 böyük rəfdən ibarət olub. Rəflərin biri isə yalnız qədim assur totemləri, dualar, assurların müdrik sözlərindən ibarət olan yazılardan təşkil olunub. Həmçinin dünya mifologiyasının ən ilkin nümunələri olan “Bilqamış” və “Yaradılış” dastanları da burada qorunub saxlanılırdı.

Mesopatamiyada bundan əlavə Nippur, Nibru, Dayan Şarukkin, Nəmrud  kimi kitabxanalar olub ki, onları birmənalı şəkildə tematik kitabxana adlandırmaq olar. Çünki birində yalnız hərb və diplomatiyaya, digərində din və mifologiya, o birilərində musiqişünaslıq və saray mədhiyyələrinə aid kitablardan başqa əlavə materiallar olmayıb.

Amma Elba kitabxanası isə həmin ərazidə Aşşurbanipal kitabxanasından sonra öz universallığı ilə seçilən ikinci kitabxana olub. Xoşbəxtlikdən, 1975-ci ildə aparılan qazıntılar nəticəsində kitabxananın demək olar ki, bütün külliyyatı itkisiz əldə olunub. Təsəvvür edin ki, on beş mindən artıq gil lövhələr bu gün də sağ -salamatdır. Həmin kitabxanada əsasən dövlətçilik, qanunvericilik, vergi siyasətinə aid mixi yazılar saxlanılıb.

 

Dünyanın ən qədim kitabxanası

Bu qədim Romaya aid olan Selsi kitabxanasıdır. Selsi kitabxanası özündə 12 min qədim bağlama saxlayır və böyük Selsiyə qəbir kimi xidmət etdi. Kitabxana məqbərə üçün kifayət qədər qeyri-adi yerdir — Selsini burada basdırma onun üçün xüsusi şərəf idi. Bu Qədim Dünyanın kitabxanaları içində böyüklükdə İsgəndəriyyədəki kitabxanadan sonra ikinci yerdədir.

Bina qədim Roma kitabxanasının bəzi qorunmuş nümunələri kimi məşhurdur və sübut edir ki, ictimai kitabxanalar yalnız Romada tikilməyib, həmçinin Roma imperiyasının bütün ərazisində tikilib. Burada olan fasad bərpa edilmişdi və indi Roma ictimai memarlığının əsas nümunəsi kimi xidmət edir.

Tez oyananları ənənəvini salamlamaq üçün Selsi kitabxanasının fasadı yüksələn günəşə doğru yönəldilib. Bünövrə kimi böyük platforma xidmət edir. İndi iki yarusla böyük fasad teatr dekorasiyasına daha çox oxşayır

 

İsgəndəriyyə

Qədim kitabxanalardan danışmış ikən Misirin, xüsusən də, İsgəndəriyyənin adını çəkməmək insafsızlıq olardı.

İsgəndəriyyə eradan əvvəl 297-ci ildə böyük alim Ptololney tərəfindən təsis edildi. Ptolomey bütün insnalara həqiqəti və elmi çatdırmaq istətyirdi . Odur ki, dünyanın hər yerindən dəyərli kitabələri, yazılı mənbələri almağa cəhd edirdi. Yeni qurulan İsgəndəriyyə kitabxanası yunan –Roma  filosof və şairləri Axilles, Evripid, Sofoklun əsərləinin orijinalını gümüş qarşılığında alır, onları özündə saxlayır, müəlliflərə isə yalnız surətlərini göndərirdilər. Həmin əlyazmalar rulon formasına salınır və xüsusim oyuqlarda saxlanırdı. Bir neçə ildən sonra İsgəndəriyyədəki rulonların sayı 750 mindən artıq idi. Çox təəsüflər olsun ki, Şərqin elm və mədəniyyət deposu olan İsgəndəriyyə bir neçə dəfə hücuma məruz qaldı və yanıdırıldı. 2001-ci ildə YUNESKO-nun xüsusi mədəni irs siyahısına salınan kitabxana yenidən təsis edildi hazırda dünyanın ən böyük on kitabxanasının sırasında onun da adı var. Həmin siyahıda olan digər kitabxanalar isə bunlardır:

 

Ən qeyri-adi kitabxanalar

1.Vaşinqtonda Mərkəzi Kitabxanası –  öz müasir və mürəkkəb görünüşü ilə turistləri heyran edir. Kitabxananı ziyarət etmək üçün dünyanın hər yerindən turistlər axın edir. Kitabxana holland memar Rem Koolhas və amerikan layihəçi Coşa Ramus tərəfindən hazırlanıb.

2. Dublində Üçlük Kollec Kitabxanası – İrlandiyanın ən qədim kitabxanalarından biridir. 1592-ci ildə Kraliça Elizabet tərəfindən əsası qoyulub. Kitabxana yalnız xarici görkəmi ilə valehedici deyil, həm də 200.000-dən çox qədim kitabın saxlandığı və dünyada “Uzun Otaq”(“Long Room”) kimi tanınan tək bir otağa malikdir.

3. Doktor Seuss kimi tanınan Teador Giesel adını daşıyan Kaliforniya Universitet kitabxanası – Kitabxana ilk baxışdan kosmik gəmiyə bənzəyir. Kitabxananın layihəsi 1970-ci ildə memar Villiam Periera tərəfindən işlənib hazırlanıb.

4. Hollandiyada  Delft Texnologiya Universitetinin kitabxanası 1997-ci ildə tikilib və kitabxanada 862.000 kitab, 16.000 jurnal və muzey var. Kitabxananın görünüşü möhtəşəmdir. Kitabxana yerin altında yerləşir və kənardan faktiki olaraq onu görmək olmur.

5. Ştutqart şəhər kitabxanası – Kitabxana Koreya əsilli alman memarı Yi Eun-yonq tərəfindən işlənib hazırlanıb. Binanın layihəsi qədim Roma Pantenonunu xatırladır. Kitabxananın görünüşü pilləli “ürək” formasındadır.

6. Sinqapurda yerləşən Bişan ictimai kitabxanası – 4.000 kvadrat metr ərazini əhatə edir. Bina tamamilə şüşə ilə əhatə olunub. Kitabxanada mütailə edən insanları asanlıqla görmək mümkündür. Binanın görünüşdəki rəngarəng çıxıntılar rəfdən çıxarılan kitabı əks etdirir. Həmin çıxıntıların içərisində şəxsi mütailə üçün yerlər ayrılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir