8b9f33bf4f91fbed8623a5b04d62a3c3

Dünyanın ən qəribə evlilikləri… – FOTOLAR

Baxış sayı: 1. 633

Bu günlərdə Florida ştatında yaşayan 50 yaşlı Karen Cooperin ağacla evlənməsi çoxları üçün o qədər də təəccüblü olmadı. Çünki dünya çoxlu sayda bu cür qəribə evliliklərin şahidi olub.

Adətən bu cür evliliklərin məqsədi diqqəti ekologiyaya, təbiətə yönəltmək olur. Elə Karen Cooper də kəsilmək təhlükəsi olan olan ağacı xilas etmək üçün bu cür addım atdığını açıqlayıb. Qadın həmin ağacın olduğu parkı bəzəyərək 50 nəfərin iştirakı ilə toy mərasimi keçirib. Cooper parkın ətrafında yaşayan insanları onu dəstəkləməyə çağırıb. O, bildirib ki, əgər ağacı kəssələr dul qalacaq.

Qeyd edək ki, son illərdə ağacla evlənənlərin sayı artıb. Tanınmış aktyor Riçard Torres də bu siyahıdadır. Aktyor 2013-cü ildə diqqəti ekologiyaya çəkmək üçün ağacla evlənib. Toy məclisində qohum və dostlar iştirak edib. Həmçinin bəy “gəlini” öpüb, ona göl verməyə cəhd edib.

Təkcə ağacla deyil, qeyri-adi tərəf müqabili seçən insanlar da var. Məsələn, ötən illərdə Melburnda yaşayan bir gənc öz televizoru ilə evlənərək, hər kəsi təəccübləndirmişdi.

Ən qəribə evliliklər əsasən Hindistanda rast gəlinir. Burada gənclər tez-tez itlərlə nikaha girir. Səbəb isə hansısa tilsimin aradan qaldırılması ilə bağlı olur.

Məsələn, ötən il 18 yaşlı Manqli Mundunun evsiz küçə iti ilə evləndirilməsi dünya mətbuatının gündəminə düşmüşdü. 70 nəfərin iştirak etdiyi toy məclisinə it xüsusi olaraq avtomobildə gətirilmişdi. İnanca görə guya qız bu nikahla bir həftə əvvəl düşdüyü tilsimdən qurtula biləcək.

Cənubi Koreyalı Li Cin-Qyu qucaqlamaq üçün öz balışı ilə evlənib. Pensilvaniyadan olan Emi Volf adlı qadın isə 2009-cu ildə “1001 Nacht” attraksionuna ərə gedib. Kilsə orqan ifaçısı, işsiz qalmış Emi 10 ildir ki, bu yelləncəyə vurğun olduğunu etiraf edib. Bu müddət ərzində o, bu attraksionda 3 min dəfə yellənib.

Sevən qadın deyib: “Mən bu attraksionu bir qadın öz ərini sevdiyi qədər sevirəm. İnanıram ki, bundan sonra bizi heç nə ayıra bilməz”.

Amerikalı Erika isə 2007-ci ildə Eyfel qülləsi ilə nikah bağlayıb. Onun etirafına görə, əvvəllər o, bu hissləri Berlin divarlarına qarşı da yaşayıb.

Son illərdə uğur əldə etmək üçün timsahla evlənənlərin də sayı artmağa başlayıb. O cümlədən ötən il Meksikada San Pedro Huamelula ərazisinin bələdiyyə sədri Viktor Aqilar balıqçılara uğur gətirməsi üçün timsahla evlənib.

İnanca görə, bölgədə bələdiyyə sədri hər il balıqçılıq sahəsində məhsuldarlıq olsun deyə timsahla evlənməlidir. Aqilar dişi timsahla evlənib və timsah nikahdan əvvəl xaç suyuna salınıb, ağzı bağlanıb və gəlinlik geyindirilib.

Sindi Kempli adlı Britaniya vətəndaşı  isə delfinlə evlənib. 15 il ərzində akvariuma gələrək onu izləyən qadın sonda delfinlə toy mərasimi də təşkil edib. Mərasimin sonunda qadın delfinə balıq verməklə ona “hə” deyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir