usaq

Dünyanın ən qəribə itkin düşmə hekayələri

Baxış sayı: 1. 438

Müxtəlif tarixlərdə dünyanın dəyişik yerlərində yaşanan bəzi qəribə itkinlik hekayələri var ki, hələ də aydınlaşdırılmayıb. Belə olanda da insanın ağlına bir çox fantastik filmlərin səhnələri və ya romanlar gəlir. Təbii ki, bu insanların məsələn, Fringe serialındakı kimi paralel bir dünyaya keçdiklərini iddia etsək, hər kəs bizim əqli sağlamlığımız haqda çoxlu sayda suallar verər.  Beləliklə,  dünyanın ən qəribə itkin düşmə hekayələrini təqdim edirik.

 

Maura Murray

Maura Murray ile ilgili görsel sonucu

Massachusetts Universiteti tələbəsi, 21 yaşındakı Maura, 9 fevral 2004-cü ildə  Nyu Hampshireda bir qəza keçirib. Qəzadan sonra durumunun yaxşı olduğunu görən bir çox şahid vardı. Xəstəxanaya belə getmək istəməmişdi. Ancaq o şahidlər onu axırıncı görən insanlardı. Bir neçə gün sonra nişanlısının telefonuna bir qadının hıçqıraraq ağladığı bir səs yazısı idi. Mauradan bird aha xəbər çıxmadı, aqibəti bilinmir.

Brandon Swanson ile ilgili görsel sonucu

Brandon Svanson

14 May 2008-ci ildə 19 yaşında Brandon Minnesotaya getməyə çalışarkən qəzaya düşüb. Ardınca atasına zəng edərək, onu götürməsini istədi. Ana və atası qəza yerinə gəldiyi zaman orada deyildi. Telefonla zəng etdikləri zaman Lydn bölgəsinə getməyə çalışdığını dedi və ilginc bir şəkildə söyüş söyməyə başladı və telefonu bağladı. Bir daha özündən nə xəbər alındı, nə də izinə rast gəlindi.

Louis le Prince ile ilgili görsel sonucu

Louis le Prince

Louis le Prince, dünya üzərində bir şeyi ilk dəfə filmə çəkilən kişilərdən biridir. Kinematoqrafiyanın atası ayrıca ən qəribə itkin hekayələri ilə tanınır. 16 sentyabr 1890-cı ildə Paris qatarına minən və ən son baqajını kontrol etdiyi zaman görülən le Prince, kompartımanına girdikdən sonra bir daha görünmədi. Qatar Parisə çatanda qatarda yox idi. Kabininin pəncərəsi bərk-bərk qapalı idi, hoppanmaq ehtimalı yox idi. Louis le Princein başına nə gəldiyi, haraitdiyi hələ də bilinmir.

Maykl Negrete ile ilgili görsel sonucu

Maykl Negrete

İlginc itkin düşmə hekayələrindən biri də 10 dekabr 1999-cu ildə  Los Ancelesdə yaşandı. UCLA’da ilk ilini oxuyan Maykl bütün gecə  dstları ilə computer oyunu oynayıb və səhər dostları oyandığı zamanda orada oladığı görülüb. Amma açarı, pulqabı, bütün əşyaları və ayaqqabıları da orda idi. Polisin araşdırmasında kampusun bir neçə kilometr qabaqda avtobus dayanacağında itlər Mayklın qoxusunu aldı. Ancaq onu görən heç kimsə olmamışdı, özündən bir daha da xəbər alan olmadı.

Barbara Bolick ile ilgili görsel sonucu

Barbara Bolick

Arkadaşı Jim Hamaker ilə 18 iyul 2007-ci ildə Bitterroot Dağlarında yürüşə çıxan 55 yaşındakı Barbara Bolik, Ayı Dərəsi adlanan ərazidə mənzərəni izləmək üçün dayanıb. Bir neçə metr arxadan gələn dostu olduğu yerə gəldiyi zaman Barbara orada yox idi, çağırdı, onu tapa bilmədi. Yetkililər bölgədə geniş miqyaslı axtarışa başladı. Bölgənin altı üstünə gətirildi. Barbara Bolickə aid heç bir iz tapılmadı. Vəhşi heyvanların hücumuna məruz qalma ehtimalına dair də bir iz yox idi. Polis onun dostunu da araşdırdı, ancaq ona duyulan şübhəni gücləndirəcək heç bir işarəyə rast gəlinmədi.

 

Maykl Bearon

51 yaşlı Maykl Bearon 23 avqust 2008-ci il ATV vasitəsilə ot biçmək üzrə yola çıxdı. Bunu görən qonşuları idi. Ertəsi gün tarlaya gələn bir dostu yola park edilib və bir səfərə çıxmaq üçün hazırlandığı anlaşılan yük maşınını gördü. Maykla zəng etdikləri zaman daha öncə heç getmədiyi qeyd edilən bir təpədə ATV maşını tapıldı. Bir qəza və ya cinayətə dair heç bir sübuta, dəlilə rast gəlinmədi. Bearonun aqibəti bilinmir.

April Fabb ile ilgili görsel sonucu

April Fabb

İngiltərə tarixinin ən çox bilinən itkin hekayəsi April Fabba aiddir. Norfolkda Metton kəndində yaşayan 13 yaşındaki April, 8 aprel 1969-cu ildə bir neçə kilometr uzaqlıqda tapılan Mettondakı bacısına baş çəkmək üçün velosipedi ilə evdən çıxandan 6 dəqiqə sonra itdi. Bu, tam olaraq bilinir, çünki yol kənarında yan yatmış haldakı velosipedi tam 6 dəqiqə sonra tapıldı. Qaçırıldığına dair bir iz, eləcə də özü heç tapılmadı. 1978-ci ildə Aprilin başına gələnə bənzər bir durum da Genette Tate adındakı bir qızın başına gələn zaman məşhur uşaq qatili olan Robert Blakin hadisə ilə hər hansı əlaqəsi ola biləcəyindən şübhə edildi. Amma hər hansı əlaqə qurula bilmədi.

Brian Shaffer ile ilgili görsel sonucu

Brian Shaffer

27 yaşındakı tibb fakültəsi tələbəsi Brian Shaffer 1 aprel 2006-cı ildə getdiyi barda itdi. Qız dostları ilə birgə içib, ardınca bir neçə insanla daha söhbət edib. Barın təhlükəsizlik kamerası gğrüntüləri araşdırılıb və bardan çıxdığını göstərən heç bir izə rast gəlinməyib. Brianın barın içində itməsinin sirri çözülməyib.

Jason Jolkowski ile ilgili görsel sonucu

Jason Jolkovski

Nebraskada yaşayan 19 yaşındakı Jason Jolkovski 13 iyun 2001-ci ildə işə getmək üçün evdən çıxıb. Dostu yarım saat sonra onu götürmək üçün sözləşdikləri yerə maşını ilə gəldiyi zaman Jason orada yox idi. İstintaqda Jasonu görən heç kimsə çıxmadı, ətrafdakı bütün təhlükəsizlik kameraları araşdırılsa da, onun görüntüsünı rast gəlinmədi. Başına nə gəldiyi hələ bilinmir. 2003-cü ildə ana və atası, itkinlərlə bağlı kampaniya aparan Jason Layihəsinə başladı.

Nicole Morin ile ilgili görsel sonucu

Nicole Morin

Torontoda 30 iyul 1985-ci ildə  8 yaşındakı Nikol dostları ilə birlikdə hovuza getmək üçün anası ilə vidalaşaraq evdən çıxıb. 15 dəqiqə sonra dostu zəng etdi və anasından Nikolun niyə gəlmədiyini soruşdu. Toronto tarixindəki ən böyük miqyaslı araşdırma başladı. Eyni binada yaşadıqları bir kişi onu liftdə görmüşdü. Nikolu görən başqa heç kimsə olmamışdı. Axtarışlardan heç bir nəticə çıxmadı. Aradan keçən 30 ildə Nikolun başına nə gəldiyi hələ də bilinmir.

 

Belə şeylər Fringedə baş verirdi

Amerikan fantastik serialı “Fringe”də hər kəsin və hər şeyin bir bənzəri var. Yaşadığımız dünyaya paralel bir digər dünya ilə mübarizə aparılır və dünyalar arasında keçid edənlər olur.

 

Onları yadplanetlilər oğurlayıb

Amma bəzi itkin hekayələri var ki, onların çoxunu yadplanetlilərlə əlaqələndirirlər. ATV bununla bağlı ilginc bir dosye hazırlayıb. Bəli, bəzi insanlar artıq onlarla görüşdüklərini iddia edirlər.

Belə hadisələrdən biri 1945-ci il İngiltərədə baş verib. 15 yaşlı Anna Ceffri adlı qız qulluqçu işlədiyi evin bağçasında huşsuz vəziyyətdə tapılır. Özünə gəldikdən sonra başına gələnləri danışan Annanın edikləri  hər kəsi şoka salır. 15 yaşlı qızcığaz bir neçə insanabənzər varlığın onun yanına gəldiyini, daha sonra huşunu itirdiyini bildirib. Bir müddət sonra işıqlı bir otaqda gözünü açan Anna yadplanetlilərin onun bədənini yoxladığını görüb və yenidən huşunu itirib. Gerisini xatırlamayan qızcığaz gözünü bir də evin bağçasında açıb.

Oxşar hadisə 1989-cu ildə Amerika sakini Linda Napolitano-nın da başına gəlib. Tez-tez televiziya verilişlərinə dəvət olunaraq bu haqda məlumat verən Linda başına gələnləri yuxu kimi xatırlayır.

“Pəncərdən baxırdım. Birdən evimizin qarşında bir uçan boşqab dayandı. Məni oğurlayıb həmin uçan boşqaba mindirdilər. Tez-tez huşumu itirib ayılırdım. Yadımda qalan yalnız üzərimdə tibbi müayinələrin aparılması ilə bağlıdır”.

Yadplanetlilər tərəfindən qaçırıldığını iddia edən şəxslərdən biri də Avstriya sakini Cozef Vanderkadır. Meşəyə gəzintiyə çıxan Cozef bir anda narıncı rəngli, yumurtaya bənzərə maşınla rastlaşır. Çox gözəl, uzun boylu, sarışın varlıqlar tərəfindən həmin maşına mindirilən Avstriya sakini həmin şəxslərdən dünyanın düzəlməsi üçün yardım belə istədiyini iddia edib. Aldığı cavab isə “biz dünya tarixinin gedişatına qarışmayacayıq” sözləri olub.

“Yol ilə gedərkən diski xatırladan uçan əşya gördüm. İçərisindən isə narinci dəri rəngli, keçəl və pişik gözünə oxaşan gözləri olan bir neçə varlıq çıxdı”…

Yadplanetlilərlə ünsiyyətdə olduğunu iddia edən İtaliya sakini Grodner Pass isə onları məhz bu cür təsvir edib. Söhbət zamanı  onlar Grodneyə yerə maqnit sahələrinin köməyiylə gəldiklərini, lakin burda tez qocaldıqları üçün çox qala bilmədiklərini deyiblər.

Böyük Britaniyada yaşayan Samanta Makdonalds adlı qadın da onlarla görüşdüyünü iddia edir. Gecə yatdığı yerdə yadplanetlilər tərəfindən qaçırıldığını deyən Samanta onlarla kontaktda olduğunu və söhbət elədiyini bildirib. Səhər ayıldıqda isə yaşadıqlarının yuxu olduğunu düşünən qadın qollarında olan yara izlərindən sonra gördüklərinin yuxu yox, gerçək olduğunu anlayıb. “Əvvəl qorxdum. Sonra isə onlardan nə istədiklərini soruşdum. Yadplanetlilər isə mənə cavab verərək ailəmi və məni özləri ilə aparmaq istədiklərini bildirdilər”.

 

İtkin düşən uşaqları kim tapır?

Facebook şirkəti itkin düşmüş uşaqların axtarışı ilə məşğul olan “National Center for Missing and Exploited Children” təşkilatı ilə 2015-ci ildə saziş imzalayıb. Saziş çərçivəsində şirkət axtarışda olan uşağın itkin düşdüyü ərazilərdə yaşayan və ya işləyən istifadəçilərin hesablarında həmin uşaqlar haqqında bildirişlər (AMBER Alerts) göstərib.

“AMBER Alerts” uşağın fotoşəkilinin, onun əlamətlərinin, hansı vəziyyətdə itkin düşməsi ilə bağlı qısa təsvirin, eləcə də ətraflı məlumat üçün linkin daxil olduğu bildirişdir.

Facebook-da yüz milyonlarla istifadəçinin qeydiyyatdan keçməsini nəzərə alsaq, itkin düşmə haqqında bildirişin göstərilməsi faydalı ola bilər. “AMBER Alerts” əvvəlcə yalnız ABŞ sakinləri üçün nümayiş olunacaq, lakin gələcəkdə proqramın digər regionları da əhatə edəcəyi gözlənilir.

Bundan əvvəl “AMBER Alerts” proqramı Facebook-da işləsə də, ayrıca ümumi səhifə olmayıb. Hazırda isə sosial şəbəkə itkin düşən uşaqlar haqqında bildirişlərin göndərilməsi prosesini avtomatlaşdırıb və bu addımın səmərəliyini artıq yaxın vaxtlarda qiymətləndirmək mümkün olacaq.

Oğurlananlardan fərqli olaraq bəzilərinin çox müəmmalı şəkildə yoxa çıxması ilə bağlı minlərlə məlumat mövcuddur. Belə müəmmalı hadisələr, demək olar ki, dünyanın əksər ölkələrində baş verir. Keçmiş SSRİ-də təkcə ötən əsrin 70-80-ci illərində 85 min nəfər müəmmalı şəkildə yoxa çıxmışdı. Araşdırmalar zamanı insanların yoxa çıxmalarına sirri açılmaz görünən qəribə hadisələrin səbəb olduğu aşkar edilir. Amma o vaxt SSRİ-də bunlarla bağlı susmağa üstünlük verilirdi.

Məsələn, 1973-cü ildə leninqradlı (indiki Sankt-Peterburq) üç tələbə Krımda istirahət edərkən müəmmalı şəkildə yoxa çıxdı. Tələbələr kirayədə qaldıqları evdən çıxaraq yaxındakı dayanacaqda onları gözləyən qızlarla görüşməli idilər. Amma qızlar nə qədər gözləsələr də, tələbələr gəlib çıxmır. Tələbələri küçədə dayanacağa gedərkən görənlər də tapılır. Amma onların necə yoxa çıxdıqları bu günə kimi sirr olaraq qalır. Digər oxşar hadisə 1965-ci ildə amerikalı texnik Karl Robert Dişlə əlaqədar baş vermişdi. Antarktidadakı elmi tədqiqat stansiyalarından birində işləyən 26 yaşlı Diş mayın 7-də barakdan çıxaraq yaxınlıqdakı digər baraka getmək istəyir. Barakdan çıxmazdan əvvəl, o bu barədə radio ilə dostlarına məlumat verir. Amma Diş bir neçə dəqiqəlik məsafədə olan qonşu baraka gedib çıxa bilmir. Dərhal ABŞ hərbi hava qüvvələri axtarışa cəlb edilir. Lakin bir neçə həftə davam edən axtarış heç bir nəticə vermir.

İnsanların müəmmalı şəkildə yoxa çıxdıqları bir neçə təhlükəli ərazilər var. Onlardan biri ABŞ-ın Kaliforniya ştatındakı meşə massivi hesab edilir. 280 min hektar ərazisi olan bu massivdə dəfələrlə insanlar yoxa çıxıblar. Şahidlərin söylədiklərinə görə, hər 4-5 ildən bir massivdə istirahət edənlərdən kimsə göz qabağındaca yoxa çıxır. Hələlik, alimlər belə hesab edirlər ki, müəmmalı şəkildə yoxa çıxanlar bizə məlum olmayan və ya bizə paralel olan digər zonalara düşürlər. Belə ehtimal edilir ki, hansısa məqamda paralel şəkildə fəaliyyət göstərən zonaya tunel açılır və insanlar bu tunel tərəfindən cəzb edilirlər.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir