qebile

Dünyanın ən qorxunc adəti: Kəfənin şansına inanıb, ölüləri məzardan çıxaran qəbilə… – FOTOLAR

Baxış sayı: 1. 138

Bir-birindən fərqli adət-ənənələri ilə hər zaman diqqət mərkəzində olan qəbilələr, tayfalar haqqında tez-tez dünya mətbuatında maraqlı məlumatlar yer alır.

Madaqaskarın Ambohitseheno şəhərində yerləşən Morano kəndinin sakinləri adət-ənənələri ilə gündəmə gəlib. Ölümlə yaşam arasında bir bağlantı qurduqlarına inanan kənd sakinləri ölüləri məzardan çıxarır, bununla da atalarının adlarını daşımağa haqq qazandıqlarını sübut edirlər.

Meyitlərin məzardan çıxarılma mərasimində ölü sahibləri ailələrini şərəfləndirmək üçün mərasimə qatılan kənd sakinlərinə yemək paylayır.

3 gün davam edən mərasimin ilk günündə kənd əhalisinə yemək paylanılır.

İkinci gün isə “Hira Gasy” adı verilən musiqi ilə rəqslər edilir.

Üçüncü gün isə ölülərin məzardan çıxarılma prosesi başlayır.

Məzardan çıxarılan ölülər köhnə kəfəndən çıxarılaraq yenisinə bürünür. Ölülərin üzərindən çıxarılan köhnə kəfənlər övladı olmayan qadınlara və ya könüllü şəkildə istəyən digər kənd sakinlərinə paylanılır. Onlar bu köhnə kəfənin şans gətirdiyinə inanırlar.

Yeni kəfənə bürünmüş meyitlər musiqi sədaları altında 7 dəfə məzarlığın başına fırladıldıqdan sonra yenidən dəfn edilir.

Qeyd edək ki, buna bənzər bir adət-ənənə də İndoneziyada yerinə yetirilir. 3 ildən bir məzardan çıxarılan ölülərə yeni paltarlar geyindirilir. Mərasim təşkil olunaraq kəndin içərisində gəzdirilən meyitlər daha sonra yenidən məzarlarına qaytarılır.

Onlar meyitləri kəfənlə deyil, eləcə geyindirdikləri geyimlərlə dəfn edirlər. Yerli əhalinin inancına görə, ölənlər hələ də onlarla birlikdədir. İndoneziyanın cənubunda yerinə yetirilən “Manene” adlı bu adət bir çoxları üçün qorxulu kinoları xatırladır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir