uzuk

Dünyanın ən uğursuz EVLİLİK TƏKLİFİ – VİDEO

Baxış sayı: 1. 577

Nyu-York polisi nişan üzüyünü kanalizasiyaya salmış kişini axtarır. “Gencaile.az” xəbər verir ki, bu barədə Nyu-York Polis Departamentinin “Tvitter” səhifəsində bildirilir.

Qeyd olunur ki, Manhettenin mərkəzi Taymz Skverdə evlilik təklifi edən kişinin əlindən kanalizasiyaya düşən üzük tapılıb: “O (gəlin) “hə!” dedi, lakin kişi o qədər həyəcanlı idi ki, üzüyü kanalizasiyaya saldı”.

Polis Departamenti bildirib ki, üzüyü sahibinə qaytarmaq istəyir. Qurumun “Tvitter” səhifəsində həmçinin üzüyün fotosu və həmin anın video görüntüsü yayılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir