usaq

Dünyanın ən varlı uşaqları

Baxış sayı: 1. 749

Bəzi insanlar həqiqətən dünyaya şanslı gəlir. Bizlərinin xəyalını qurmaqda çətinlik çəkdikləri həyatı, onlar hər gün yaşayır. Bəzi zənginlər indiki mövqelərinə öz zəhmətiylə gəlsə də digərlərinin çox səy göstərmisinə ehtiyac olmayıb. Onlar ya doğuşdan zəngin ya da qabiliyyətləri sayəsində kiçik yaşda sərvət qazanan insanlardır.

Təbii ki yaş kiçik olduqda, zənginliklərini yaşamaq formaları də fərqli olur. Bir an belə aralı qalmadığımız sosial şəbəkə saytları onların bahalı oyuncaqlarıyla dolub daşır. Zəngin uşaqların Instagramdan təqib etdiyimiz tətilləri, Facebookda bir-birlərilə yarışırmış kimi paylaşdıqları bahalı hədiyyələri, artıq bizim də həyatımızın bir parçası oldu. Bəzən qısqanaraq, bəzən qibtə edərək, bir çox hallarda da təqdir edərək təqib etdiyimiz dünyanın ən varlı uşaqlarının kimlər olduğunu öyrənməyə hazırsınızmı?

Qarşınızda dünyanın ən varlı uşaqları:

 

Jaylen Bledsoe (3.5 Milyon Dollar)

Siyahımızda yalnız iki sahibkar uşaq var. Bunlardan biri Jaylen Bledseodur. Çünki siyahıdakı digər uşaqlar ya doğuşdan zəngin ya da əyləncə dünyasındakı adlar arasındadır. Hələ yeniyetmə olan Jaylen Bledseo, BLEDSOE Technologiesı qurduğu zaman yalnız 13 yaşındaydı. Qısa zaman içində böyüyən şirkətin 2 il içində 100 işçisi var.
İnformasiya texnologiyaları və qrafik dizaynı sahəsində ixtisaslaşan şirkət, Jaylen Bledsoenu 3.5 milyon dollarlıq bir sərvətin sahibi edib. Bu dahi uşaq hazırda həm başqa investisiyalar arxasınca qaçır həm də şəhər-şəhər gəzərək yaşıdlarına ilham vericitəlimlər keçir. Yekun olaraq Jaylen, yaşınız nə olursa olsun xəyallarınızın arxasınca getməyinizin lazım olduğunu nümayiş etdirən ən yaxşı nümunələrindən biridir.

Rico Rodriguez (4 Milyon Dollar)

Olduqca gənc bir yaşda aktyorluq etməyə başlayan Rico Rodriguez, Modern Family adlı TV proqramına qədər bəzi proqram və filmlərdə kiçik rollar almışdır. ABC adlı TV kanalının ən məşhur proqramlarından biri olan Modern Family ilə birlikdə 4 milyon dollarlıq sərvəti olan bir aktyor olub sürətlə yüksəlməyə başladı.
Digər tərəfdən, Rico Rodriguezin bu sərvətini daha da artıracağı deyilir. Rodriguez, gələcəkdəki 10 ilin ən yaxşı komedia aktyorları arasında yer ala biləcək qədər qabiliyyətli olduğunu açıqca göstərir.

Elle Fanning (5 Milyon Dollar)

Dakota Fanning adlı uşaq aktyoru xatırlayırsınız? Dakotanın bacısı da onun yolundan getməyə qərar verib. Hazırda 17 yaşında olan Elle Fanningin ilk rolunu bacısının oynadığı “Mənim Adım Sam” adlı filmdə hələ iməkləyən bir körpəykən canlandırdığını da bilirik.
Babil, Benjamin Buttonun Qəribə HekayəsiMalefiz kimi məşhur filmlərdə aktyorluq edən Elle Fanningin sərvəti 5 milyon dollara çatıb. Bundan Əlavə Elle Fanningin bu filmlərin xaricində 2 il içərisində ekrana daxil olacaq bir filmdə daha aktyorluq etdiyini də ifadə edək.

Jaden Smith (8 Milyon Dollar)

Siyahımızın 7. sırasında iştirak edən ad həm bir uşaq aktyor həm də milyoner bir cütlüyün oğludur. Will Smith ilə Jada Pinkett Smithin oğlu olan 16 yaşındakı Jaden Smith təxminən 10 ildir kino dünyasında iştirak edir. İlk dəfə Ümidini İtirmə adlı filmdə atasıyla birlikdə oynayan Jaden Karateçi Uşaq, Dünyanın Durduğu GünDünya Yeni Bir Başlanğıc kimi müvəffəqiyyətli filmlərdə yer alıb. Digər tərəfdən əslində çox filmdə oynamamış olsa da hər zaman əhəmiyyətli rollarda gördüyümüz uşaq aktyorun sərvəti artıq indidən 8 milyon dolları ötüb.

Abigail Breslin (12 Milyon Dollar)

Hələ uşaq deyilə biləcək bir yaşda olan Abigail Breslin, Hollywooddakı bir çox aktyordan daha artıq filmdə rol alıb. Reklamlarda oynayaraq aktyorluq karyerasına başlayan və ilk böyük rolunu Mel Gibson ilə oynadığı “İşarələrdə” göstərən Abigail Breslin hazırda 12 milyon dollarlıq bir sərvətin sahibidir.
Dünya səviyyəsində müvəffəqiyyət qazanmış “Zombi Ölkəsi və Kiçik Gün Işığım” adlı filmlərdə iştirak edən Breslin, son zamanlarda da Maggie və Final Girl’de oynamışdır. Buna əlavə olaraq, Kiçik Gün Işığın’dakı akytorluğu ilə Akademiya Mükafatı almağa haqq qazanan uşaq aktyor gələcəyin ən zəngin aktrisalarından biri olacaq kimi görünür.

Valentino Paloma Pinault ( 12 milyon dollar)

Salma HayekFransua Henri Pinaultun 7 yaşındakı qızları olan Valentino Paloma Pinaultun sərvəti isə 12 milyon dollar olaraq bilinir. Yaxşı, bu böyük sərvətin mənbəyi haradan gəlir? Təbii ki Valentino’nun varlı valideynlərindən! 85 milyon dollarlıq bir sərvəti olan Salma Hayek ilə 15 milyard dollarlıq sərvətin sahibi Francois HenriPinaultun qızı olsaydınız, siz də doğuşdan belə bir zənginliyə sahib olardınız.

Nick D’aloisio (30 Milyon Dollar)

Siyahımızda yer alan bir digər sahibkar isə 30 milyon dollarlıq sərvətin sahibi Nick D’aloisio! Öz səyiylə milyoner olan ən gənc adlar arasında da göstərilən D’aloisio, 2012-ci ildə yaratdığı Summly adlı tətbiqlə adını dünyaya eşitdirdi. Apple tərəfindən da 2012-ci ilin ən yaxşı tətbiqi seçilən Summly, Yahoo tərəfindən 30 milyon dollara alındı.
Hazırda İngiltərədə King’s Kollecində təhsilinə davam edən sahibkar uşaq eyni zamanda Yahooda çalışır. Görünən odur ki Dick D’alaisio təhsilini bitirdikdən sonra Yahoo’da daha yüksək vəzifə tutacaq.

Dannielynn Hope Marshall Birkhead (59 Milyon Dollar)

2007-ci ildə həyatını itirən məşhur televiziya işçisi Anna Nicole Smithin qızı olan Dannielynn Hope Marshall Birkhead’in sərvəti isə 59 milyon dollar olaraq bilinir. 10 milyon dolları anasından miras qalan sərvətin 49 milyon dolları isə milyarder atası J. Howard Marshall’dan qalmışdır. Belə ki Anne Nicole Smith hələ həyatdaykən, milyarder əri Howard Marshall cütlüyün evliliyindən qısa müddət sonra vəfat etmişdi. Bundan sonra Anna Smith ərinin ailəsinə qarşı bir miras iddiası qaldırmışdı. Nəticədə Anna Smith həyatdaykən iddianı qazandığını görə bilməmişdi amma kiçik qızı atasının sərvətindən haqq almağı bacarmışdı.

Knox&Vivienne Jolie Pitt (67.5 Milyon Dollar)

Angelina JolieBrad Pittin əkizləri olan KnoxVivienne də dünyanın ən zəngin uşaqları arasındadır. Hələ indidən 67.5 milyon dolları olan uşaqların bu siyahıda olmasına hərhalda təəccüblənmədiniz. Digər tərəfdən Jolie ilə Pittin bir çox uşağı olduğunu bilirik. Ancaq cütlüyün, əkizlərin gələcəyi üçün daha çox investisiya etdiyi deyilir. Nəticədə Knox ilə Vivienne, People Magazine adlı jurnala satılan doğum fotoşəkilləri ilə milyon dollarlar qazanmağa hələ uşaqlıqdan başlamışdılar.

Prens George Alexander Louis (1 Milyar Dollar)

Siyahımızın 1 nömrəsinə gəldik! Hələ 2 yaşına belə gəlmədən bir milyarder olan Şahzadə Corc Aleksandr Luisin bu sərvətinin mənbəyi təbii ki ailəsinə söykənir. Şahzadə William və Kate Middleton’un uşaqları olan kiçik Şahzadə, cütlüyün ilk və tək oğludur. 2013-ci ildə dünyaya gələn Şahzadə Corc Aleksandr Luisin gələcəkdə sahibi olacağı sərvəti isə daha çoxdur. Çünki Crown Estate, taxtın varisi olanlara 5 milyard dollar dəyərində əmlak varlığı verir. Şahzadə Corc Aleksandr Luisinə bu pulun yanında illik 400 milyon dolların daha veriləcəyi də məlumdur. Nəticədə uşaqlığını bütün dünyanın gözü qarşısında yaşayacaq olan Şahzadə, bu vəziyyətlə atası kimi başa çıxa biləcək mi həqiqətən maraq doğurur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir