d

Dünyanın ən bahalı dondurması

Baxış sayı: 445

Dubayda bir ədədi 530 funt-sterlinqə (861 manat) dondurma satılır. “The Telegraph”ın məlumatına görə, Dubayda yerləşən “Black Diamond” dondurma kafesi dünyanın ən bahalı dondurmasını satışa çıxarıb.

Dondurmanın içinə Madaqaskar vanili, İran zəfəranı və İtaliyadan gətirilmiş trüfeldən əlavə 23 əyar yeməli qızıl da qatılıb.

“Versace” markasının dizayn etdiyi dondurma qabı isə müştərilərə hədiyyə verilir.

Qeyd edək ki, Dubayda bundan əvvəl dünyanın ən bahalı kapkeyki (648 funt-sterlinq) və kokteyli (4632 funt-sterlinq) hazırlanmışdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir