004a3d

Dünyanın ən bahalı şəhərlərində çörək neçəyədir?

Baxış sayı: 1. 863

Economist Intelligence Unit dərgisi “Dünyanın ən bahalı şəhərləri – TOP 10” siyahısını yenilədi.

2013-cü ilin siyahısı ilə o qədər də çox fərqlənməyən bu TOP 10-luğu və bu şəhərlərdə gündəlik qida tələbatıçmıza çevrilmiş çörəyin qiymətini 5 illə müqayisədə sizə təqdim edirik.


1.
 Dünyanın ən bahalı şəhərləri sırasında ilk pillədə Sinqapur durur. Keçən ilin statistikasında Sinqapur 6-cı pillədə idi. Vergilərin və avtomobil satışının çox bahalı olması şəhəri “dünyanın ən bahalı şəhərləri” sırasında birinci etdi.

Çörək:  3,36 $

5 il bundan əvvəl: 2,90 $


2.
 Bu Avropa şəhərinin adı, tarixi və mədəniyyəti hər zaman dillər əzbəri olub. Bu şəhərdə nəqliyyat, qida və yaşam çox bahalıdır. Söhbət dünyanın ikinci ən bahalı şəhəri olan Parisdən gedir.

Çörək:  8,44 $

5 il bundan əvvəl: 7,31 $


3.
 Uzun illərdir Norveçin paytaxtı Oslo şəhəri bahalı olmasına görə “Economist Intelligence Unit” siyahısına daxil edilir. Sosial xidmətlərin (stomatologiya, gözəllik salonu, ictimai nəqliyyat) kifayət qədər baha olması bu ölkəni 3-cü pillədə yerləşdirib.

Çörək:  5,91 $

5 il bundan əvvəl: 5,33 $


4. Sürix
 – bu şəhərin siyahıda olması heç təəccüblü deyil. Ən iri bankların özəyi, maliyyə mərkəzləri Sürixdə yerləşir. İsveçrənin Sürix şəhərində qarşınıza çıxan hər bir şey olduğundan çox bahalıdır.

Çörək:  6,19 $

5 il bundan əvvəl: 5,13 $


5. Sidneyin 
ən bahalı şəhər olmasına əsas səbəb vergilərin yüksək olmasıdır. Sidney əvvəlki siyahılarda 3-cü yerdə yerləşmişdir.

Çörək:  4,65 $

5 il bundan əvvəl: 3,52 $


6.
 Əvvəl daha yuxarı pillələrdə olan Tokio 2014-cü ilin statatistikasına əsasən, 6-cı pillədə qərarlaşıb. Ötən illərə nisbətən iqtisadi böhran yaşayan Tokioda vergilər olduqca yüksəkdir.

Çörək:  7,12 $

5 il bundan əvvəl: 7,55 $


7. 
Daha bir İsveçrə şəhəri 7-ci pillədə yer alıb – Cenevrə. Bu şəhərdə orta gəlir bir nəfər üçün 3000 $ təşkil edir.

Çörək:  6,38 $

5 il bundan əvvəl: 5,86 $


8. Melburn 
– Avstraliyanın ikinci ən böyük şəhəri. Şəhərin iqisadiyyatı, Universitetləri və mədəniyyəti olduqca inkişaf etmişdir.

Çörək:  4,43 $

5 il bundan əvvəl: 3,77 $


9.
 Venesuelanın paytaxtı olan Karakasa bütün qida ehtiyatı uzaqlardan gətirilir, burda bir çox sosial xidmətlər də bahadır. Şəhərdə qida məhsullarında qiymət artımı tez-tez baş verir.

Çörək:  11,02 $

5 il bundan əvvəl: 6,98 $


10. Kopenhagen
 bir çox Skandinaviya ölkələrindən təmizliyinə, rahatlığına və cəlbediciliyinə görə fərqlənir. Şəhərdə yaşam, tibb və transport kifayət qədər bahalıdır. Ötən ilki siyahıda Kopenhagen 15 pillədə yerləşmişdi.

Çörək:  4,82 $

5 il bundan əvvəl: 3,82 $

Orucova Jalə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir