Cennifer Eniston

Dünyanın ən gözəl qızları -SİYAHI

Baxış sayı: 1. 709

Amerikanın ən prestijli dərgisi sayılan “People” 2016-cı ilin ən gözəl xanımının adını açıqlayıb. Həmin siyahıda ilk səkkizliyi təqdim edirik.

8-ci yeri on barmağında on mərifət olan aktrisa, müğənni, rəqqasə Kristina Milian tutur. Kubalı gözəl deyəsən təkcə öz ölkəsində deyil, bütün Dünyanı gözəlliyi ilə fəth edir.

7-ci yeri müğənni, aktrisa Karie Andervud tutur. Milli musiqini ecaskar səsi ilə ifa etməsi qəlbləri fəth edir.

6-ci yeri cazibəsi və bu cazibəsini obrazlarına əks etdirən aktrisa və deyərdim ki, siyahıya düşən ən təəccüb edilən xanım Meagan Good oldu.
5-ci yeri artıq böyüdüyünü və cazibəsi ilə əksəriyyətin qəlbini fəth edən Selena Gomez tutur. Casten Bieberlə ayrıldıqdan sonra fanatlarının nifrətini qazanmasına baxmayaraq əksəriyyətinin sevgisini qazanıb.

4-cü yeri aktrisalığı və müğənniliyi ilə yetməzmiş kimi bir də gözəlliyi ilə ön planda olan Keke Palmer tutur.

3-cü yeri Kolumbiyalı model, aktrisa, aparıcı Sofia Vergara tutur.

2-ci yeri gözəlliyi ilə qəlbimizi fəth edən aktrisa Reese Uiterspun tutur. 40 yaşında olmasına baxmayaraq 20 yaşındakı qədər gözəl, təravətli və cazibədardır.

Və nəhayət 1-ci yerin sahibəsi, “People” jurnalına görə “Dünya gözəli” adına aktrisa Cennifer Eniston layiq görülüb.Ədalətli seçimdir, elə deyilmi?

Cennifer Enostonun bizlərə tək tövsiyəsi var: “Özünüzü olduğunuz kimi sevin, çünki gözəllik sizin öz daxilinizdədir.