Dünyanın ən sürətli maşını

Baxış sayı: 2. 286

“Bugatti”nin Cenevrədə “Motor Show”da üzə çıxardığı yeni avtomobili “Chiron” dünyanın ən sürətli maşını olacaq.

Fransanın avtomobil istehsalçısı yeni superavtomobilindən hələlik yalnız 4 ədəd istehsal edib.

“Bugatti” 2005-ci ildə təqdim etdiyi “Veyron” modeli ilə dünyanın ən sürətli maşını kateqoriyasında Ginnesin Rekordlar Kitabına düşmüşdü. Yeni “Chiron”un isə tamamilə yeni inkişaf etdirilmiş bir məhsul olduğu bildirilib.

“Bugatti”yə görə, yeni avtomobil “Veyron”dan daha sürətli, daha güclü və təbii ki, daha bahalı olacaq. “Bugatti” Avtomobil şirkətinin sədri Volfqanq Dürhaymer “Yeni rekordlar qırmaq, sərhədləri aşmaq insan təbiətində olan bir şeydir. Yeni “Chiron”la biz ən yaxşının da yaxşısını etdiyimizi düşünürük” deyib.

Yeni modelin 420 kilometr/saat sürət yığa bildiyi qeyd edilib.

Avtomobilin qiymətinin 2,6 milyon dollar ətrafında olacağı məlumatı verilib.

Xatırladaq ki, “Bugatti Veyron”un maksimum sürəti 415 km/saat ilə məhdudlaşdırılmışdı.

Bugatti Chiron 100 km/saat sürətini təxminən 2.5 saniyəyə yığır.

“Bugatti Chiron” modelindən 500 ədəd istehsal olunacaq. İstehsal olunan ilk 4 maşının 3-ü isə artıq satılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir