Dünyanın ən varlı cütlükləri

Baxış sayı: 1. 408

“Microsoft” şirkətinin yaradıcısı Bill Geyts və xanımı Melinda dünyanın ən varlı cütlüklərinin siyahısında birinci yeri tutur. Bu barədə “Wealth-Xconsalting” şirkətinin tədqiqatına istinadən “Market Watch” yazıb.

İyirmi bir ildir evli olan cütlüyün ümumi sərvəti 85,7 milyard dollar qiymətləndirilir.

İkinci yerdə “Zara” geyim mağazaları şəbəkəsinin 2001-ci ildə evlənmiş həmtəsisçisi Amansio Orteqa və xanımı Flora Peresdir. Onların ümumi maliyyə aktivləri 70,7 milyard dollardır.

Üçüncü yerdə 65 milyard dollarla investor Uorren Baffet və Astrida Menks qərarlaşıb. Onlar 1977-ci ildən birlikdə yaşayırlar və 2006-cı ildə evləniblər.

Dördüncü və beşinci yerdə “Koch İndustries” şirkətinin sahibləri olan Çarlz və Devid Kox qardaşları qərarlaşıb. Devid-Culiya və Çarlz-Elizabet cütlükləri 47,5 milyard dollarlıq sərvətə sahibdirlər.

Sonrakı yerləri Çin milyarderi Van Szyanlinya və Lin Nina (40,7 milyard dollar), “Amazon” internet mağazasının təsisçisi və rəhbəri Ceffi Bezos və Makkenzi Bezos (39,8 milyard dollar), “LVMH” holdinqinin direktoru Bernardo Arno və Elen Merse (38,7 milyard dollar), Mark Zukerberq və Prisilla Çan (38,5 milyard dollar), “Wal-Mart” mağazalar şəbəkəsinin rəhbəri Ceyms Uolton və Lin (36,2 milyard dollar) tuturlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir