Dünyanın ən yaşlı əkizləri

Baxış sayı: 1. 502

Bu il ömürlərinin102-ci ilini yaşayan Pierre və Paul Langerock avqustun 18-də dünyanın ən yaşlı əkizləri olaraq Ginnessin rekordlar kitabına düşüblər.

Gencaile.az Türkiyənin www.sabah.com.tr saytına istinadla xəbər verir ki, 1913-cü il iyulun 8-də dünyaya göz açan əkizlər bütün həyatlarını ailə qurmadan birlikdə keçiriblər. Əkizlər seçdikləri xanımlarla evlənmək üçün bir-birlərinə razılıq vermədiklərinə görə ömür boyu subay qalıblar.

Belçikanın Şərqi Flandre bölgəsinin mərkəzi olan Gent şəhərində yaşayan Langerock qardaşları hüquq sahəsi üzrə uzun bir karyera yolu keçiblər. Paul deyib: “85 yaşımızda həkimə getdik. O bizə 100 yaşadək yaşamağı gözləməməyi məsləhət görmüşdü. Həqiqətən bu qədər yaşlı olmağı istəməzdim”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir