Zhangjiajie

Dünyanın NAĞIL KİMİ 15 mənzərəsi

Baxış sayı: 518

İzlədiyimiz hər hansı filmdəki mənzərənin bəzən qurama olduğunu sanırıq. Reala bənzəməyən belə mənzərərlər əslində dünyada çoxdur. Onları görəndə özümüzü nağıllar aləmindəki kimi hiss edirik.

Beləliklə, xarici KİV-ə istinadən planetimizdə mövcud olan və real olduğuna inana bilməyəcəyiniz 15 mənzərəni təqdim edirik.

 

1. Cənubi İslandiya

Vulkan adasının çox hissəsinin düzənliklərdən ibarət olduğunu izah etmək çox çətindir. İslandiyanın cənubundakı şəlalələr də təbiət həvəskarlarının səyahət siyahılarının başındadır. Rejkjavikin kənarındakı Mavi Lagünün yaxınlığında, Seljalandsfoss, Haiifoss və Gullfoss şəlalələri insanı heyrətə gətirir. Şəlalələrin bir məkanda qovuşması qeyri-adi görüntü yaradır.

2. Noyşvanştayn qəsri

Nağıl kitablarındakı rəsmlərə bənzəyir, elə deyilmi? Bu, Almaniyadakı Noyşvanştayn qəsridir. Hər il təxminən milyon yarım insan ziyarət edir. Bavariya kralı II Lüdviq tərəfindən tikilən Noyşvanştayn qəsri, kralın yaşadığı xüsusi yer idi. 1886-cı ildə ictimaiyyətə açıldıqdan bəri bütün ziyarətçilər özünü bir nağıl içində hiss edirlər.

3. Vaqar

Farer adaları və dənizin şiddəti… Turizm baxımından çox inkişaf etmədiyi üçün 18 adadan ibarət olan Farerin sakitliyi qorunub saxlanılıb. Vaqar, təkcə bir hava limanına sahib olan arxipelaqın ən çox məskunlaşdığı adadır və 3000-dən çox əhalisi var. Nəfəs kəsən gözəlliyi ilə Vaqar 41 dağı, 4 gölü və 3 şəlaləsi ilə təbiət həvəskarları üçün kəşf edilməsini gözləyir.

4. Kapadokya

Kapadokya balonlarının gözəlliyi artıq dünyada qəbul edilib.  Ancaq Pəri bacalarına gəldikdə, hələ də böyük bir sirr hökm sürür. 9-cu əsrə aid fresklərlə bəzədilmiş qayalara oyulmuş yeraltı şəhər, gerçək olmayacaq qədər çox gözəl və sehrlidir.

5. Hallerbos

Belçikanın Hallerbos şəhərindəki çan çiçəyi meşələri yalnız yazda bir neçə həftəlik canlanır və sonra yenidən yuxuya gedir. Hava şəraitindən asılı olaraq tarixlərin dəyişməsi, bənövşəyi çiçəkli xalçanın canlanmasını gözləyən saysız-hesabsız ziyarətçi üçün səyahət planlaşdırmaqda çətinliklər yaradır. Hallerbosun gözəlliyi ondan ibarətdir ki, çəkdiyiniz şəkillər rəsm əsərinə çevrilir və gözəllik heç bir kameraya sığmayacaq qədər möhtəşəmdir.

6. Müqəddəs Basils Katedrali

Dünyanın ən çox fotoşəkil çəkilən məkanlarından biri olan Müqəddəs Basils Katedrali sehrli bir görünüşə malikdir. Hətta o qədər ki, küncdən Zoluşkanın çıxmasını gözləyə bilərsiniz. Müqəddəs Basils Katedrali 16-cı əsrin ortalarında inşa edilib və maraqlı olan odur ki, Moskvada onun kimi binalar yoxdur. Göydən enmiş və şəhərin ortasına qoyulmuş kimi bənzərsiz və möhtəşəmdir.

7. Meteora

Qədim Yunan sivilizasiyasının qoyub getdiyi saysız-hesabsız nəhəng məbədlər və şəhər xarabalıqları arasında, qayaların içində yeni bir monastır Meteora inşa edilib. Tikinti 14 -cü əsrdə başlayıb və 19-cu əsrə qədər fasilələrlə davam edib. Yunanıstanda Athos dağından sonra ikinci ən böyük dini quruluşdur. Bu təpənin niyə seçildiyini və necə tikildiyini hələ də bilmək mümkün olmayıb.

8. Böyük Prizmatik Bahar

Təbiətin belə bir görüntü yaratması möcüzədir, sanki yerin bir hissəsi kəsilərək kristal rənglərə boyanıb.

9. Dalğa, Arizona

Arizonanın şimalındakı xüsusi bir qaya var. Dalğa qayalığını görmək çox az şanslı adama nəsib ola bilər. Hər il yalnız 20 nəfərin girməsinə icazə verilir. Əlbəttə, gedilməsinin bu qədər çətin olmasının bir səbəbi var, bura son dərəcə kövrəkdir. Yura dövründən Navajo qumdaşı eroziyası nəticəsində əmələ gəlib.

10. Antilop Kanyonu

Arizonada qumdaşı qayalarının aşınması nəticəsində yaranan başqa bir real olmayan yer Antilop Kanyondur. Dalğadan cəmi 80 km aralıda, Navajo torpaqlarında yaranan bu yarıq, daşqınlar və həddindən artıq su axınları səbəbindən meydana gəlib. İllər keçdikcə su kanyonun dəhlizlərini genişləndirib və dərinləşdirib. Bura yalnız az sayda turla ziyarət edilə bilər.

11. Paro Taktsang

Paro Taktsang Butan dilində “Pələng yuvası monastrı” deməkdir. Tam adı olan Taktsang Palphug Manastırı, Butanın Paro Vadisində uçurumun kənarında dayanır. 1692-ci ildə Tenzin Rabgye tərəfindən inşa edilən bu möhtəşəm məbədə çatmaq üçün 2-3 saatlıq çətin piyada yol gedir. Hətta çıxmağın çox əziyyət olduğu bu uçurumda tikintinin necə aparıla biləcəyini anlamaq çox çətindir. 1998-ci ildə yanğından demək olar ki, tamamilə zədələnmiş Paro Taktsang, orijinala uyğun olaraq demək olar ki, yenidən qurulub.

12. Zhangjiajie

O qədər qeyri-realdır ki, kosmosda yeni bir planet arzusunda olan rejissorlara ilham verib.  2009-cu ildə ekranlaşdırılan Avatar filminin vizual effektlər qrupu, Zhangjiajie Milli Parkının qeyri-adi gözəlliyinin üstündə bir planet yaratdı. Parkın əsas sütunlarından olan Cənub Göy Sütunu, Avatar filmindən sonra “Avatar Hallelujah Dağı” adlandırıldı. Bu xüsusi hekayə səma sütunlarının populyarlığını yaratsa da, əslində qədim Çin əlyazmalarında və rəsmlərində olduqca tez -tez istifadə olunurdu. Zhangjiajie mənzərəsi zehnin sərhədlərini aşır, insan gördüyünə inana bilmir, amma bunun bir izahı var; Sütunlar kvars qumdaşı suxurlarının dağılması və yağış, külək, əriyən qar, günəş, istilik, soyuq kimi çoxsaylı hava şəraitinin təsiri nəticəsində əmələ gəlib. Üzərindəki bitkilər rütubətli iqlimin nəticəsidir.

13. Leshan Nəhəng Budda Heykəli

713 -cü ildə qədim Çində qurulan və 90 il ərzində minlərlə işçinin əl alətləri ilə daşdan oyulmuş Leshan Nəhəng Buda Heykəlinin hekayəsi inanılmazdır. Bilinən və qeydə alınan ən çətin tikinti olduğu üçün rekordçudur. 1300 ildən çox dayanmasına baxmayaraq, Leshan son dərəcə kövrəkdir və UNESCO-nun daimi nəzarəti altında qorunur. Uzunluğu 71 metr, çiyin aralığı 28 metr və ən kiçik ayaq dırnağı oturan insanın boyundadır.

14. Mərmər Mağaraları

Argentina-Çili sərhəddində yerləşən Patagoniya, bəşəriyyətin ən qədim yaşayış məskənlərindən birinə, olduqca qeyri-adi iqlim və hava hadisələrinə ev sahibliyi edir. Mərmər Mağaraları, kalsium karbonatdan hazırlanan süxurların 6 min ildən çox müddətdə su ilə aşınması nəticəsində əmələ gəlib. Mağara divarlarının rəngləri suyun günəş işığını əks etdirməsi nəticəsində ortaya çıxır. Yalnız şəxsi gəmi turları ilə ziyarət edilə bilər.

15. Cəhənnəm qapısı

Cəhənnəm qapısı adlanan “Darvaza Krater”i, 1971-ci ildə təbii qaz sahəsindəki bir yeraltı mağarasının çökməsi nəticəsində yaranıb. Sərbəst buraxılan metan qazının yayılmasının qarşısını almaq üçün çuxur yandırılaraq futbol meydançası böyüklüyündə bir çuxur ortaya çıxıb. Krater, Türkmənistanın ən çox turist cəlb edən Karakum Çölündəki Darvaza kəndinin yaxınlığında yerləşir.

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir