sEDDAM HUSEYN

Dünyanın yüksək səviyyəli ali məktəblərini fəth etmiş qaniçən diktatorlar

Baxış sayı: 186

Yeni dərs ilinə sayılı günlər qalıb. Övladı ali məktəbə qəbul olunanlar böyük sevinc hissi ilə bu yeni mərhələnin başlanmasını gözləyirlər. Maddi imkanı nisbətən yüksək olanlar isə uşaqlarını xaricdəki ali məktəblərdə oxutma yolunu seçiblər. Bir çox insanlara elə gəlir ki, Avropadakı ali məktəblərdə təhsil almaq övladı üçün bütün hallarda yaşıl işıq yandıracaq. Oranı bitirənlərin pis həyat yaşaması şansı yoxdur və sair və ilaxır.

Halbuki bu günə qədər bir çox diktatorların, qəddar dövlət başçılarının Avropadakı, eləcə də öz ölkələrindəki məşhur ali məktəblərin məzunları olduğu üzə çıxıb. Necə oxuyublar? “Oralarda” rüşvətin, tapşırığın heç bir rol oynamadığını nəzərə alanda…. demək ki, gələcəyin diktatorları orada yüksək ali təhsil ala biliblər. O zaman niyə belə bir nəticə ortaya çıxır?
Gəlin, dünyanın yüksək səviyyəli ali məktəblərini fəth etmiş qaniçən diktatorların dosyesini bir yada salaq.
İkipilləli ali təhsilli hüquqşünas – Səddam Hüseyn

Image result for Səddam Hüseyn
Öncə İraqın mərhum lideri Səddam Hüseyndən başlayaq. 1937-ci ildə İraqın Tikrit şəhərində çoban ailəsində anadan olan Səddam 17-20 yaş arasında Bağdad Universitetində hüquq elmi üzrə təhsil alıb. 1957-ci ildə BƏƏS Partiyasına üzv olub. 1959-cu ildə İraqın o zamankı baş naziri olmuş Əbdülkəmir Qasıma qarşı hazırlanmış sui-qəsddə iştirak edir. Sui-qəsd zamanı yaralanır və birinci Suriyaya sonra isə Misirə qaçır. Sürgündə yaşadığı zaman Qahirə Universitetində (1962-1963) hüquq elmi üzrə yenidən təhsil alır. 1963-cü ildə BƏƏS Partiyasının İraqda hakimiyyətə gəlməsindən sonra təhsilini İraqda davam etdirmək qərarına gəlir.
İsveçrədə dərs buraxan, imtahandan keçə bilməyən diktator

Image result for Kim Çen In
Şimali Koreyanın gənc diktatoru Kim Çen In ölkəsində “dahi varis” titulunu dayışır. Hazırda dünyanın ən gənc dövlət başçısı olan Kim Çen Inin xasiyyətinə hətta Isveçrədəki təhsil də təsir etməyib. Onun Avropada çox pis oxuduğu, dərslərini çatdırmadığı deyilir. İsveçrənin “Le Matin Dimanshe” nəşrinin yazdığına görə, ilk təhsil ilində o, 75 gün, ikinci ilində isə 105 gün dərsdə olmayıb. Dərslərə bir qayda olaraq nahardan sonra gəlib çıxırmış. İntellektual qabiliyyəti ilə seçilməyib, əksinə, hətta ən asan sayılan imtahanlardan zəif nəticə göstərib. Ingilis və alman dillərini pis bilən gələcək diktator özündən iki yaş kiçik uşaqlarla bir sinifdə təhsil alıb. Nisbətən yaxşı qiymətləri isə musiqi dərsindən olub.
1999-cu ildə İsveçrədən qayıdan Kim Çen In o vaxtdan bəri bir daha Avropaya getməyib. Onun Avropada təhsili başa vurduğu barədə də dəqiq məlumat yoxdur. Ölkəsində babası Kim Ir Sen adına universitetdə təhsil alıb. Hələ 2007-ci ildən ölkə rəhbəri postuna hazırlanan Kim Çen In 2010-cu ildə rəsmi şəkildə varis elan edilib.
İnternat məktəbindən qovulsa da….

Related image
Liviyanın tarixə iz salmış diktator rəhbəri Muammer Qəzzafinin təhsil həyatına gedən yolu da qəribə olub. O, ailənin axırıncı və tək oğlan uşağı idi. Atası kasıb bir bədəviydi, tez-tez yaşayış yerini dəyişirdi. Elə bu üzdən də 9 yaşında məktəbə gedən Muammər 3 məktəb dəyişməyə məcbur olmuşdu. Atası daha sonralar oğlunun məktəb illərini belə xatırlayırdı: “Mənim oğluma bir künc tutmaq üçün pulum yoxdur. Ona görə də onu arxamca sürüməyə məcburdum. O, məktəbə getdiyi zaman məsciddə gecələyir və istirahət günləri səhrada 30 km yolu qət edərək yanımıza gəlirdi”.
Yeniyetməlik illərində Qəzzafi Misir inqilabının və panarabizm ideyasının lideri, Misir prezidenti Kamal Abdul Nasarın qızğın fanatına çevrilir. Hələ 14 yaşında Muammər siyasətə meyl etməyə başlayır. 1956-cı ildən başlayaraq Qəzzafi anti-İsrail mitinqlərində iştirak etməyə başlayır. 1959-cu ildə Sebh şəhərində yaradılan gizli anti-İsrail təşkilatının əsas aktivistlərindən biri olur. 1961-ci ildə Muammər siyasi fəaliyyətinə görə Sebh internat məktəbindən qovulur. Buna baxmayaraq, Qəzzafi 1962-ci ildə Benqazi Universitetinin tarix fakültəsinə daxil olur. Universiteti leytenant rütbəsi ilə bitirən Qəzzafi Britaniyada hərbi hazırlıq keçir və bundan sonra ona kapitan rütbəsi verilir.
3 ilə müəllim olan diktator

Image result for Benito Mussolini
İtaliyada faşizm rejiminin diktatoru Benito Mussolininin durumu da fərqli olub. Bu şəxs çox yaxşı oxuyub, tarix, coğrafiya, xarici dillər onda xüsusilə uğurlu alınıb. Cəmi 3 il ərzində müəllim diplomu alıb. Lakin iş yeri axtarışı uzun çəkib – kifayət qədər iş yeri olmayıb. Nəhayət, kiçik bir şəhərdəki orta məktəbdə ştatdankənar müəllim işinə düzəlib. Amma iş yerində çox qala bilməyib.
Fransız liseyi, tibbi təhsil… axırda da başkəsən

Image result for Bəşər Əsəd
Suriyanın prezidenti olmuş diktator Bəşər Əsədin təhsil həyatını da parlaq saymaq olar. O, 1965-ci ilin 11 sentyabrında Dəməşqdə dünyaya gəlib. Bəşər Əsəd ibtidai və orta təhsilini elit məktəbdə – ərəb-fransız liseyində alıb. Məlumatlara görə, o, dərslərini yaxşı oxuyub, nümunəvi şagird olub. İngilis dilini bilir, fransızca sərbəst danışırdı. 1982-ci ildə liseyi bakalavr dərəcəsi ilə bitirən Bəşərin bundan sonrakı həyatı haqda məlumatlar bir-birinə uyğun deyil. Bəzi mənbələrə görə, liseyi bitirdikdən sonra o, orduda xidmətə yollanıb. Başqa bir məlumata əsasən gənc Bəşər dərhal universitetə daxil olub. Hafiz Əsəd oğlunun həkim olmasını arzulayırdı. Çünki özü vaxtilə həkim olmaq istəmişdi. Ancaq Ərəb-İsrail müharibəsi, yaxud da təhsil haqqını ödəyə bilməməsi ucbatından Hafiz Əsəd bu arzusundan vaz keçib hərbçi olmuşdu. Oğlunun hərbi həkim olmasını istəyən prezidentin arsuzunu gerçəkləşdirmək üçün Bəşər universitetdə məhz həkim ixtisasını seçib. 1988-ci ildə universiteti bitirən Bəşər Əsəd hərbi hospitalda işləməyə başlayıb. 1991, başqa mənbələrə görə 1992-ci ildə təcrübə keçmək üçün Böyük Britaniyaya yollanıb. “Western Eye Hospital”da təcrübə keçən B.Əsəd 1994-cü ildə təcrübəni yarımçıq qoyaraq ölkəsinə dönüb…
Kambociya lideri olmuş Pol Pot isə 1925-ci ildə çoxuşaqlı varlı ailədə doğulub. Cavan oğlan orta təhsilini müvəffəqiyyətlə başa vurub. 1949-cu ildən Paris Universitetində radioelektronikanı araşdırıb. Həmin dövrdə marksizmlə maraqlanıb və Fransa Kommunist Partiyasına daxil olub. Kommunist düşüncələrlə yaşayan Pol Pot təhsil həyatını tamamlaya bilməyib. Buna görə 1952-ci ildə öz vətəninə qayıdan Pol Pot 1960-cı ildə qeyri-qanuni Kommunist Partiyasının qurulmasında böyük rol oynayıb. O dövrdə xalq hakimiyyətdə olan Şahzadə Sayqonun rəhbərliyindən xalq məmnun idi.
Çauşeski ibtidai təhsil almış çəkməçi – oxumağa pulu olmayıb…

Image result for Nikolae Çauşesku
Rumıniyanın keçmiş prezidenti Nikolae Çauşesku 26 yanvar 1918-ci ildə Skorniçeşti kəndində kəndli ailəsində dünyaya gəlib. Ailənin 10 uşağından biri idi. Ailəsi kasıb yaşasa da atası ona ibtidai təhsil verə bilib. 11 yaşı olarkən Buxarestə köçüb, çəkməçi yanında çəkməçiliyi öyrənməyə başlayıb. 15 yaşında kiçik çəkməçi dükanında işləyib. 1932-ci ildə gizli fəaliyyət göstərən kommunist gənclər hərəkatına qoşulub, 1936-cı ildə isə Kommunist Partiyasına üzv olub. Kommunistlərin mitinqlərində iştiraka və təbliğata görə həbs edilən gələcək diktator iki il türmə həyatı yaşayıb.
Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir