hamile

Dünyaya daha ağıllı övlad gətirmək üçün nə etməli? – QADINLARIN MENYUSUNA

Baxış sayı: 1. 618

Bir çox araşdırma ağlın genetik faktorlardan təsirləndiyini ortaya qoyur. Ancaq genetik faktorlardan başqa kənar təsirlərin də rolu var. Hamilə qadınlar aşağıda yazılanlara əməl etməklə uşaqlarının ağlını artıra bilərlər.

Hamiləlik zamanı Mosart ya da Betxoven musiqisini dinləmək qadını sakitləşdirir. Ana namizədlərinin çoxu uşağının musiqi zövqünü artırmaq üçün klassik musiqiyə qulaq asırlar. Bəs, bu həqiqətdirmi? Bu üsul hamilə qadının dincəlməsinə kömək edə bilər. Lakin uşağın ağıllı olması üçün başqa üsullar da var.

Düzgün qidalanma, sağlamlıq vəziyyəti, hətta qadının duyğusal halı belə uşağın beyin inkişafına təsir edir. Aşağıda yazılanlar 100 faiz təsdiq olunmasa da, sağlamlıq baxımından inanılır və tövsiyə edilir.

 

1. Qalxanabənzər vəzinizi nəzarətdə saxlayın. Bu vəz hamiləlikdə ana namizədlərin 2 faizinə təsir edir. Aparılan araşdırmalardan məlum olub ki, hamilə ananın vəzi kifayət qədər hormon ifraz etməyəndə uşağın ağlı digər uşaqlarla müqayisədə az inkişaf edir. Üşümə, yorğunluq, saç tökülməsi kimi problemləriniz varsa, qalxanabənzər vəzin fəaliyyətinə cavabdeh olan hormonların analizini verin.

 

2. Hərəkət edin: Klivlenddəkı Case Western Reserve Universitetinin apardığı araşdırma sonunda maraqlı nəticələr əldə edilib. Hamiləlik zamanı məşq edən 20 ananın uşaqları 5 yaşına çatan zaman yoxlanılıb. Məlum olub ki, onların uşaqları digərləri ilə müqayisədə daha ağıllıdır.

 

3. İdeal miqdarda kilo alın: Həkimlər bədən ağırlığının 20 faizi qədər kilo almağın yetərli olduğunu düşünürlər. Alınan kilo miqdarı uşağın ağırlığını və çox güman ki, beyin böyüklüyünü və zəkasını müəyyənləşdirir.

 

4. Diş həkiminə gedin: Hamiləlik zamanı dişlərində problemi olan anaların dünyaya daha az çəkidə uşaq gətirmə riski yüksəkdir. Bu uşaqların inkişafında çətinlik yaradır.

 

5. Vitamin qəbul edin: B12 və dəmir intellektual potensialı artırır. Uşağı yetərli vitaminlə təmin etmək üçün qidalar bəs etmir. Odur ki, hamiləlik zamanı həkimin tövsiyə etdiyi tərkibində dəmir olan dərmanlar qəbul edin.

 

6. Sevincinizi itirməyin! Uşağın hissiyyatı doğulmadan əvvəl yaranır. Bu baxımdan özünü yaxşı hiss edən ana namizədinin körpəsi dünyaya daha sevincli və şən gəlir. Bu uşaqların beyninə də təsir edir. Hətta bir-birini sevərək evlənən cütlüklərin uşaqlarının da şən olması kimi inanclar var.

 

7. Qidalanmanıza fikir verin! Hamiləlik zamanı yaxşı qidalanmaq beyin inkişafında ən vacib faktorlardan biridir. Ət və yumurta kimi qidalardan çox yeyin.

 

8. Uşağınızı əmizdirin! Uşaq dünyaya gəldikdən sonra da onun üçün edə biləcəyiniz bir sıra işlər var. Hər şeydən əvvəl uşağı mütləq əmizdirin. Bu uşağın həm ağlını, həm də sağlamlığını müsbət tərəfə doğru dəyişəcək.

 

9. Depressiyadan uzaq durun! Hamiləlikdə olduğu kimi, doğuşdan sonra da depressiyadan uzaq durun. 1.200 ailədə aparılan araşdırmada maraqlı nəticələr əldə edilib. Anaları depressiya vəziyyətdə olduğu üçün uşaqlar 3 yaşına kimi yaxşı inkişaf etmirlər. Xüsusən də həmin uşaqların dili gec inkişaf edir.

 

10. Dəmiri əskik etməyin! Əlbəttə ki, bütün minerallar uşaqlar üçün lazımdır. Ancaq dəmirin təsiri böyükdür. Dəmir az olsa, beynin bəzi kritik nöqtələri az inkişaf edir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir