Olqa Benario

Düşərgədə gizli qəzet çıxaran, sevgilisini həbsxanadan qaçıran və nasistlər tərəfindən öldürülən komunist qadının HƏYAT HEKAYƏSİ

Baxış sayı: 573

1908-ci ildə Almaniyanın Münhen şəhərində varlı bir yəhudi ailəsində anadan olan Olqa Benarionun atası Sosial Demokrat partiyasının üzvü və vəkil idi.

Kommunist Partiyasının Gənclik şöbəsinə qoşulmağa və işçi sinfi mübarizəsinin yanında olmağa qərar verən Olqa, 15 yaşında Otto Braunla tanış olub və zamanla ona vurulub. Otto və Olqa bir müddət sonra inqilabçı olublar. Bu zaman Olqa evdən ayrılıb.

Elə hər şey də bundan sonra başlayıb.

Otto və Olqa 1926-cı ildə vətənə xəyanət ittihamı ilə Berlində həbs ediliblər. 3 aylıq həbsxana həyatından sonra Olqa şərti olaraq həbsdə olan sevgilisi Ottonu qaçırmağa qərar verib.

Prestes A Ressurgir: Olga Benário Prestes: A alemã que lutou contra o fascismo, até a morte

Bunu necə etdiyi bilinməsə də, 1928-ci ildə Otto Olqa tərəfindən qaçırılıb və bu fərarilik dünya miqyasında böyük səs-küyə səbəb olub. Bu cütlüyü tapanlara 10 min marka mükafat veriləcəyi barədə anonslar da yayılmağa başlayıb.

Olqa və Otto Berlində yaşaya bilməyəcəklərini anladıqda Moskvaya qaçıblar və bir müddət sonra isə ayrılıblar. Moskvadakı Komintern gənclər təşkilatına qatılan Olqa burada təşkilatın prezidenti seçilib və bir çox dili öyrənib. Bundan əlavə, hərbi təlim və pilotluq kimi çoxsaylı sahələrdə təhsil alıb, bir müddət Londonda təcrübə keçib. Olqa bununla özünü böyük vəzifələrə hazırlayır.

Olqa ilk olaraq Braziliyaya gedib və onu həmkarı Luis Karlos Prestes müşayiət edib. Olqanın missiyası Prestesi Braziliyaya aparmaq və onun gizliliyini qorumaq idi.

Presteslə özünü evli bir cütlük kimi kamuflaj edən Olqanın bu saxta sevgisi birdən-birə reallığa çevrilib. Cütlük bir-birinə aşiq olsa da, missiyalarını həyata keçirə bilmirlər və ikisi də yaxalanır. Olqa Riodakı evlərinə basqın nəticəsində tutulduqda 2-3 aylıq hamilə idi. Nasist kəşfiyyatı təzyiqlər edərək Olqanın Almaniyaya qaytarılmasını tələb edir. Olqanın dosyesi araşdırıldığında tam 2 min hadisədə adının hallanması aşkar edilir.

Olqa Braziliya vətəndaşı olmadığı və hələ də körpəsini dünyaya gətirmədiyi üçün 7 aylıq hamilə ikən Almaniyaya qaytarılır. Köçürüldüyü həbsxanada qızını dünyaya gətirən Olqa qızı ilə yalnız 14 ay qala bilir. Qızı Anita daha sonra nənəsi tərəfindən götürülüb və yenidən Braziliyaya aparılıb.

Olga Benario Prestes: The German who fought fascism, to the death | Government News | Al Jazeera

Qızından zorla qoparılan Olqa Benario həbsxanadan birbaşa Ravensbrück həbs düşərgəsinə göndərilir və bütün çətinliklərə baxmayaraq, 15 yaşından bəri qəbul etdiyi həqiqətlərindən əl çəkmir.

Olqa düşərgədəki digər qadınlara coğrafiya və müharibə haqqında bildiklərini öyrədir. Bundan əlavə, düşərgədə gizli qəzet çıxartmağa başlayır.

Olga Benário Prestes | Jewish Women's Archive

1942-ci ildə digər qadın məhkumlarla birlikdə qaz kamerasında ölümə tərk edilən Olqa Benario, ölmədən əvvəl ərinə və qızına bir məktub yazıb. Olqa Benario Qırmızı Ordu tərəfindən Ravensbrück düşərgəsindən xilas edilmir və ölümə tərk edilir.

Müharibədən sonrakı Alman Demokratik Respublikasında Olqa qadın inqilabçı kimi cəmiyyətə təqdim edilib və yazıçı Anna Seghers 1951-ci ildə Beynəlxalq Qadınlar Günü üçün onun haqqında bioqrafik bir eskiz yazıb.

 

Turan Oruc

Notícias da UFSC




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir