Düşüncənin gücü ilə sağalmağın sadə üsulları

Baxış sayı: 1. 515

Adətən hər hansı kiçik narahatlıq zamanı belə dərhal dərmana əl atır və aptekə qaçırıq…

Ağrıları azaltmağın başqa yolları barədə az düşünürük. Bəs özünüzü yaxşı hiss etmək üçün düşüncənin gücünü sınaqdan keçirmək heç ağlınıza gəlibmi?

1. Başağrıları

Rahat bir stula əyləşin və əlinizə keçən il yayda çəkilmiş bir foto götürün. Bu, gözəl mənzərə şəkli ola bilər. Şəkilə diqqətlə baxın, bütün detalları hafizənizdə saxlamağa çalışın, sonra gözlərinizi yumun və özünüzü də bu mənzərəyə daxil edərək gördüklərinizi yenidən xəyalınızda canlandırın. Təsəvvür edin ki, dənizkənarında (ləpədöyəndə) uzanmısınız, gələn dalğalar isə sizin ağrılarınızı yuyaraq dənizin uzaqlıqlarına aparır.

2. Daxili narahatlıq / gərginlik

Okeanın ortasında kiçik qayalıq ada, özünüzü isə bu adanın zirvəsində hündür, yerini rahatlamış mayak olaraq təsəvvür edin. Mayakın divarları elə qalın və möhkəmdir ki, hətta güclü küləklər də onu silkələyə bilməz.

Yaxşı və pis havada siz gəmilərə yol göstərərək onlara güclü işıq şüası göndərirsiniz. İndi isə özünüzdə heç vaxt sönməyən daxili işıq mənbəyini hiss etməyə çalışın.

3. Stress

Siz incimisiniz və hansısa situasiyadan çıxış yolu görmürsünüz?

Düşünün ki, siz yazıçısınız, sizə rahatlıq verməyən epizod isə sadəcə olaraq ədəbi qəhrəmanın həyatından bir səhifədir. Bunu birinci şəxsin dilindən kiçik hekayə şəklində kağıza yazın. Bütün hadisələri ən kiçik xırdalıqlarına kimi təsvir edin və mümkün qədər dəqiqliklə dialoqları qurun. Öz hisslərinizi ifadə edin. Sonra bu hekayəyə uğurlu alınmamış qaralama kimi baxın.

Onu yenidən, olmasını istədiyiniz kimi yazın. Mənfi obrazların davranışlarının motivlərini anlamağa çalışın, onların halına acıyın və onları bağışlayın. Yeni dialoqlar qurun.

İndi nə hiss etdiyinizi deyin.

Sizi təmin edəcək yeni final (sonluq) və hadisələrin həllini düşünün. Depressiya keçib gedəcək.

4. Yaşla bağlı problemlər

Bədən quruluşunuzun 5-10 il əvvəl çəkilmiş ən uğurlu fotoşəklini tapın. Gözlərinizi yumun və xəyalınızda bu fotoşəklin çəkildiyi anı – belə gənc, incə, gözəl və xoşbəxt olduğunuz anı canlandırın.

Sizin şüuraltınız bu obrazı qəbul edəcək və orqanizminizi bu obraz altında köklənməyə məcbur edəcək. Beləliklə də yağ hüceyrələri əriyəcək və üzdəki qırışlar azalmağa başlayacaq.

5. Qırışlar

Düşüncənin gücü ilə qırışları hava və günəş işığı vasitəsilə hamarlamağa çalışın, onları dəriyə hopdurun və hər hüceyrənin gəncləşərək və dartılaraq parlaq günəş işığına doğru necə meyil etdiyini hiss edin.

6. Soyuqdəymə

Xəyalınızda parıldayan qar dənəcikləri ilə örtülmüş dağın zirvəsinə çıxdığınızı düşünün, dərindən nəfəs alaraq bütün köksünüzlə təmiz şaxtalı havanı içinizə çəkin.

Bu psixoloji möhkəmlənmə seansından sonra virusların sizə qalib gəlməsi çətin olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir