kartof

Duzda bişmiş kartof necə hazırlanır?

Baxış sayı: 496

Kartof bişirməyin maraqlı üsulu və inanılmaz nəticə.. “Gencaile.az” saytı duzda bişmiş kartofun hazırlanma qaydasını təqdim edir.

 

Tərkibi:

  • 4 ədəd böyük ölçülü kartof
  • 1/4 stəkan bitki yağı
  • 1/4 stəkan duz

 

Hazırlanma qaydası:

Kartofları mətbəx süngəriylə yaxşıca yuyun və mətbəx dəsmalıyla qurulayın. Bir qaba bitki yağı və duz tökün. Yuyub quruladığınız kartofu əvvəlcə bitki yağına yaxşıca bulayın. Daha sonra duzun içərisində yuvarlayaraq hər tərəfini duza batırın. Duzlanmış kartofları soba sinisinə yerləşdirin və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 50-60 dəqiqə yumşalanadək bişirin. Bişməsini yoxlamaq üçün bıçağı kartofa batırın, əgər kartof bıçaqdan tez ayrılırsa deməli hazırdır. Zövqə görə bişən kartofları kəsib içərisinə xama və doğranmış yaşıl soğan əlavə edib süfrəyə verə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir