p11

Düzgün Online Shopping – ALDANMAMAQ ÜÇÜN OXUYUN

Baxış sayı: 2. 563

Sizə gənc blogger Şəbnəm Mustafayevin bloqunda “Düzgün Online Shopping” mövzusunda yazdığı qeydləri təqdim edəcəyik.

Bu yazı sizə online alış-verişdə aldanmamaq üçün əhəmiyyətli ola bilər:

Sizə internet mağazalarının illuziyasına aldanmamaq üçün nə etmək lazımdır,bundan danışacam. Geyim,aksesuar və s. bu kimi alış-verişləri həyata keçirərkən nələrə diqqət yetirməliyik, cavabı aşağıda.
İlk olaraq,bunu deyim ki, internet alış-verişindən maksimum az istifadə etməyiniz məsləhətdir.Çünki bu bir riskdir,ehtimallar hər zaman düz çıxmaya bilər.Yox,əgər deyirsizsə ki, “Şeba.axı çox qəşəng geyimlər tapmaq olur internetdən” onda diqqət etməli çox amiliniz olacaq.
1.Cəfəngiyyat kimi səslənsə də deyəcəm: Qarderobunuzu nəzərdən keçirin,düşünün bunu almaq sizə lazımdırmı.Etiraf etməliyik ki,biz xanımlar görünüşə görə lazımsız geyim və aksesuar da ala bilirik.Görünüş də aldadıcı ola bilər.6
2.Alacağınız məhsulun hansı internet mağazasından olması çooox vacibdir.Burada birinci yeri ölkəmizə çatdırılma məsələsi tutur.Deyək ki, saytın shipping və ya delivery bölməsində ölkəmizin adını tapmadınız.Yəni konkret heç bir ölkə adı göstərilməyib.Bu zaman sayta mail yazaraq dəqiqliklə bizim ölkəyə çatdırlıma olub olmadığını soruşa bilərsiniz.Əgər sizə cavab gəlmirsə və yenə də siz fikrinizdən dönmürsünüzsə,sınamaq üçün 1-5dollar arası kiçik bir şey sifariş verib mağazadan əmin ola bilərsiniz.
3.İnternet mağazasının “güvənli” olması da vacibdir.Seçdiyiniz sayt haqqında ətraflı məlumatlar toplamalısınız.Rəsmi sosial şəbəkə səhifələrindən insanların rəylərini oxuyun.Əsasən də neqativ rəylərə fikir verin.Sizin də bu problemlərlə qarşılaşma ehtimalınız var.
4.Hansı geyimləri almaq risklidir? Əyinə çətin oturan geyim və aksesuarlardan qaçın.Bunlar cins və ya parça şalvarlar,və birdə ayaqqabılardır.Doğurdan da,yaraşacağını düşünüyünüz şalvarlar tez tez olur ki,əyində tamamilə başqa cür görünür.Ayaqqabılar da narahat,ayağa uyğun gəlməyə bilir.Çalışın internet vasitəsilə daha sadə,mürəkkəb dizaynı olmayan geyimlər alasınız.
5.Alacağınız məhsulun materialına fikir verin.Çox nazik,əyində oynayan,streci çox olan materialları almayın.İş təcrübəmdən deyə bilərəm ki,internet mağazası geyimi “mükəmməlləşdirmək” üçün işıqlandırma,incə maneken seçimi və fotoşop hiylələrinə əl atır.Bu zaman modelin geyimi ilə sizin əyninizdəki geyim arasında böyük fərq yaranır.
6.Geyim və ya aksesuarın hansı brenddən olmasına diqqət edin.Əgər saytda həmin məhsulun şəkli bir cür qoyulubsa,ola bilər digər saytlarda başqa cür qoyulsun.Buna görə də brendi araşdırın,həmin geyimi tapın,geyim haqqında işinizə yarayacaq əlavə məlumatlar toplayın.Alacağınız saytın verdiyi məlumatla kifayətlənməyin.

664bc0665eefd7fe9d35993c9592e461.jpg.pagespeed.ce.lE58qxHB72411426357358_2

7.Ebay.com , amazon.com ,aliexpress.com və s bu kimi çox saytlar var ki,xüsusi onlayn satıcılar vasitəsilə məhsullar satılır.Top reytinqli satıcıların məhsullarını almağa çalışın.Alıcıların rəyləri burada da önəmlidir.Satıcı hər hansı brendin adını yazıb,rəsmi saytdakı məhsulun şəklini götürüb satışa qoyursa,buna aldanmayın.Əldə olan məhsulun əlavə şəkillərini tələb edin.Rəsmi saytdakı şəkillə müqayisə edin.Demək olar ki,aldadıcı bütün satıcıların hiyləsi budur.Yalandan brend adı yazıb ona oxşar məhsullar satırlar.Hər bir detalına fikir verməmiş isə bunu ayırd etmək olmur.
8.Ümumiyyətlə çin qızlarının əynində göstərilən,keyfiyyətsiz şəkilləri çəkilən məhsulları almayın.d4ef1c
Bu qədər…ümid edirəm şəkillərdəki hallarla rastlaşmazsınız.Hələlik



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir