pehriz

Düzgün qidalanma necə olmalıdır? – DİETOLOQ YAZIR

Baxış sayı: 1. 552

Düzgün qidalanma – orqanizmə bütün karbonhidratların (CHO), zülalların, yağların, vitamin və mineralların, hətta mayenin yetərli miqdarda vəhdət bir şəkildə qəbul edilməsidir.

Orqanizmin həyat fəaliyyəti proseslərinin mürəkkəbliyində, xəstəliklərin müxtəlifliyində sağlam müalicəvi  qidalanmanın  rolu çox böyükdür. Hətta bu müalicəvi qidalanma mütəxəssis tərəfindən aparılmalıdır. Müalicəvi qidalanma da hər bir insanın özünəməxsus həyatına, yaşına, boyuna, çəkisinə uyğun gəlməlidir.

Bütün ürək-damar xəstəliklərində piylənmə, diabet (TİP 1, TİP2, gestosional diabet, hamiləlikdə ortaya çıxan diabet), cərrahi əməliyyatlardan sonrakı vəziyyətdə, mədə-bağırsaq, öd daşı, qaraciyər xəstəliklərində, böyrək xəstələrində və digər xəstələrdə müalicəvi qidalanma çox müsbət təsir göstərir. Hər bir xəstəliklərin qarşısında ərzaq məhsullarından məsləhət gördüyümüz və istisnaları var.

Bununla bərabər piylənmədə diqqət ediləcək pəhrizlərdə bir çox vacib nöqtələr var. Bu da hər bir insanın öz boyuna, çəkisinə, yaşına, çalışdığı işinə bağlı olaraq (müəllim, həkim, tibb bacısı, katibə, usta, polis və s.) ideal ağırlıq hesablanır və alacağı kalori müəyyənləşdirilir.

Günlük qidalanmada CHO-lar 55-60 faiz, zülallar 12-16 faiz yağlar 20-30 faiz təşkil etməlidir.

Yemək arası qidalara diqqət edilməli(meyvə, tərəvəz, qatıq, aktivia).

Hər gün səhər mütləq qəlyanaltı edilməli.

Ərzaq məhsullarının keyfiyyətli olmasına diqqət yetirilməli.

Daha çox lifli qidalara, meyvə və tərəvəzlərə üstünlük

verilməli.

Bol maye qəbul edilməli.

Sadə şəkərlərdən uzaq durmalı (şirniyyatlar, şokaladlar,biskvitlər və s).

Normal ideal çəkimizə gəlmək üçün ilk olaraq hesablamalar aparılmalıdır. Sonra iş fəaliyyətinə görə alacağımız kkal hesablanılır. Məsələn:

İdeal ağırlıq (İA) hesablanılır:= (boyxboy)  X  yaşa görə  standart rəqəmlər

Cədvəl  1

YAŞ SAĞLAM ALT VƏ ÜST HƏDD ORTALAMA RƏQƏMLƏR
19-24 19-24 21
25-34 20-25 22
35-44 21-26 23
45-54 22-27 24
54-64 22-27 25
65 22-27 26

Daha sonra Bədən Kütlə indeksi (BKİ) hesablanır ki, hansı qrupa aiddir. Bunun üçün də standart dəyərlər var ki, insanın hansı qrupa aid olduğu, yəni kök, arıq olmasını göstərir.

 

Cədvəl 2

YAŞ ARIQ AZCA KÖK KÖK
19-24 19 24-30 30-39
25-34 20 25-30 ——“—
35-44 21 26-30 ——“—
45-54 22 27-30 ——“—
55-64 22 27-30 ——“—
65 22 27-30 ——“—

BKİ=kq/ (Boyxboy)

Sonra hər insanın iş vəziyyətinə baxılaraq toplam enerji xərclənməsi (TEH) hesablanılır. Oturaq və ya ağır işlərdə çalışanlara uyğun pəhriz yazılmalıdır.

Məsələn, boy  – 1,74, kq – 89, yaş – 36

İA = (1,74×1,74) X 23(cədvəl 1-ə bax) = 69 kq

BKİ =  89/1,74×1,74=89/3,0276= 29 (cədvəl 2-yə bax – yaşa görə) azca kök qrupuna aiddir.

Toplam enerji tükətimi: BMH x insanın görəcəyi iş = kkal (gün ərzində)

Nümunə olaraq:  95 kq, 1,67 boyunda 37 yaşlı kişi, ofis mühəndisi.

BKİ =  95/(1,67)² = 34

İA = 2,7889 x 23 = 64

BMH = 64 x 24x 1 =  1536 kkal

TEH = 1536x 1.3= 1996 kkal

 

Mərkəzi Gömrük Hospitalının dietoloqu Məlahət Kərimova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir