Effektiv dərs hazırlığı üçün 10 vacib üsul

Baxış sayı: 1. 797
Məktəbə getməyə başlayan hər bir uşağı dərsə həvəslədirmək, onlarda təhsilə maraq oyatmaq olduqca çətindir. Eləcə də tələbələr imtahana hazırlaşarkən, öz beyinlərində müxtəlif ziddiyyətlərlə üzləşirlər. 
Azərbaycanda tələbələrin imtahan dönəmi ərəfəsində olduqlarını nəzərə alaraq, sizə dərsə effektiv hazırlaşmağın bəzi üsullarını təqdim edirik:
1. Dərsə başlamazdan əvvəl beyin mövzunun uzunluğunu və çətinliyini şüur altında canlandırır. Bu zaman dərsə hazırlaşmaqdan yayınmaq  üçün ictimai media, televizor və ya yemək fasilələri kimi bəhanələr gətirilir.
Əvvəlcə, qısa bir mövzu planı hazırlayıb, çalışacağınız mövzuları ən vaciblər, vaciblər və az vaciblər olaraq, alt-alta sıralamalısınız.
“Zeigarnik” təsiri nəzəriyyəsinə görə, beyin başladığı bir işi sona çatdırmasa, özümüzü narahat və gərgin hiss edirik. Buna görə də çalışmağa dərhal başlayın, çünki davamı gələcəkdir.
2. Əgər, 30 dəqiqə ərzində fikrinizi dərsə cəmləsəniz, konsantrasiya azalmağa başlayır. Buna görə də 30 dəqiqə ərzində tam konsantrasiya ilə hazırlaşmaq lazımdır. Beyninizin öyrəndiklərinizi tam qavraması üçün beş dəqiqə istirahət etməlisiniz. Gün ərzində öyrəndiklərinizi beş dəfə təkrarlasanız daha mükəmməl nəticəyə nail olarsınız.
Üzgçülük, tenis oynamaq, mahnı oxumaq kimi professional qabiliyyətlərin öyrənilidiyi zaman da başqa üsullardan istifadə edilir.
3. Son araşdırmalar zamanı kitablardakı əhəmiyyətli yerlərin fosforlu qələmlə qeydə alınmasının, uzun saatların sərf olunduğu hazırlığa heç bir faydasının olmadığı ortaya çıxıb.
Bu üsul nə mövzu başlanğıcını xatırlamanıza, nə də ki, klidli sözlər arasında əlaqə qurmağınıza kömək edir. Hətta diqqətinizi lazımsız yerə yönəltdiyi üçün zaman itkisidir.
Digər tərəfdən, vizual təhsili təmin edən flaşkartların yaddaşı inkişaf etdirmək üçün inanılmaz təsirinin olduğu da sübut edilib.
4. Özünüz üçün cədvəl hazırlayın. İki yerə ayırdığınız bu cədvəlin bir tərəfinə işlədiyiniz vaxtın saatını, digər tərəfdən isə həmin saatda nə işlə məşğul olduğunuzu qeyd edin. Bu, sizin performansınızı dəyərləndirir və tam olaraq zamınınızın nəyə getdiyini bildirir.
5. Dərs öyrəndiyiniz zaman sıxılıb, uzağlaşma anındasınızsa “ 5 dəqiqə əlavə ” qaydasını tətbiq edin. Məsələn, test həll edirsizsə, 5 dəqiqə əlavə həll edin. Və yaxud mövzu əzbərləyirsizsə, 5 dəqiqə əlavə təkrarlayın.
Özunuz üçün qarşınıza qısa və balaca hədəflər qoyun və onlar bitmədən yarıda buraxmayın. Bu zaman özünüzü yeməklə mükafatlandırmağınız təşviqedici ola bilər.
6. Lakin artıqlaması ilə yemək yeməyin. Bu, sizin yuxunuzun gəlməsinə səbəb ola bilər. Bəzən əllərinizi yağlandıracaq cipsi yerinə meyvə ilə qidalanmağınız daha məsləhətdir.
7. Masanızda yalnız işlətdiyiniz lazımlı əşyaların olması əhəmiyyətlidir. Fikrinizi cəlb edən kompüter və telefon kimi əşyaları özünüzdən uzaq tutun. Musiqi dinləyərək dərs çalışmaq da diqqətinizi dağıda bilər.
8. Yatmaq vaxtınız gəldikdə beyin alfa dalğası yaymağa başlayır. Bu zaman gördüyünüz nə varsa, yaddaşda yaxşı qalır və hətta bu, yuxunuza da girə bilər. Bu səbəbdən də dərs mövzularını yastığın altına qoyub, yatmazdan əvvəl göz gəzdirə bilərsiz.
Lakin bu yuxusuz qalmağınız mənasına gəlmir. Uzun müddət yuxusuz öyrənilən bir çox biliklər səhərisi gün yaddan çıxa bilər.
Bundan əlavə günorta saat 13:00-15:00 arasında qavramanın gücləndiyi kəşf olunub. Gözlərinizi açdıqda yeni fikirlər ilə oyana bilərsiz.
9. Başqa bir araşdırmada bir qrup insana eyni mövzunu imtahan üçün hazırlamağı, digər bir qrup insana isə eyni mövzunu başqa şagirdlərə öyrətmələri üçün hazırlaşmağı tapşırıblar. Beləliklə, öyrətməsi istənilən insanların daha yaxşı anladıqları ortaya çıxıb.
Sizdən bilik öyrətməyiniz istəniləndə bildiyiniz məlumatları daha məntiqli və nizamlı halda keçə bilərsiniz. Bu səbəbdən də başqalarına öyrətməyə cəhd edərək, mövzunu daha yaxşı qavraya bilərsiniz.
10. Əzbərlədiyiniz vaxt beyninizdə çox sevdiyiniz mahnı və ya bir filmi canlandıraraq, uydurma əlaqələr qurmağınız imtahan zamanı öyrəndikləriniziu xatırlamaqda kömək edə bilər.
Bu üsul ən effektiv üsullardan biri hesab olunur



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir