EKLER

Ekleri belə hazırlamalısınız – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 948

“Gencaile.az” saytının “Yeməyə nə var?” eklerin necə hazırlanması ilə tanış edəcəyik.

 

Eklerin tərkibi:

Xəmirüçün, 1 dolu st un, ¾ st su, 50 q yağ, 3 yumurta, ¼ çq duz

Kremi üçün 0,5 l süd, 1,5 st şəkər tozu, 3 xq un, 2 yumurtanın sarısı.

 

Hazırlanma qaydası:

Ekleri hazırlayacağımız qaba su, duz və yağı töküb ocağın üzərinə qaynamağa qoyuruq. Qarışım qaynayanda üzərinə unu töküb, taxta qaşıqla qarışdırırıq. Xəmir tez bir zamanda bərkiyəcək. Artıq qarışdırmaq çətinləşəndə xəmiri ocağın üzərindən götürüb, soyumağa qoyuruq. Xəmir soyuduqdan sonra yumurtaları bir-bir əlavə etdikcə, mikserlə çalırıq. Ekler xəmirini krem şprisi ilə götürüb, perqament kağızı örtülmüş soba qabının üzərinə ya uzunsov, ya da yumru formada tökürük və bişməyə qoyuruq. Bişdikdən sonra, eklerləri sobadan çıxarıb kremini hazırlayırıq.

Kremi bişirmək üçün isə südü, şəkər tozunu, unu və yumurtanın sarısını qaba əlavə edib bişiririk. Bişirərkən kremi qarışdırmaq lazımdır ki, dibinə yapışmasın.

Eklerlər soyuduqdan sonra bir tərəfdən kənarını kəsib, ehtiyatla kremi içərisinə qoyuruq, üzərini isə zövqə görə düzəldirik.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir