geyim

Eleqantlıq rəmzi yenidən dəbdə – FOTOLAR

Baxış sayı: 443

Ənənəvi qadın geyimləri gözlənilmədən moda arenasına geri döndü və beləliklə “oversize”lərin yerini əsl ledi tərzi aldı. Ledi tərzi dedikdə, buraya yubkalar, kokteyl libaslar və təbii ki, tvid pencəkləri aid etməsək olmaz. Koko Şanel tvid kostyumları Parisin yüksək cəmiyyətinə geyindirdiyi vaxtdan bəri onlar status və zərifliyin qeyri-rəsmi simvoluna çevrildilər. Ancaq tvid pencək geyinmək üçün keçən əsrin ortalarında Fransanın paytaxtında yaşamaq lazım deyil.

Belə ki, onlar yenidən mövsüm trendləri arasında yer alıb. Tvid pencəklər gündəlik görünüşə mükəmməl uyğunlaşacaq və sizi əsl xanıma çevirəcək. Hara getməyinizdən asılı olmayaraq, onlar istənilən obraza asanlıqla uyğunlaşacaq. Onu şalvarla ofisə və ya belinizi vurğulayan zərif donla görüşə geyinə bilərsiniz. Qısa yubka və stiletto kombinasiyası isə teatra getmək üçün mükəmməldir. Əlbəttə ki, mirvari haqqında unutmaq olmaz, belə bir aksessuar tvid materialı effektiv şəkildə tamamlayacaq. Bununla belə, kanonik ledi imicindən yorulmusunuzsa, sizə pencəyi cins şalvarla birləşdirməyi təklif edirik. Bu birləşmə instaqramın fəşn qəhrəmanları arasında çox populyardır.

Doğru pencəyi seçmək asandır. Qarderobunuzdakı hər hansı bir paltarla uzlaşayacağından əmin olmaq üçün əsas rəng sxeminə üstünlük verin. Sözsüz ki, qara və ağ ölməz klassikdir. Bu seçim banal görünürsə, digər çalarlara diqqət yetirin – qırmızı, çəhrayı və ya mavi. “Chanel” üslublu pencəyin uzunluğu ombadan aşağı olmamalıdır.

VASSA CO, 27 900 руб.

BELUCCI, 5 990 руб. (СТОКМАНН)

CHARUEL ,15 990 руб.

GOEN.J, 118 000 руб. (ЦУМ)

BRUNO MANETTI, 86 474 руб. (Кашемир и Шелк)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir