Əllərin yumşalması üçün maska

Baxış sayı: 1. 564

Gündəlik fəaliyyətin təsirindən əllərimiz ən çox quruyur və zərər görür. Gündəlik olaraq nəmləndirici kremlər çəkilsə də bəzən əllərin quruluğunun qarşısını almaq mümkün olmur. Xüsusən soyuq havaların təsirindən və kimyəvi maddələrlə təmizlik işlərindən sonra. Bu kimi halların qarşısını almaq üçün ilk əvvəl təbii ki, əlləri qoruyacaq əlcək (ev işlərində təmizlik əlcəyi, soyuqdan qoruyucu əlcək) geyinməyi təxirə salmaq olmaz.

Eyni zamanda müntəzəm olaraq əlləri qidalandırıcı və nəmləndirici maskalardan da faydalana bilərsiniz.

Əlləri nəmləndirən limonlu və ballı təbii maska reseptini təqdim edirik.

Tərkibi:

Yarım limon suyu

2 ç/qaşığı bal

2 ç/qaşığı soda

Hazırlanması:

Bütün ərzaqları bir qabda qarışdırın. Qarışımı axşam əlinizə masaj hərəkətləri ilə çəkin. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın. Əllərinizə nəmləndirici krem çəkməyidə unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir