Əllərinizin formasına uyğun – Xarakteriniz

Baxış sayı: 1. 449

Kiçik əlin sahibi qarışıq idealara malikdir. Bununla belə qərəzlidir, zalımdır.

Böyük əlin sahibi sağlam ağıla malikdir. Hər addımını düşünərək atır.

Əlin üstündə sarı tük olanlar çox soyuqqanlı olurlar. Onlar söhbətə o qədər də meyl göstərmirlər.

Əlin üstündə qara tük olanlar narahatdır, çox tez hirslenir, hər dəqiqə dava etməyə hazırdırlar.

Əgər qadının əlində tük varsa bu onda kişi sifətlərinin olmasına nişanədir.

Çox uzun barmaqlar xırdaçılığın və vasvasılığın əlamətidir. Belə insanlar cuzi işləri yerinə yetirərkən böyük diqqət sərf etməyi xoşlayırlar.

Uzun və nazik barmaqlar ictimai işlərdə siyasət və hiylə işlətməyin əlamətidir. Belə barmaqların sahibləri hiyləgər olur.

Orta barmaqlar azla kifayətlənmək, azla qane olmaq nişanəsidir.

Gödək barmaqlar böyük işlər yaratmağın rəmzidir.

Çox gödək barmaqlar şərəfsiz adamların barmaqlarıdır. Belələri hər cür alçaq işləri görməkdən çəkinməzlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir