elbin

Elvin Məmmədov: “Əvvəl problem yaratmırdı, amma evləndikdən sonra bir az olur” – MÜSAHİBƏ

Baxış sayı: 2. 448

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının budəfəki qonağı ölkə futbolunun tanınmış siması, Azərbaycan milli komandasının və “Qəbələ” klubunun üzvü Elvin Məmmədovdur.

 

– Ailənizin futbolçu olmanıza münasibəti necə idi?

– İlk dövrlərdə bunun əleyhinə idilər. Oxumağımı və başqa bir peşəyə yiyələnməyimi istəyirdilər. Amma sonradan mənimlə razılaşdılar.

– Sonradan valideynlərinizin fikirini dəyişməsinə nə səbəb oldu?

– Mənim futbola olan sevgim başlıca səbəblərdən idi. Bundan başqa, maddi problemlər də az rol oynamadı, çünki həmin vaxt universitetə girmək üçün çox pul tələb olunurdu. Daha doğrusu, həmin məbləğ bizim üçün böyük pul sayılırdı.

 

– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Orta məktəbdə yaxşı oxuyur, üçüncü qrupa hazırlaşırdım. Amma hər hansı başqa peşə haqqında fikirləşməmişəm. Başqa heç nə bacarmırdım.

– Futbolçu həyatı elədir ki, əksər hallarda evdən kənarda olursunuz. Bu sizin üçün hansı problemləri yaradır?

– Əvvəl problem yaratmırdı, amma evləndikdən sonra bir az olur.

em

– Ailə həyatı qurandan sonra evdən kənarda qalmağınızn problem olduğunu dediniz. Ən çox hansı problemlərlə qarşılaşırsınız?

– Buna ciddi problem demək olmaz. Evdəkilərin mənim üçün, mənim isə evdəkilər üçün darıxmağım yeganə problemdir.

– Ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?

– Yox, hətta deyə bilərəm ki, buna görə sevinirdi.

 

– Futbolçular adətən gündəmdə olur. Bu səbəbdən həyat yoldaşınızdan qısqanclıq hiss edirsinizmi?

– Bizim işimiz futbol oynamaqdır. Odur ki, günümüz məşq prosesi və oyunlarla keçir. İmkan tapanda isə dostlarımla görüşürük. Müğənni olsaydıq, bəlkə də qısqanclıq olardı, amma indiki halda belə bir problem yoxdur.

– Sizcə, bir futbolçu üçün ailə həyatı qurmağın mənfi və müsbət cəhətləri hansılardır?

– Mənfi tərəfi evdə az olmağımız və ailəmizlə daha az zaman keçirmək imkanımızın olmasıdır. Müsbət mənada isə yalnız futbolçular üçün yox, bütün peşə sahibləri üçün evli olmağın daha yaxşı olduğunu düşünürəm.

– Futbolçu karyeranızla bağlı ən çox hansı məqama görə təəssüflənirsiniz?

– Legioner həyatı yaşamadığım üçün təəssüflənirəm.

elvin

– Özünüzün edə bilmədiyiniz nəysə varmı ki, onu övladlarınızın etməsini istərdiniz?

– Yuxarıda da dediyim kimi, vaxtilə mənə sərfəli müqavilə şərtləri təklif olunsa da, bununla razılaşmamışdım. Bu isə sonda legioner həyatı yaşamağıma mane olmuşdu. Övladımın həyatda risk etməsini istəyərdim.

– Əlinizdə imkan olsaydı, hansı xasiyyətinizi dəyişərdiniz?

– Düzünü deyim ki, heç vaxt bu barədə fikirləşməmişəm. Mən insanlara tez inanıram. Yəqin ki, belə bir şansım olsaydı, bu xarakterimi dəyişmək istərdim, amma mümkün deyil.

 

Söhbətləşdi: Tural Məmmədov

 

 

em10

elvin-usaq

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir