showpic_el100__4__bfa79617f1ffc6c41c9c8754338937db

Emin Ağalarovun oğlanlarına tikdirdiyi möhtəşəm villa – FOTOLAR

Baxış sayı: 2. 284

O deyib ki, hər həftə övladlarını görmək üçün Bakıya gəlir: “Əvvəl oğlanlarım həyat yoldaşımla birlikdə Londonda yaşayırdılar. Bu il isə onlar məktəbə başladıqlarına görə doğma vətənim Azərbaycana qayıtmalı oldular. Bizim iki evimiz var. Onlar bir-birinin eynisidir. Leylanın (həyat yoldaşı Leyla Əliyeva – red.) əkizlərə hamilə olduğunu öyrəndiyim andan etibarən atamla birlikdə bu ideyanı hazırladıq. Oğlanlarım böyüdükdən sonra evlərdən biri Mikayılın, digəri isə Əlinin olacaq. Ev çox işıqlıdır. Biz bu məqamı xüsusi düşünmüşük. Bütün otaqlardan dəniz görünməlidir. Hətta otaqların bəzilərində divarı şüşədən hazırlamışıq. Evin layihəsi üzərində yapon arxitektoru çalışıb. Mənim sevimli “uşaq otağı”m burada yerləşir. Bakıya gedəndə bütün boş vaxtımı həmin otaqda keçirirəm. Cizgi filmlərinə baxıram, uşaqlarımla oynayıram”.showpic_el100__1__c15adce5898647d6d6a12483ed1d7068

“Siz ideal atasınız?” sualına Emin belə cavab verib: “Mən əminəm ki, uşaqlar Allahın əsl hədiyyəsidir. Hələ gənc yaşlarımdan uşaq arzulayırdım. Uşaqların əkiz olacağını eşidəndə sevincimdən qışqırdım, atlanıb-düşdüm. Həkim mənə güldü ki, sakitləş. Onlar doğulanda isə yanlarından ayrılmırdım, əllərini buraxmırdım. İndi yanlarında olmayanda zəng vurub, sorğu-sual edirəm: “Bu gün nə edəcəyik?”. Onlar mənə əmr verməyə başlayırlar: “Əvvəlcə leqonu quraq, sonra futbol”. Hərdən sərt qərarlarım da olur”.

Uşaqlığından danışan ifaçı İçərişəhərdə böyüdüyünü vurğulayıb: “Zamanla hər şey dəyişdi və biz Moskvaya köçdük. Bir dəfə Robert De Niro ilə birgə filmə baxırdıq. Atam dedi ki, 25 il əvvəl kimsə mənə desəydi ki, De Niro ilə oturub film izləyəcəksən, ona bu cavabı verərdim: “Siz dəli olmusunuz”. Hər şey zamanla dəyişir”. (axsam.az)

showpic_el100__3__9e3da68c990fef6842ff22ef6bb3c7f1showpic_el100__6__887f99da9d8b07457d28a46ac419fb23showpic_el100_a6db954e23ff9e7fdbbb6ec36cd0a35bshowpic_el100__2__2d597cec0658abac56072eb801b93c31showpic_el100__10__9b68415b292ce36ea3beafb5e47b31f1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir