isiq

Emosional baxımdan güclü insanlara xas 8 əlamət

Baxış sayı: 247

Məlum olduğu kimi, hər insan fərqlidir. Biz hamımız müxtəlif intellekt səviyyəsi və bacarıqlarla doğuluruq, amma emosional əsasımız anadangəlmə hamıda eynidir. Lakin necə böyüdüyümüz necə olacağımıza birbaşa təsirini göstərir. Emosional güc sizə həyat adlandırılan bu səyahəti daha rahat şəkildə başa vurmağa kömək edəcək. Emosional qüvvə ağrı çəkmədən həyatı dolğun yaşamaq üçün bizim biletimizdir.

“Gencaile.az” “Publika.az”-a istinadən oxucuları emosional qüvvəyə nail olmaq üçün özünüzdə inkişaf etdirməli olduğunuz cəhətlərlə tanış edir.

 

Sakitlik

Emosional baxımdan güclü insanlar heç vaxt heç kimlə, hətta özləri ilə mübarizə aparmayacaqlar. Onlar mənəvi sakitliyə malikdir ki, bu da onların gücüdür.

 

Cəsarət

Onlar ağrını hiss etməkdən qorxmurlar. Emosional baxımdan güclü insanlar ağrıya dözməyə hazırdır, çünki onlar bilirlər ki, bu, şəfanın bir hissəsidir. Emosiyalarını inkar etmirlər, çünki əmindirlər ki, onlarda hər şey nəzarət altındadır.

 

Səhvlərdən qorxmurlar

Onlar planları həyata keçməyəndə qorxmular. Həmçinin səhvlərdən də qorxmurlar, çünki onları başqalarının nə düşündükləri heç vaxt maraqlandırmır.

 

Fokus

Hər dəfə çıxılmaz vəziyyətə düşəndə, problemin necə baş verdiyi üzərində baş sındırmırlar. Onlar bunun əvəzinə bu problemi aradan qaldırmağın üsullarını fikirləşir.

 

Hörmət qazanır, diqqət yox!

İnsanların diqqətinə və razılığına ehtiyacları yoxdur, çünki onlar özlərinə inanır və öz qiymətini bilir. Güclü insanlar əminliklə qərarlar qəbul edirlər və yalnız hörmət qazanırlar.

 

İnsanları qəbul etmək

Emosional güclü insanlar başqalarını olduğu kimi qəbul edirlər. Onlar hesab edirlər ki, hər bir insan unikaldır və onun öz duyumu var.

 

Özünü qəbul etmək

Emosional güclü insanlar öz həyatına görə məsuliyyəti öz üzərinə götürür və öz səhvlərinə görə heç kimi günahlandırmırlar. Onlar hər səhvi həyat dərsi kimi nəzərdən keçirirlər.

 

Tənqidə müsbət münasibət

Onlar istənilən tənqidə müsbət nəzərlərlə baxırlar. Hər dəfə uğursuzluğa düçar olanda sınmır və imkan vermirlər ki, uğursuzluq qarşıya qoyulan məqsədi yerinə yetirməyə mane olsun.

Emosional baxımdan sizi gücləndirən bu xüsusiyyətləri inkişaf etdirmək, asan deyil. Bunun üçün kamillik, nizam-intizam, insan təbiəti və mahiyyəti haqqında daha dərin anlayış tələb olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir