AILE

Empatiyanın evlilikdəki rolu nədir?

Baxış sayı: 816

Empatiya nədir? Empatiya qarşı tərəfi başa düşmək metodudur. Və ya özümüzü qarşı tərəfin yerinə qoymaq qabiliyyətidir. Empatiyanı həyat tərzinə çevirən insan qarşı tərəfi başa düşməkdə çətinlik çəkmir və dialoqlarını həmişə qarşılıqlı anlaşma üzərində qurur.

 

Bəs empatiyanın evlilikdəki rolu nədir?

Məlum olduğu kimi, evlilikdə problemlərin əsas düyün nöqtəsi daha çox tərəflərin bir-birilərini düz başa düşməməsi və ya ümumiyyətlə, başa düşməməsidir. Belə ki, hər iki tərəfin qarşı tərəfdən müəyyən tələbləri var. Və bu tələblər tərəflərin xarakterik xüsusiyyətlərindən və hətta yetişdikləri mühitdən asılı olaraq dəyişir. Empatiya isə tərəflər arasındakı bu prosesi asanlaşdırır. Məsələn, empatiya qabiliyyəti olan bir kişi həyat yoldaşının tələblərini daha anlayışla qarşılayır. Və təbii olaraq, bu tələblərə cavab verməyə, ya da ən azı bu tələblərə cavab vermək niyyətində olduğunu göstərməyə cəhd göstərir. Əgər kişidə olduğu kimi qadında da empatiya qabiliyyəti varsa, tələblərinə tam cavab almasa da, ən azı həyat yoldaşının bu tələblərə cavab vermək cəhdini müsbət qiymətləndirməyə və ya bu cəhdi ona göstərilən bir diqqət kimi qəbul etməyə çalışır.

aile

 

Misalımızı başqa cür belə də qura bilərik. Danışmağı o qədər də sevməyən və hisslərini daha çox sözləri ilə yox, hərəkətləri ilə ifadə edən bir kişinin həyat yoldaşı (təbii ki, əgər onda empatiya qabiliyyəti varsa) qarşı tərəfin ona laqeyd olduğunu düşünmək əvəzinə, onun hərəkətlərinin səbəbini öyrənməyə çalışır. Hətta, hər hər hansı bir problem olduqda belə onu dərinləşdirməyə yox, həll etməyə üstünlük verir.

AILE

Əgər tərəflərdən biri hər hansı bir vəziyyətdə özünü həyat yoldaşının yerinə qoymağı bacarırsa, gələcəkdə baş verə biləcək problemlərin qarşısını da almış olur. Çünki empatiya qabiliyyəti olan tərəf özü üçün istəmədiyi bir şeyi qarşı tərəf üçün də istəmir. Digər tərəfdən, empatiya qabiliyyəti olan tərəflərin bir-birilərinə qarşı daha həssas hərəkət etdiklərini və problemlərə mümkün qədər konstruktiv yanaşdıqlarını da müşahidə etmək olar. Qaldı ki, bəzən tərəflərdə təkcə empatiya qabiliyyətinin olması belə qarşı tərəfə “Sən mənim üçün çox qiymətlisən” mesajını vermək üçün kifayətdir. Yəqin ki, bu fürsətdən istifadə etməyə dəyər…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir