Ən pis “qoxuyan” dahi kişilər – MARAQLI

Baxış sayı: 2. 035

Bəzi tanınmış şəxslər ömürləri boyu “heç vaxt çimməmək” ənənəsinə sadiq olublar və heç vaxt da çimməyiblər. Bu şəxslərdən gələn iyləniş balıq və 3-4 həftələrlə yuyulmayan kirli corab qoxusuna hər adam tab gətirə bilmirdi.

Lüdviq van Bethoven

Bethoven hamam prosedurlarından birdəfəlik imtina etmişdi. O bunu onunla izah edirdi ki, vanna otağındakı su boruları qurğuşundan hazırlanır və bu borularla axan su onu zəhərləyə bilər. Sağlamlıq, əlbəttə ki, vacibdir. Amma o, bu bəhanələrlə bəlkə də öz paranoyasını ört-basdır eləməyə çalışırmış. Yaxın dostlarının isə, gecələr gizlicə onun evinə gəlib paltarlarını yumaqdan başqa əlacları yox idi. Məgər o, bilmirdi ki, onun paltarları yuyulan su da həmin qurğuşundan düzəldilmiş borulardan axır?

Mao Tsedun: “Pələnglər yuyunmurlar…”

Maoizmin əsasını qoymuş bu şəxs heç vaxt – nə səhərlər, nə də ki, axşamlar gigiyenik yuyunma prosedurlarına əməl etmirdi. O, bunu belə izah edirdi: “Pələnglər heç vaxt yuyunmurlar, heç vaxt da dişlərini təmizləmirlər.” O, yalnız ağzının pis qoxusu getsin deyə, ara-sıra çay yarpağı çeynəyərmiş, ancaq və ancaq, elə bu zaman qulluqçu qadınlar onun belini nəm dəsmalla silərmişlər. Maraqlıdır, bu məşhur diktator özünü pələng hesab edirdisə, onda çiy ət yeməli idi, nəyinki, çay yarpağını çeynəmək.

Çarlz Hovard, XI Hersoq Norfolk

“Kirli hersoq”, – Onu gözlərinə görə belə adlandırırdılar. Amma onun cismanı və ruhi sağlamlığından kimsənin dəqiq məlumatı olmayıb. Bədəni su ilə, sabunla yumağı Hovard təhqir hesab edirdi. Amma o, həddindən artıq şərab içib, bərk yatan zaman onun sadiq qulluqçuları gigiyena naminə onun bədənini nəm dəsmallarla silirdilər.

IV Henrix, Fransa kralı

Bu Fransa kralı o qədər “xoş qoxulu” idi ki, bütün saray adamları onun yanında duranda nəfəslərini saxlamağa məcbur olurdular. IV Henrix ümumiyyətlə, heç yuyunmurdu və bunun nə olduğunu bilmirdi. Yuyunmağın nə qədər əhəmiyyətli olduğunu da heç kəs ona başa sala bilmirdi. Belə bir rəvayət söylənilirdi ki, Mariya Mediçi əri IV Henrixlə görüşərkən, Mariya Henrixin gözəlliyindən deyil, onun bədənindən gələn pis qoxudan huşunu itirmişdi.

II Böyük Fredrix, Prusiya kralı

Kral II Fredrix Prusiya ərazisini 2 dəfə böyütməklə tarixdə böyük bir iz qoyub. Bundan sonra o aktiv siyasi fəaliyyətini dəyişib, çox sevdiyi San-Susi qəsrində sakit bir həyat yaşamaq qərarına gəlir və qəsrə özü ilə çoxlu sayda it aparır. O, yalnız itlərin hər yanı bulayıb-batırmasına icazə verirdi. Qulluqçular qəsrdə itlərin batırdığı yerləri təmizləmək istəyəndə II Fredrix qoymurmuş və bunu qulluqçulara qəti qadağan edibmiş. Tarixi mənbələrə görə, bir müddət sonra sarayın əsas otaqlarının bütün döşəmələri və otaqlardakı xalçaların üzəri 20 sm qalınlığında it nəcisi ilə örtülmüşdü. Bununla belə Kral II Fridrix özü sadə gigiyenik prosedurlara belə heç vaxt əməl etmirmiş, alt paltarını, döşək ağını və əynini də heç vaxt dəyişməzmiş. Qulluqluqçuların söylədiklərinə görə, kral vəfat edən zaman məlum olmuşdur ki, sən demə, onun köynəyinin kürək tərəfi kirdən çürüyübmüş.

Hovard Hyüz

XX əsrin aviasiya qəhrəmanı, malı-mülkü milyardlarla hesablanan bu şəxs 1957-ci ildə qeyri-adi bir həyat tərzi keçirir. Belə ki, o, birdən-birə lütlənib, film otağına girib və qapını arxadan bağlayıb. Otaqdan çıxan Hovard həyata və öz gigiyenasına tamam başqa cür baxırdı. O, daha heç vaxt dırnaqlarını tutmamaq, saçını səliqəyə salmamaq və çimməmək qərarına gəlir. O, duş qəbulundan tamamilə imtina etmişdi. Dostlarının və yaxınlarının heç olmazsa ildə bircə dəfə duş qəbul etməsini ondan israrla xahiş etsələr də, onu yola gətirə bilmirdilər. Buna baxmayaq Hovard öz tabeçiliyində olan işçi və qulluqçulara çox ciddi bir səliqə-səhman qaydaları qoymuşdu. Belə ki, qulluqçularına hər gün yuyunmağı və ona verilən hər bir şeyi bir neçə qat salfetlə örtməyi tapşırmışdı. Belə bir deyim var, deyərlər: “Krallara, bir də axmaqlara hər şeyə icazə verilir”.

Karl Marks

Karl Marks tarixin ən dahi insanlarından biri idi. Onun fikrincə, təmizlik – keçmişin qalığıdır, həm də burjuaziyaya məxsusdur və bir daha heç zaman çimməmək qərarına gəlir. Karl iradəsi möhkəm adam olduğundan bu qərarında qətiyyətli olur. Karl deyir, Marks eləyir!!! Onun dərisində əmələ gələn çoxsaylı dəri xəstəlikləri belə onu bu fikrindən döndərə bilmir. Karlı bir daha heç kəs, heç bir şey vanna otağına girməyə məcbur edə bilmədi.

Jalə Orucova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir