Enerji ickileri

Ener­ji iç­ki­lə­rinin fəsadları

Baxış sayı: 308
Ək­sər öl­kə­lər­də ol­du­ğu ki­mi, biz­də də ener­ji iç­ki­lə­ri çox dəb­də­dir. Tə­bii ki, bu iç­ki­lər­dən is­ti­fa­də edən­lər onun zi­ya­nı­nı göz önü­nə gə­tir­mir­lər. Son za­man­lar mək­təb­lə­rin ya­xın­lı­ğın­da­kı ma­ğa­za­lar­da bu iç­ki­lə­rin sa­tı­şı ilə bağ­lı 18 ya­şı­na çat­ma­yan­lar üçün məh­du­diy­yət var. Am­ma bu­na əməl edir­lər­mi?

Qeyd edək ki, ener­ji iç­ki­lə­rin uşaq­la­rın da çox sev­di­yi­ni nə­zə­rə ala­raq va­li­deyn­lər ener­ji iç­ki­lə­ri­ni öv­lad­la­rı­na ve­rir ki, uşa­ğın gö­zü qal­ma­sın. Son vaxt­lar bu iç­ki­lə­rin zə­rə­rin­dən bəhs edən xey­li mə­lu­mat­lar ya­yıl­sa da, ener­ji iç­ki­lər­dən xey­li in­san gün­də­lik is­ti­fa­də edir. Tə­əs­süf ki, on­la­rın ara­sın­da uşaq­lar da var.
1980-ci ilin əv­vəl­lə­rin­də Avs­tri­ya və­tən­da­şı Dit­rix Ma­te­şiç uzun il­lər son­ra sə­na­ye məq­sə­di­lə is­ti­fa­də et­mə­yə qə­rar ver­di­yi iç­ki­ni ener­ji iç­ki­si ki­mi icad edib və is­ti­fa­də­si­nə baş­la­yıb. Ha­zır­da isə Red Bull ener­ge­tik iç­ki ba­za­rı­nın 70 fai­zi­ni əha­tə edir.

“Ener­ji iç­ki­lə­ri­nin sağ­lam­lı­ğa olan zə­rər­lə­ri, is­teh­la­kı­nın məh­dud­laş­dı­rıl­ma­sı və bu sa­hə­də tən­zim­lə­mə­nin əhə­miy­yə­ti va­cib mü­za­ki­rə möv­zu­la­rın­dan bi­ri­dir. Xü­su­si­lə də mək­təb yaş­lı uşaq­la­rın bu iç­ki­lər­dən is­ti­fa­də et­mə­si mə­sə­lə­ni da­ha da ak­tu­al­laş­dı­rır”. Bu ba­rə­də “mo­dern.az”a bil­di­rən Mil­li Məc­li­sin Hü­quq si­ya­sə­ti və döv­lət qu­ru­cu­lu­ğu ko­mi­tə­si­nin üz­vü Vü­sal Hü­sey­no­vun söz­lə­ri­nə gö­rə, ener­ji iç­ki­si­nin va­hid an­la­yı­şı yox­dur. La­kin ümu­mi ola­raq tər­ki­bin­də əsas ele­men­ti ko­fe­in olan və di­gər ener­ji ar­tı­ran mad­də­lə­ri cəm­ləş­di­rən iç­ki­lər ba­şa dü­şü­lür. “Bu iç­ki­lə­rin zə­rə­ri əsa­sən tər­ki­bin­də olan ko­fe­in­lə əla­qə­lən­di­ri­lir və ümu­mən sağ­lam­lı­ğa zə­rər­li ol­ma­sı qə­bul edi­lir. Bu sə­bəb­dən­dir ki, bir çox öl­kə­lər­də bu məh­sul­la­rın is­teh­ka­lı qa­nun və ya qay­da­lar­la tən­zim­lə­nir. Bu tən­zim­lə­mə ey­ni za­man­da, ener­ji iç­ki­lə­ri­nin rek­la­mı və sa­tı­şı­nı da əha­tə edir”.

De­pu­tat qeyd edir ki, 2004-cü il­də Av­ro­pa İt­ti­fa­qın­da qə­bul edi­lən tə­ləb­lə­rə əsa­sən, 1 lit­rin­də 150 mq və da­ha ar­tıq ko­fe­in olan ener­ji iç­ki­lə­ri­nin üzə­rin­də əla­və xə­bər­dar­lıq ya­zı­sı yer­ləş­di­ril­mə­li­dir. 2014-cü il­dən bu qay­da da­ha da sərt­ləş­di­ri­lir və mü­əy­yən edi­lir ki, 100 ml-də 1 mq və da­ha ar­tıq ko­fe­in olan ener­ji iç­ki­lə­ri­nin üzə­rin­də “Yük­sək ko­fe­in tər­kib­li­dir. Uşaq­lar, ha­mi­lə və uşaq əmiz­di­rən qa­dın­la­ra töv­si­yə olun­mur” ya­zıl­ma­lı­dır. “An­caq məh­du­diy­yət­lər bu­nun­la da bit­mir. Yük­sək həcm­də ko­fe­in is­teh­la­kın­dan qay­naq­la­nan prob­lem­lər ener­ji iç­ki­lə­ri­nin mü­əy­yən şərt­lər da­xi­lin­də Da­ni­mar­ka­da, Tür­ki­yə­də, Nor­veç­də, Uruq­vay­da, İs­lan­di­ya­da qa­da­ğan olun­ma­sı­na sə­bəb olub. İs­veç­də də ener­ji iç­ki­lə­ri­nin sa­tı­şın­da məh­du­diy­yət­lər tət­biq edi­lir və ümu­miy­yət­lə, hə­min məh­sul­la­rın 15 ya­şı­na çat­ma­mış uşaq­la­ra sa­tı­şı ta­ma­mi­lə qa­da­ğan edi­lir. 2012-ci il­dən Ma­ca­rıs­tan­da tər­ki­bin­də yük­sək ko­fe­in olan ener­ji iç­ki­lə­ri­nə “ic­ti­mai sə­hiy­yə ver­gi­si” (“pub­lic he­alth tax”) tət­biq olu­nur”.

Ümum­dün­ya Sə­hiy­yə Təş­ki­la­tı­nın nəşr­lə­rin­də ener­ji iç­ki­lə­ri­nin rek­la­mı, ya­yıl­ma­sı və sa­tı­şı­na qar­şı aşa­ğı­da­kı təd­bir­lə­rin gö­rül­mə­si töv­si­yə olu­nur:
1.Ener­ji iç­ki­lə­ri­nin tər­ki­bin­də olan ko­fei­nin ica­zə ve­ri­lən son həd­di mü­əy­yən­ləş­di­ril­sin;
2.Ener­ji iç­ki­lə­ri­nin tər­ki­bin­də olan ko­fei­nin uşaq­la­rın və ye­ni­yet­mə­lə­rin ink­şa­fın­da zə­rər­li tə­sir­lə­ri­nin ol­ma­sı nə­zə­rə alı­na­raq uşaq­la­ra sa­tı­şı məh­dud­laş­dı­rıl­sın;
3.Ai­lə­lər ener­ji iç­ki­lə­ri­nin zə­rər­lə­ri haq­qın­da mə­lu­mat­lan­dı­rıl­sın;
4.Ener­ji iç­ki­lə­ri­nin ya­rat­dı­ğı fə­sad­lar və zə­rər­lə­ri ba­rə­də ge­niş maa­rif­lən­dir­mə təd­bir­lə­ri hə­ya­ta ke­çi­ril­sin.

De­pu­tat he­sab edir ki, bu töv­si­yə­lə­rin hər bir is­ti­qa­mə­ti üz­rə təd­bir­lər gö­rül­mə­li­dir.


Tib­bi eks­pert, tibb elm­lə­ri üz­rə pro­fes­sor Adil Qey­bul­la bil­di­rir ki, ener­ji iç­ki­lə­rin tər­ki­bin­də müx­tə­lif mad­də­lər, ko­fe­in var: “Ener­ji­li iç­ki­lər bir müd­dət or­qa­niz­mi to­nu­sa gə­tir­mək gü­cü­nə qa­dir­dir. Am­ma bu iç­ki­lər həm də ürək fəa­liy­yə­ti­ni, si­nir sis­te­mi­nin fəa­liy­yə­ti­ni fə­al­laş­dır­dıq­da uzun müd­dət on­lar­dan is­ti­fa­də et­mək məq­sə­də­uy­ğun de­yil. Tə­əs­süf­lər ol­sun ki, be­lə iç­ki­lə­ri uşaq­la­ra da “heç nə olan de­yil!” de­yib ve­rən va­li­deyn­lər var” de­yən eks­pert mək­təb­yaş­lı uşaq­la­rın ener­ji iç­ki­lər­dən is­ti­fa­də­si­nin qə­ti yol­ve­ril­məz ol­du­ğu­nu bil­di­rib.

Onun söz­lə­ri­nə gö­rə, bə­zən mək­təb ya­nın­da olan ma­ğa­za­lar­da, mək­tə­bin özün­də bu cür iç­ki­lə­rin sa­tıl­ma­sı çox na­ra­hat do­ğu­ran mə­sə­lə­dir. “Çün­ki bu cür iç­ki­lə­rin mü­tə­ma­di qə­bul olun­ma­sı ürək əzə­lə­lə­ri­nin yo­rul­ma­sı­na, kar­dio­meo­pa­ti­ya­ya sə­bəb olur, hət­ta bu ener­ge­tik iç­ki­lə­rin tə­si­ri al­tın­da ürək ça­tış­maz­lı­ğın­dan dün­ya­sı­nı də­yi­şən­lər də var. He­sab edi­rəm ki, va­li­deyn­lər bu mə­sə­lə­də çox diq­qət­li ol­ma­lı­dır­lar. Yet­kin in­san­lar be­lə ener­ge­tik iç­ki­lər­dən is­ti­fa­də­yə çox alu­də ol­ma­ma­lı­dır”.

Qeyd edək ki, bu iç­ki­lə­ri do­zay­la cid­di uy­ğun­luq­da is­ti­fa­də et­mək la­zım­dır. Gü­nə 2 şü­şə mak­si­mal do­za­dır. Ar­tıq do­za qan­da təz­yi­qin qə­fil­dən qalx­ma­sı­na və ya qan­da şə­kə­rin sə­viy­yə­si­nin art­ma­sı­na sə­bəb ola bi­lər. Ürək xəs­tə­lik­lə­ri və hi­per­to­ni­ya­dan əziy­yət çə­kən­lə­rə ener­ge­tik iç­ki­lər məs­lə­hət gö­rül­mür. Məhz bu­na gö­rə Fran­sa, Da­ni­mar­ka və Nor­veç­də ener­ge­tik iç­ki­lər rəs­mi şə­kil­də qa­da­ğan­dır, adı­çə­ki­lən öl­kə­lər­də bu məh­sul­lar yal­nız ap­tek­lər­də sa­tı­lır.

Ener­ge­tik iç­ki­lə­rin or­qa­niz­mi ener­ji ilə tə­min et­mə­si fik­ri əsas­sız­dır. İç­ki yal­nız bə­də­nin da­xi­li eh­ti­yat­la­rı­na yol açır, bir növ açar funk­si­ya­sı da­şı­yır. Biz şəx­si ener­ji mən­bə­yi­miz­dən is­ti­fa­də edi­rik və ya sa­də dil­lə de­sək, biz or­qa­nizm­dən ener­ji alı­rıq. Nə­ti­cə­də, gec və ya tez biz or­qa­niz­mi­mi­zə olan bor­cu­mu­zu yor­ğun­luq, yu­xu­suz­luq, əsə­bi­lik və dep­res­si­ya yo­lu ilə fa­iz­lə ge­ri qay­tar­ma­ğa məc­bur olu­ruq.

Hər bir sti­mul­ya­tor ki­mi ener­ge­tik iç­ki­lə­rin tər­ki­bin­də olan ko­fe­in­lə əsəb poz­ğun­lu­ğu­na gə­ti­rib çı­xa­ra bi­lər. Onun tə­sir gü­cü or­ta­la­ma 3-5 sa­at sü­rür, son­ra isə or­qa­nizm is­ti­ra­hə­tə eh­ti­yac du­yur. Bun­dan əla­və, ko­fe­in ası­lı­lıq da ya­ra­dır. Tər­ki­bin­də qlü­ko­za və ko­fe­in bir­ləş­mə­si olan iç­ki­lər ca­van or­qa­nizm üçün çox zi­yan­dır.
Bir çox ener­ge­tik iç­ki­lə­rin tər­ki­bin­də sü­rət­li ürək dö­yün­tü­sü və tit­rət­mə­yə sə­bəb olan B vi­ta­mi­ni möv­cud­dur. Fit­nes se­ven­lər unut­ma­ma­lı­dır­lar ki, ko­fei­nin bun­lar­dan əla­və güc­lü si­dik­qo­vu­cu tə­si­ri möv­cud­dur. Fi­zi­ki ak­tiv­lik za­ma­nı or­qa­nizm kül­lü miq­dar­da ma­ye itir­di­yi üçün məşq­lər­dən son­ra ener­ge­tik iç­ki iç­mək düz­gün de­yil.

Ener­ge­tik iç­ki­lə­rin tər­ki­bin­də, həm­çi­nin tau­rin və qlyu­ko­ron­lak­ton da möv­cud­dur. Ha­be­lə bu cür iç­ki­lər­də tau­ri­nin sə­viy­yə­si qi­da ər­zaq­la­rın­da yol ve­ri­lən ümu­mi miq­dar­dan bir ne­çə də­fə yük­sək­dir, qlyu­ko­ron­lak­to­nun miq­da­rı isə iki şü­şə­də gün­də­lik nor­ma­nı 500 də­fə üs­tə­lə­yir. Alim­lər hət­ta in­di­yə ki­mi bu cür tər­kib his­sə­nin or­qa­niz­mə ne­cə tə­sir gös­tər­di­yi­ni və ko­fe­in­lə ne­cə qar­şı­lıq­lı əla­qə­yə gir­di­yi­ni də­qiq bil­mir­lər. Bu­na gö­rə də bu cür qi­da­lar­da yük­sək do­za­dan təh­lü­kə­siz is­ti­fa­də hə­lə də mü­əy­yən edil­mə­yib və bu mə­sə­lə hə­lə­də araş­dı­rıl­ma­lı­dır.

Ener­ge­tik iç­ki­lər ha­zır­da dün­ya­nın bir çox öl­kə­lə­rin­də is­ti­fa­də olu­nur. Bu iç­ki­lər­dən is­ti­fa­də son za­man­lar Azər­bay­can­da da art­ma­ğa baş­la­yır. İlk də­fə ola­raq, 1987-ci il­də Avs­tri­ya­da və 1997-ci il­də Ame­ri­ka­da sa­tıl­ma­ğa baş­la­nan ener­ji iç­ki­lə­ri, xü­su­si­lə gənc­lər ara­sın­da çox məş­hur­dur. Bu iç­ki­lə­rin zə­rər­li, ya­xud xe­yir­li ol­ma­sı­nın da­im dün­ya öl­kə­lə­ri­ni dü­şün­dür­mə­si­nə bax­ma­ya­raq, gü­nü-gün­dən ener­ge­tik iç­ki­lə­rin qə­bu­lu art­maq­da­dır. Am­ma bə­zi Av­ro­pa öl­kə­lər­də, mə­sə­lən, Nor­veç, Da­ni­mar­ka Fran­sa­da bu iç­ki­lə­rin sər­bəst sa­tı­şı qa­da­ğan­dır.

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir