Ər-arvad münasibətinin pisləşməsi ailə büdcəsinə necə təsir edir?

Baxış sayı: 773
Son illər ər-arvad və ya sevgililər arasındakı münasibətlər daha çox “tükənmişlik sindromu” ucbatından bitir. 
Bu, türkiyəli ailə mütəxəssislərinin apardığı araşdırmanın nəticəsində ortaya çıxıb. Sözügedən sindrom insanların həyatına girəndə beyin bədbəxtləşməyə başlayır. Bu vəziyyət inkişaf etməyə başlayanda isə beyin bədbəxtliyə qarşı önləm almağa başlayır və digər həzzvericiləri fəallaşdırır. Bunların sırasında sosial mediaya aludəlik, uşaqlarla uğraşmaq yer alır. Psixoloqların qənaətinə görə, əksər cütlüklər bu vəziyyətdən çıxmaq üçün alış-verişə meyl edir.
Özünü bədbəxt hiss edənlər demək olar ki, alış-veriş mərkəzlərindən çıxmırlar. Öz münasibətlərindən zövq almayanlar əllərində dolu torbalar olanda daha xoşbəxt olurlar. Və bir müddət sonra bu, vərdiş halına dönür. Münasibətlər pozulduqca cütlüklərin borcları da artmağa başlayır. Çünki xərcləri və kredit kartları da artır.
Özlərini yaxşı hiss etmək üçün alış-verişə aludə olan cütlüklərə əsas məsləhət isə bir-birilərini sevmələri, düşdükləri vəziyyətdən çıxış yolları axtarmaqdır. Çünki mənəvi nəsnələrdən gələn müsbət enerjini heç bir alış-veriş əvəzləyə bilmir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir