wedding-fitness-real-brides-weight-loss-629

Ərə gedən qadınlar niyə kökəlir?

Baxış sayı: 2. 726

Nikah qadının çəkisinə güclü təsir göstərir. Təcrübələr göstərir ki, ərə gedən xanımlar ilk altı ay ərzində təxminən 2 kq kökəlirlər. Toya qədər sərt pəhriz saxlayıb arıqlayanlar isə bu müddət ərzində 3,2 kq kökəlirlər.

Milli.az Rusiya mətbuatına istinadən bildirir ki, 250 gəlinin müşahidəsi maraqlı faktlar ortaya qoyub. Onların tam yarısı toya qədər arıqlamaq istəyib, amma heç cür buna nail ola bilməyib. Toydan sonra isə 2,1 kq çəki alıblar. Flinders Universitetinin mütəxəssisləri deyirlər ki, onların çoxu özündən narazılıq hissi ilə rastlaşır. Çünki hər üç gəlindən birinə toydan əvvəl arıqlamağı ya bəy, ya da qohumlar məsləhət  görürlər.

Elə gəlinlər olub ki, gəlinlik paltarını geyinmək üçün təcili 9 kq atmağa çalışıblar. Əgər bununla bağlı qadın üstəlik güclü stress keçiribsə, o zaman o, 6 ay ərzində 4,5 kq çəki yığıb. Bu fakt mütəxəssisləri təəccübləndirmir. Onların sözlərinə görə, toydan sonra qadın pəhrizi atır, “boşalır”, motivasiyası olmur: axı həmişəki kimi ideal görünməyə gərək yoxdur, ər artıq “başının altındadır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir