Əriniz xəyanət edibsə… – Qadınlara məsləhət

Baxış sayı: 1. 829

Xəyanətə uğradığınızı öyrənəndə nə edərdiniz? Sizcə, getmək çətin olar, qalmaq, yoxsa ona yenidən güvənmək?

Xəyanət günümüzdə cütlüklər arasında yaşanan ən əsas problemlərdən biridir. Bir-birini sevən, çox xoşbəxt olan insanlar evlənib ailə olurlar. Ancaq zamanla insanlar dəyişir, aradan keçən illər həyata baxışı dəyişdirib sevgini də alıb götürə bilər.

Münasibətətlərin çoxu xəyanətin təsirindən al-üst olur. Xəyanət yaşayan qadınlar isə çox böyük travma yaşayır. Bəs xəyanətə uğrayan qadın nələr yaşayar, nə hiss

“Gencaile.az” Ailə.lent.az-a istinadən aldadılan qadına dəstək olaraq psixoloji yazı təqdim

“Yuvanı qoru”: Münasibətdə sədaqətsizliklə qarşılaşan bir qadının açıq, ya basdırılmış bir şəkildə qəzəb, depressiya yaşaması ehtimalı böyükdür. Ətrafdan gələn təzyiqlər də ruh halına artıq dərəcədə təsir edir. Qadının ailəsi “ailəni qoru”, yaxud “boşan”, – deyərək təzyiq göstərir. Halbuki neçə il bütün həyatınızı bölüşdüyünüz birini bir göz qırpımında buraxıb getmək o qədər də asan deyil. Onun sizə xəyanət etməsi asan olsa

Sakitləşməyi gözləyin: Xəyanət yaşayanda evliliyinizi davam etdirmək istəyə bilərsiz. Ancaq unutmayın ki, əgər ərinizlə o üçüncü şəxs arasında hansısa duyğusal bir bağ varsa, onları uzaqlaşdırmaq sizə çətin olacaq. Ümumiyyətlə, maddi baxımdan sərbəst olmayan, uşaqları olan bir qadın üçün boşanmaq o qədər də asan deyil. Psixoloqlar, ailə mütəxəssisləri də qərar vermədən əvvəl bir az sakitləşməyi məsləhət görür. Yoxsa hirsli başla kor-koranə verdiyiniz qərardan sonra peşman ola bilərsiz.

Öz qərarınızı özünüz verin: Aldadılan qadının yaşadıqlarını ailəsi, dostları ilə  bölüşməsi normaldır. Ancaq vacib olan son qərarın insanın özünün verməsidir. Ailə və dostlar yaxşı dinləyici ola bilərlər, üstəlik ağıl da verə bilərlər. “Bir gecəlik şeydir”, – deyib  sizi boşanmaqdan daşındırmaq istəyə bilərlər. Ancaq bunun sizin üçün nə olduğunu özünüz daha yaxşı anlaya bilərsiz.

Münasibətinizi sorğulayın: Xəyanət sonrası ən düzgün addım sevgilinizlə bir-birinizi deyil, xəyanəti problem kimi görmənizdir. Xəyanət əslində münasibətin xəstəliyidir. Bir də təbii ki, qırılan, incidilən mənliyiniz! Bütün bunları göz önündə tutaraq münasibətinizi davam edib-etməmək kimi səbəblərinizin olub-olmadığını sorğulayın. Ona necə güvənə bilərsiz? Münasibətinizi bitirib-bitirməmə qərarı əslində duyğularınızdan çox düşüncələrinizə və inanclarınıza bağlıdır. Onu hələ də sevə bilərsiz. Ayrılığı, boşanmağı düşünməyə bilərsiz. Ancaq münasibətinizə cinsəllik girdiyindən duyğusal olaraq qaldığınız yerdən davam etmək mümkündürmü?

Cinsəllik problem olduğundan hər şey normalmış kimi davam edib, cinsi həyatınızı geri ataraq bir müddət qucaqlaşma kimi yaxınlıqlara yer verin. Bununla aradakı  soyuqluğunuzu həll edə bilərsiz.

Bu problemləri düşünüb sizi, həm də onu üzən problemlərin həlli üçün fürsət tapa bilərsiz.

Psixoloqdan kömək almanız da faydalı olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir