valideyn

Erkən uşaq inkişafı niyə vacibdir?

Baxış sayı: 241

Erkən uşaqlıq insan həyatının ən vacib mərhələsidir. Ekspertlərin fikrincə, erkən uşaqlıq dövrü mayalanma anından səkkiz yaşa qədər olan dövrü əhatə edir. Ancaq mayalanma anından üç yaşa qədər olan dövr beynin böyüməsi və funksional bacarıqlarının artması baxımından çox mühüm mərhələ hesab olunur. Ona görə də bu yaşda düzgün qidalanma və keyfiyyətli səhiyyə xidməti, valideynlərlə sıx bağlılıq və stimullaşdırma vacibdir.

valideyn

Erkən yaş dövrü böyük həssaslıq və imkanlar dövrüdür. Bu xüsusi illər ərzində uşağın bioloji, psixoloji və sosial inkişafı həyat boyu onun sağlamlığına, davranışına, ünsiyyət qurmasına, təhsilinə və əmək fəalliyyətinə təsir edə bilər. Erkən yaşda uşaqların sağlam inkişafı üçün onlara daim şəfqətli qayğı göstərmək ən az fiziki qulluq və qidalanma qədər vacibdir.

valideyn

Beynin arxitekturası və ölçüləri uşaqla ətraf mühit arasındakı mürəkkəb münasibətlər nəticəsində sürətlə inkişaf edir. Beynin bu müddət ərzində inkişafı həyat boyu sağlam qalmağa və nailiyyət əldə etməyə təsir göstərir. Buna görə də erkən uşaqlıq dövründə baş verən hallar insan və cəmiyyət üçün çox önəmli əhəmiyyət kəsb edir. Həyatın sonrakı illərində xoşagəlməz hallara dözməkdənsə, erkən illərdə uşaqların düzgün inkişafına daha ciddi yanaşmaq lazımdır.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir