erken nikah

Erkən nihah və erkən boşanmaların qarşısını necə alaq? – EKSPERT YANAŞMASI

Baxış sayı: 549

Dövlət Statistika Komitəsinin bu günlərdə açıqlanan hesabatında Azərbaycan ailələriilə bağlı bir sıra məqamar diqqət çəkdi. Məlumatda deylilir ki, tən il Azərbaycanda ümumilikdə 17191 boşanma qeydə alınıb.

Dövlət Statistika Komitəsinin hesabatına görə, ötən il 15-29 yaşda olan 3107 kişi həyat yoldaşından ayırılıb. Bu kişilərdən 2-si 18-19, 421-i 20-24, 2684-ü 25-29 yaşında olub.

Ötən il 15-29 yaşda həyat yoldaşından ayrılan qadınların sayı 6642 olub. Onlardan 5-i 15-17, 175-i 18-19, 2207-si 20-24, 4255-i 25-29 yaşında olub.

Nikahlar

Ötən il Azərbaycanda ümumilikdə 56314 nikah qeydə alınıb. 2021-ci ildə ailə quran kişilərdən 35418-i 15-29 yaşda olub. Ailə həyatı quran bəylərdən biri 15-17, 169-u 18-19, 9842-si 20-24, 25406-sı 25-29 yaşda olub. 2021 nikaha daxil olan gəlinlərin sayı 46708 olub. Onlardan 137-si 15-17, 11399-u 18-19, 22642-si 20-24, 12530-u 25-29 yaşında olub.

Qeyri-rəsmi münasibətdən doğulan körpələr

DSK 2010-2021-ci illərə dair rәsmi qeydә alınmamış münasibətdə olan qadınlar tәrәfindәn diri doğulan uşaqların sayını açıqlayıb.

Belə ki, 2010-cu ildə 25385, 2015-ci ildə 24038, 2016-cı ildə 26288, 2017-ci ildə 22796, 2018-ci ildə 20716, 2019-cu ildə 21453, 2020-cu ildə 17714, 2021-ci ildə isə 17566 uşaq rəsmi qeydә alınmamış münasibətdə olan qadınlar tәrәfindәn dünyaya gətirilib.

15-19 yaşda rәsmi qeydә alınmamış münasibətdə olan qadınlar tәrәfindәn 2010-cu ildə 4787, 2015-ci ildə 6370, 2016-cı ildə 7094, 2017-ci ildə 6065, 2018-ci ildə 5527, 2019-cu ildə 5850, 2020-cu ildə 4955, 2021-ci ildə isə 4547 uşaq dünyaya gəlib.

15-29 yaşlı rәsmi qeydә alınmamış münasibətdə olan qadınlar tәrәfindәn 2010-cu ildə 20518, 2015-ci ildə 19701, 2016-cı ildə 21662, 2017-ci ildə 18671, 2018-ci ildə 16792, 2019-cu ildə 17160, 2020-cu ildə 14085, 2021-ci ildə isə 13694 uşaq doğulub.

Rəqəmlərdən də göründüyü kimi, ən təəssüfləndirici məqamlardan biri Azərbaycanda ərə gedən azyaşlı qızların çoxluğu və eləcə də 15-17 yaşlı gəlinlər arasında boçanmaların artmasıdır.

erken nikah 1

Bəs görəsən, erkən nikaha girmiş xanımlar niyə elə erkən də boşanmağa üstünlük verirlər?

Zəfər Psixoloji Nitq İnkişaf Mərkəzinin psixoloqu Şəbnəm Əndəlifova deyir ki, istər məcburi, istərsə də könüllü şəkildə kiçik yaşda ailə həyatı qurmaq qızlar üçün bir travmadır, psixoloji gərginlikdir. Təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olur, erkən yaşda nikaha daxil olan qızlar cəmiyyətdən təcrid olunur. Əksər hallarda “yeniyetmə ana” məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur.

Sebnem Endelifova

Erkən nikaha girən azyaşlı xanımların məhrum olduğu imkanlardan da bəhs edən mütəxəssis aşağıdakıları dedi:” Peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı bir imkandan məhrum edilir. Kiçik yaşda ailə quran  gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır,  ailənin “yükü”nü zərif çiyinlərində daşımağa gücü çatmır. Evli olan cütlüklərin xoşbəxt ola bilməmələri onlarda psixoloji problemlər yaradır. Dava, qisqanclıq, gənclərin bir birini düzgün anlamaması boşanmalara gətirib çıxarır. Depresiya, güvənsizlik hissi, asılı olma, fikrini söyləyə bilməmək kimi bir çox emosional sxıntılar özünü burüzə verir. Özünü tam dərk etməmiş yeniyetmə ailə məsuliyyətinə yiyələnir. Uşaqlığı əlindən alınmış qız  tez bir zamanda ana olmaq məsuliyyətini öz üzərinə götürür. Fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların yəni gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Övladlarınız həyatını evliliklə deyil təhsillə istiqamətləndirin.”

 

Hazırladı: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir