erken nikah

Erkən nikah problemindən çıxış yolu nədir?

Baxış sayı: 1. 114

Son bir həftədə Azərbaycanda erkən nikah məcburiyyətinə görə iki qız uşağı intihar edib. Onlardan biri dünyasını dəyişib, digəri isə ağır vəziyyətdədir. Bu isə ölkəmizdə erkən nikah probleminin nə qədər aktual olması ilə bağlı mövzunu gündəmə gətirir.

“Save the Children” təşkilatı tərəfindən açıqlanan hesabatda bildirilir ki, dünya miqyasında 700 milyon qız uşağı 18 yaşından kiçik olarkən evləndirilib. Təşkilata görə,  uşaq yaşda evləndirilən qız uşaqlarının sayı ildən-ilə artır. Təşkilatın təxminlərinə görə, bu rəqəm 2050-ci ildə 1 milyard 200 milyona çatacaq.

erken evlilik ile ilgili görsel sonucu

Qız uşaqları 10 yaşında  evləndirilir

Əfqanıstan, Yəmən, Hindistan, Somali kimi ölkələrdə qız uşaqlarının 10 yaşında evləndirildiklərinə diqqət çəkilən sənəddə həmçinin qeyd olunub ki, erkən yaşda evliliklər təhsil səviyyəsinin aşağı düşməsi, cinsi xəstəliklərin artması, erkən hamiləliklə bağlı ölümlərin yüksəlməsi kimi fərqli problemləri də paralel gətirir.

 

Qız uşaqlarının həyat keyfiyyətində İsveç birinci, Türkiyə 55-ci sıradadır

“Save the Children” uşaq yaşda evlilik, erkən hamiləlik, ana ölümləri kimi kriteriyalara görə dünya miqyasında 144 ölkəni qız uşaqlarının həyat keyfiyyətinə görə sıralayıb. Buna görə İsveç qız uşaqlarının həyat keyfiyyəti ən yüksək ölkə seçilib. Finlandiya, Norveç, Hollandiya və Belçika ilk beşlikdə yer alan ölkələrdir. Türkiyə 144 ölkə arasında 55-cı sırada yerləşir. Siyahının son üç sırasında isə Orta Afrika Cümhuriyyəti, Çad və Nigeriya kimi ölkələr yer alır.

“Save the Children” təşkilatına görə, dünya miqyasında hər yeddi saniyədən bir 15 yaşdan kiçik bir qız uşağı evləndirilir. Qurumun araşdırmasına görə, Əfqanıstan, Yəmən, Hindistan və Somalinin də aralarında olduğu bəzi ölkələrdə yaşları 10-a qədər azalan qız uşaqları evlənməyə məcbur edilir.

erken evlilik ile ilgili görsel sonucu

“Save the Children” erkən evliliyin qızları həyatlarının hər qismində dezavantajlı bir vəziyyətə sala biləcəyini yazıb. Qız uşaqlarını erkən evliliyə məcbur edən faktorlar arasında çatışma, yoxsulluq və insani krizlər də yer alır.

“Save the Children”ın rəhbəri Helle Smit  bildirib ki, uşaq yaşda evliliklər qız uşaqlarını ən elementar təhsil, inkişaf və uşaq olma haqqından məhrum edir. Erkən evlənən uşaqlar məktəbə gedə bilmir və ailədaxili şiddət, təcavüz və cinsi istismarla qarşılaşma ehtimalları artır. Hamilə qalırlar və HIV də daxil olmaq üzrə cinsi yollarla yayılan xəstəliklərə açıq hala gəlirlər.

Siyahının ən sonunda Çad, Nigeriya, Mərkəzi Afrika Respublikası, Mali və Somali yer alır. 144 ölkənin yer aldığı siyahıda Türkiyə 55-ci sırada, İsveç, Finlandiya və Norveç də ilk üç sırada yerləşir. Bu ölkələri Hollandiya, Belçika və Danimarka izləyir.

erken evlilik ile ilgili görsel sonucu

Siyahıda İngiltərə 15, ABŞ isə 32-ci sıradadır.

Sənəddə həmçinin qeyd edilib ki, qaçqın düşərgələrində yaşayan qız uşaqları daha çox erkən evlənmə təhlükəsi altındadılar. Çoxlu sayda qaçqın ailə qız uşaqlarını yoxsulluqdan və cinsi istismardan qorumaq üçün evləndirirlər.

Araşdırma çərçivəsində Liviyada yaşayan 13 yaşlı bir suriyalı uşağın yaşadıqları yer alır. 20 yaşındakı bir oğlanla evləndirilən, şərti adı Sahar olan qız aşağıdakıları deyib: “Toy günü çox gözəl bir gün olacaq deyə düşünürdüm, amma olmadı. Kasıblıq, bədbəxtlik dolu idi. Uşağım olduğu üçün çox şanslıyam. Amma mən uşaq böyüdən bir uşağam”.

UNICEF-in təxminlərinə görə, 2030-cu ildən etibarən uşaq ikən evləndirilən qadınların sayı bugünkü 700 milyondan 950 milyona çıxacaq.

 

Uşaq evlilikləri

Birləşmiş Millətlər Təşkilatı 18 yaşdan kiçikləri “uşaq” kimi tanıyır. Mütəxəssislər isə bildirirlər ki, qız uşaqlarının məcbur edildiyi nikahlar təkcə onların uşaqlıqlarını əlindən almır, oğurlamır. Eyni zamanda öz gələcəklərini müəyyənləşdirmək şansını da yox edir. Beynəlxalq təşkilat 700 milyondan çox olan uşaq evliliklərinin 2030-cu ilə qədər sonlandırılması çağırışını edib. Problem həll olunmayacağı təqdirdə bu say 2030-cu ildə 950 milyon və 2050-ci ildə 1.2 milyard olacaq.

18 yaşından əvvəl evlənən qız uşaqlarının bölgələrə görə təsnifatına baxanda isə görürük ki, ən çox “uşaq gəlinlər” 285 milyon rəqəmlə Cənubi Asiyadadır. Cənubi Asiyanı 115 milyonla Afrika, 75 milyonla Şərqi Asiya, 35 milyonla Orta Şərq və Cənubi Afrika, 60 milyonla Latın Amerikası və qalan rəqəmi ilə digər bölgələr izləyir.

Uşaq nikahlarının yayılması keçən 10 il boyunca yüzdə 15 faizlə azalsa da, uşaqlıqda evlənən qızların ümumi sayı ildə 12 milyona çatır.

erken evlilik ile ilgili görsel sonucu

Amerikada uşaq evliliklərinə qanuni qadağa yoxdur

Pev Araşdırma Mərkəzi tərəfindən aparılan araşdırmaya görə, ABŞ-da 2014-cü ilə qədər 15-17 yaş arası 57 min 800 uşaq evlənib. Sözügedən rəqəm ölkənin ştatlarına görə dəyişiklik göstərir.

Məsələn, Qərbi Virciniya və Teksas uşaq evlilik faizinin ən geniş yayıldığı ştatların başında yer alır. Oklahoma, Arkanzas, Tennesse, Cənubi Karolina, Nevada və Kaliforniyanın da daxil olduğu digər bəzi ştatlar uşaq evliliyi ilə bağı orta statistikanın üzərində bir faizə sahibdilər.

Uşaq evliliyi ABŞ-ın demək olar ki, hər ştatında qanunidir. Ən azı 36 ştatda uşaqlar məhkəmə qərarı ilə evlənə bildikləri halda, 34 ştatda isə 16 və 17 yaşındakılar valideynlərinin icazəsi ilə evlənə bilirlıər.

ABŞ-da uşaq evlilikləri sahəsində araşdırmalar aparan bəzi qeyri-hökumət təşkilatlarının rəqəmlərinə görə, bu ölkədə 2000-2015-ci illərdə yetkinlik yaşına çatmayan 200 mindən çox insan qanuni olaraq evləndi. Buna görə, Teksasda 2000-2014 tarixlərində təxminən 40 min uşaq evləndiyi halda, bu ştatı 2000-2017-ci illərdə 16 min 400 uşaq evliliyi ilə Florida təqib edir. Nyu-Yorkda isə 2000-2010-cu illərdə 3 min 800-dən artıq uşaq evliliyi baş tutub. Virciniyada 2004-2013-cü illərdə təxminən 4 min 500, Alabamada isə 2000-2015-ci illərdə 8 min 600 uşaq evlənib.

 

Qız uşaqları ev işlərində də çalışır

Dünya miqyasında 5-9 yaş arasındakı qız uşaqları həftədə orta hesabla 4 saatını, 10-14 yaşlı qız uşaqları da 9 saatını ev işləri ilə keçirir. Bəzi bölgə və ölkələrdə isə bu rəqəm iki qatına çıxa bilir.

Somali, Efiopiya və Ruandada 5-14 yaş qrupuna daxil olan qız uşaqlarının yarıdan çoxu həftədə ən azı 14 saatını, ya da gündə ən azı 2 saatını ev işləri görərək keçirir. Bu faizlər sıra ilə Somalidə 64, Efiyopiyada 56 və Ruandada da 48 faizdir.

erken evlilik ile ilgili görsel sonucu

Kriz yaşanan ölkələrin qurbanları “qız uşaqları”dır

Qlobal bir ortaqlıq olan “Girls Not Brides”ın (GNB) araşdırmalarına görə, dünyada erkən yaşda evlənmə halları artarsa, 2050-ci ildə bu qadınların sayı 1.2 milyarda çatacaq. Ailələr xüsusən də kriz dönəmlərində uşaq evliliklərini daha böyük maddi problemləri həll etmə və qızlarını şiddətdən qoruma yolunda bir çıxış yolu kimi görürlər. Uşaq evliliklərinin ən yüksək olduğu 20 ölkədən 7-si ən böyük insani krizlərlə qarşı-qarşıyadır.

Yəməndə uşaq evlilikləri siqnalverici dərəcədə yüksəlib. Ölkədə qız uşaqlarının 65 faizi 18 yaşından kiçik yaşda evləndirilir. Bu faiz müharibədən öncə 50 faiz idi.

İraq və Suriyada terrorist qruplar qız və qadınları qaçırıb təcavüz edir, satır və ya evliliyə məcbur edirlər. Özəlliklə də yezidi etnik azlıqlar bu vəziyyətdən daha çox zərər görüb.

Somalidə  2010 və 2011-ci ildə qız uşaqları məktəbdən qaçırılaraq terror təşkilatı üzvləri ilə evləndirildi. Uşaqlarını vermək istəməyən ailələr öldürüldü və ya təhdid edildi. Bəzi hallarda uşaqlar məhz ailələrini qorumaq məqsədilə uşaq yaşda evliliyə razılıq verib. Şri-Lankada yaşanan müharibə dövründə terrorist qrupun evli qızlara toxunmayacağını düşünən valideynlər bu səbəbdən qızlarını kiçik yaşda evləndirdi.

Liviyada ölkələrindən qaçaraq bura sığınan suriyalı qızların 41 faizi 18 yaşından öncə evləndi. İndoneziya, Hindistan, Şri Lanka, Nepal, Mozambik kimi ölkələrdə keçmiş illərdə yaşanan zəlzələ, quraqlıq, sunami kimi təbii fəlakətlərə görə xüsusən də yoxsul ailələr qız uşaqlarını ya qorumaq, ya da ailənin xərclərini azaltmaq üçün evləndirib.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir