nikah

Erkən nikahlar niyə artır? – Təhsil, təhsil, yenə də təhsil…

Baxış sayı: 1. 595

“Bəzi hallarda guya ki, idarə etmək və idarəetməni gücləndirmək üçün erkən nikahdan istifadə edirlər. Yəni uşaqları hansısa təsirlərdən qorumaq və nəzarət altında saxlamaq məqsədi ilə uşaqları erkən nikaha sövq edirlər”.

 

Bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir.

Onun sözlərinə görə, təhsilin olması, əməyin qiymətləndirilməsi, bunlar kifayət qədər təsiredici amildir:Mehriban Zeynalova

“Təhsil, təhsil yenə də təhsil… Əməyin əlverişli qiymətləndirilməsi stimulu artırır və o, öz karyerasını qurmağa can atır. Təhsili olmayanın başında təbii ki, ancaq ailə qurmaq olacaq”.

“XXI əsrdə, təhsilin hər gün daha da inkişaf etdiyi dönəmdə, eyni zamanda informasiyanın bolluğu əsrində hələ də erkən nikahlar mövcuddursa, deməli problemin qaynağı təkcə təhsilsizlik deyil” iddiamıza gəlincə, M. Zeynalova məsələni belə izah etdi:

“Gənclərin özünün qərar qəbul etmədə iştirakının artırılması əsas rol oynayır. Yəni gənclərinj öz taleyini özü həll etmək bacarıqlarını gücləndirmək lazımdır. Təəssüf ki, hələ də bizim yerimizə valideynlər qərar qəbul edir. Və gənclərin öz taleyini həll etmək bacarıqlarını gücləndirmək və ya təhsilini gücləndirməklə bu problemləri həll etmək olar. Təbii ki, bu qısa müddətdə tənzimlənəsi məsələ deyil. Amma istənilən halda cinayət məsuliyyəti var və belə valideynləri cinayət məsuliyyətinə cəlb etmək də çıxış yollarından biridir”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir