sevgi

Eşq, yoxsa sevgi? – FƏRQLƏR

Baxış sayı: 179

Eşqin müvəqqəti, sevginin isə sonsuz olduğunu deyən türk psixoloqu Çisem Doğanlaroğlu Özkan sevgi ilə eşq arasındakı fərqləri sıralayıb. “Gencaile.az” həmin fərqləri təqdim edir.

 

Eşqin qaynağı beynin kimyəvi maddələridir

Eşqin qaynağını araşdıran alimlər eşq ilə bağlı neyrokimyəvi maddələrin testesteron, esterogen, dopamin, serotonin, oksitosin, vasopressin və endorfinlər olduğunu müəyyən ediblər. Bu neyrokimyəvi maddələr sayəsində eşqə düşdüyümüz andan etibarən qarşımızdakı şəxsə yaxınlıq etmək istəyi artır. Aşiq olduğumuz şəxsi gözümüzdə daha cazibəli və vazkeçilməz edən isə elə bu kimyəvi maddələrin varlığıdır. Bu kimyəvi maddələr sayəsində aşiq olduğumuz andan özümüzü daha energetik və coşğun hiss edirik. Ətrafımız heç vaxt olmadığı qədər rəngli və möhtəşəm görünür. Hamıya qarşı yaxşı davranmağa başlayarıq.

 

Sevgi bağlılıqdır

Sevgi bir şəxsə qarşı duyulan diqqət və bağlılıq hesab edilir. Sevginin yaranması üçün müəyyən bir zaman lazımdır.

 

Sevgi güvəniləcək limandır

Bir insanı sevə bilmək üçün onu tanımaq lazımdır, aşiq olmaq üçünsə lazım deyil. Belə baxanda, eşq təhlükəli sularda üzmək kimidir. Sevgi isə fırtınalara hazırlıqlı olan bir limandır.

 

Eşq ötəridir

Araşdırmalara görə, ən uzun eşq orta hesabla 8 ay davam edir. Araşdırmalar zamanı eşqin ömrünün sadəcə bioloji səbəblərlə bağlanmayacağı müəyyən edilib. Aşiqin psixologiyası, sosial mədəni amilləri də eşqin müddətini təyin edir.

 

Sevgi isə sonsuzdur. Sevənlərin bir-birinə qarşı hörməti və bağlılığı davam etdiyi müddətcə sevgi də varlığını davam etdirir.

 

Bir insanı sevməyə başladığımız andan onun dünyasında səyahətə çıxmış oluruq. Sevgi iki ürək arasında əlaqəni yaradır. Bir-birini sevən şəxslərin sosial həyatda şanslı və xoşbəxt olduğu deyilir.

 

Eşq eqosit və kobuddur

Eşq özü üçün istəyir. Eşqə düşdüyü şəxsi qarşılıq vermədiyi üçün öldürənlərin hərəkəti isə eqoistlikdir.

Sevgi isə içində empatiya təşkil edir. Sevilən insanın yaxşılığını gözləyər, eqoist arzulardan uzaqdır.

İnsan aşiq odluğu insanı itirmək qorxusuyla dolayı panikalar yaşayar. Qısqancdır, sahiblənmək istəyər. Sevgi isə sevgilidə hökmdarlıq qurmaq istəyindən uzaqdır, inanclıdır.

Eşq anlamı insandan insana dəyişən, zamanla bitən bir duyğudursa, gerçək olmasına şübhə ola bilər. Gerçək sevgi sərhədsizdir. Qarşılıqsız qalması mümkün deyildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir